Ərdoğan terror aktına görə Kazana səfərini yarımçıq qoyur
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRICS sammiti üçün Rusiyanın Kazan şəhərinə səfərini yarımçıq qoyaraq oktyabrın 24-ü səhər saatlarında Türkiyəyə qayıdacaq. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "A haber" telekanalı məlumat yayıb. Qeyd olunur ki, dövlət başçısı hələ oktyabrın 24-də görüşlər keçirəcəyini planlaşdırırdı, lakin Ankarada baş verən terror aktı ilə əlaqədar Kazanı vaxtından əvvəl tərk edəcək. "TRT" televiziyası Ərdoğanın sammit münasibətilə təşkil edilən təntənəli qəbul mərasimində iştirak etməyəcəiyini bildirib.
Oxunub: 265
Xəbəri paylaş
Paylaş: