Yunanıstan Türkiyə ilə sərhədə əlavə əsgər göndərir
Yunanıstan Türkiyə ilə sərhədə əlavə 150 əsgər göndərəcək. Mediaxeberleri.Az xəbər verir ki, bunu Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis açıqlayıb. O bildirib ki, Yunanıstanın Türkiyə ilə quru sərhədində yerləşən Evros bölgəsində tikilən təhlükəsizlik hasarı qeyri-qanuni miqrantların ölkəyə keçidini tamamilə önləməkdə 100% effektiv olub və həmin bölgədə sərhədə əlavə 150 sərhədçinin göndərilməsi ilə onların sayı 600-ə çatdırılacaq. "Bu tədbir milli və Avropa sərhədlərinin qorunması üçün tam səmərəli bir addımdır" - deyə nazir qeyd edib. Xatırladaq ki, Yunanıstan hakimiyyəti 2020-ci ildən etibarən Evros çayı boyunca təxminən 200 km məsafədə maneə hasarının inşasına başlayıb.
Oxunub: 132
Xəbəri paylaş
Paylaş: