“Ukraynanı çox çətin günlər gözləyə bilər” – Zelenski ABŞ-dəki seçkilərdən danışdı
“Çox şey Amerika Birləşmiş Ştatlarının siyasətindən asılıdır, amma hər şey yox”. Mediaxeberleri.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də noyabrın 5-də keçiriləcək prezident seçkilərindən sonra atəşkəsin mümkün olub-olmayacağı ilə bağlı “The Times of India” qəzetinə açıqlamasında bildirib. Prezident qeyd edib ki, müharibənin əvvəlində Ukrayna xalqı müttəfiqlərinin, o cümlədən ABŞ-nin dəstəyini almadığı şəraitdə belə öz mövcudluğunu qorumağı bacarıb. O bildirib ki, Ukrayna cəmiyyətinin birliyi və gücü Rusiyanın hücumunu dəf edib:“Bəli, bu, onları dayandırdı. Ancaq biz yalnız öz gücümüzlə və silahlarımızla bu işğalın qarşısında dura bilməzdik. Ən azından insan təlafatı baxımından bizə baha başa gələ bilərdi”. Dövlət başçısı əlavə edib ki, ABŞ xarici siyasətini təkcə liderlər müəyyən etmir: “Prezidentin kim olacağını bilmirik, amma təbii ki, Ukraynaya ikitərəfli dəstək qalacaq və hər halda bizim işlədiyimiz və güclü əlaqələr qurduğumuz ABŞ Konqresinin özünəməxsus mövqeyi olacaq. Kimin seçilməsindən asılı olmayaraq, yenə də beynəlxalq siyasəti Konqres müəyyənləşdirəcək”. Zelenski həmçinin ABŞ-nin Ukrayna siyasətinin tamamilə dəyişəcəyi və dəstəyin dayandırılacağı təqdirdə onları çox çətin günlərin gözləyə biləcəyini bildirib.