Rusiya Türkiyədə ikinci AES-i tikəcək
Rusiyanın "Rosatom" dövlət korporasiyası Prezident Rəcəb Tayyib Ərdoğandan Türkiyədə ikinci atom elektrik stansiyası (AES) tikmək təklifi alıb. Mediaxeberleri.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə dövlət korporasiyasının rəhbəri Aleksey Lixaçov məlumat verib. "Hazırda Qara dənizdə yerləşən "Sinop" meydançasında Türkiyədə fəaliyyətimizin mümkün genişləndirilməsi ilə bağlı hökumət səviyyəsində məsləhətləşmələr aparırıq", - o qeyd edib. A.Lixaçov R.T.Ərdoğanın bu məsələni Rusiya prezidenti Vladimir Putinlə müzakirə etdiyini də vurğulayıb. Qeyd edək ki, Rusiyanın Türkiyədə tikintisini həyat keçirdiyi birinci AES olan "Akkuyu"nun 2025-ci ilin ortalarında işə salınması nəzərdə tutulur.
Oxunub: 199
Xəbəri paylaş
Paylaş: