Markedonovdan Tiflisə: Rusiya ilə işləməyə məcbursunuz!
Gürcüstanda Rusiya ilə münasibətlərin normallaşması tələbi həmişə olub və olacaq, hətta Mixail Saakaşvili də prezident olanda bunu başa düşüb, amma bu gün onun ardıcılları bunu xatırlamamağa çalışırlar. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markedonov Gürcüstanda 26 oktyabr seçkisindən sonra Rusiya ilə münasibətlərin qurulub-qurulmayacağı haqda danışarkən deyib. “Əgər indi seçkilərdə 10 Saakaşvili də qalib gəlsə, Rusiya ilə münasibətlərin normallaşdırılması tələbi yenə olacaq. Üstəlik, Saakaşvili özü də 2008-ci ildən sonra vizaları ləğv edib, INTER RAO ilə müqavilələr imzalamışdı, çünki o, bununla barışmağa məcbur idi. Belə çıxır ki, Saakaşvili Rusiya agenti idi? Yox, fakt odur ki, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Rusiyaya ehtiyac həmişə olub və olacaq”, - o bildirib.