Bu rayonun da hərbi komissarı saxlanıldı
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon bölməsinin rəisi vəsifəsini icra edən polkovnik-leytenant Xəyyam Babayev saxlanılıb. Mediaxeberleri.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, polkovnik-leytenant külli miqdarda rüşvət almaqda ittiham olunur. X.Babayev bundan əvvəl Xidmətin Goranboy, daha sonra Ağdam rayon bölməsinin rəisi olub. İş üzrə ilkin istintaq aparılır. Qeyd edək ki, bu yaxınlarda bir neçə indiki və sabiq hərbi komissar mənimsəmə və rüşvət almaya görə həbs edilib.
Oxunub: 232
Xəbəri paylaş
Paylaş: