Ağstafada "Zəfər Bağı: Vətən üçün yeni nəfəs" ağacəkmə aksiyası həyata keçirilib - FOTOLAR
Aksiya çərçivəsində "Yaşıl dünya naminə həmrəylik ili" və 8 Noyabr - Zəfər Günü ilə əlaqədar olaraq Ağstafa Heydər Əliyev Mərkəzinin yaşıllıq üçün nəzərdə tutulan sahəsində şəhidlərimizin əziz xatirəsinə xatirə lövhəsi qoyulub, 100 ədəd şam ağacları əkilib və əkilən ağaclara aqrotexniki qulluq göstərilib. Aksiyada Ağstafa Rayon İcra Hakimiyyətinin Başçısı cənab Seymur Orucov, rayon ictimaiyyətinin nümayəndələri, şəhidlərin ailə üzvləri, qazilər və gənc könüllülər iştirak ediblər. Qeyd edək ki, aksiya Ağstafa Rayon İcra Hakimiyyətinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Ağstafa Heydər Əliyev Mərkəzinin, Ağstafa Təhsil Sektorunun, Ağstafa rayon üzrə Gənclər və İdman sektorunun və Ağstafa Gənclər Evinin birgə təşkilatçılığı ilə həyata keçirilib.