Əfqan Həmzəyev vəzifəsindən ayrıldı
Əfqan Həmzəyev Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Report-a açıqlamasında sabiq hakim özü bildirib. O, idmandan fərqli sahədən iş təklifi aldığı üçün belə qərar verdiyini deyib: "Artıq bir həftədir ki, ayrılmışam. Başqa işə keçməyimlə əlaqədar öz istəyimlə istefa vermişəm. Yeni işim fərqli sahə üzrədir, idmanla bağlı deyil. Ancaq paralel olaraq idmanda da qalacağam. Hazırda futzalda hakim-inspektor kimi fəaliyyət göstərirəm”. Qeyd edək ki, Ə.Həmzəyev 2023-cü ildən Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru idi.
Oxunub: 238
Xəbəri paylaş
Paylaş: