Nazir bağça müəllimlərinin diaqnostik qiymətləndirməsini qənaətbəxş sayır
Ötən həftəsonu ilk dəfə bağça tərbiyəçi-müəllimləri üçün keçirilən diaqnostik qiymətləndirməni qənaətbəxş hesab etmək olar. Mediaxeberleri.Az xəbər verir ki,bu barədə "Report"un sualını cavablandıran elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, qiymətləndirilmə vasitəsilə bağçalarda ümumi vəziyyəti bilib ona uyğun ölçmə alətləri hazırlamaqdır "Əsas məqsəd sertifikasiya imtahanlarına hazırlıqdır. Həftəsonu diaqnostik qiymətləndirmədə həm kifayət qədər qənaətbəxş nəticə göstərən şəxslər, həm də təkmilləşdirməyə ehtiyac duyan tərbiyəçi-müəllimlər olduğunu gördük. Odur ki, bu sahədə görəcək işlərimiz çoxdur. Təlim paketləri hazırlanır".
Oxunub: 280
Xəbəri paylaş
Paylaş: