"F-16"-lar üçün 200 ukraynalı pilot hazırlanır - Müdafiə nazirinin müavini açıqladı
Ukrayna Silahlı Qüvvələrinin 200 pilotu Böyük Britaniyada təlim keçib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə ölkənin müdafiə nazirinin müavini Lyuk Pollard “X” hesabından etdiyi paylaşımda bildirib. O, sözügedən paylaşımında ukraynalı pilotların Kral Hərbi Hava Qüvvələrinin ibtidai uçuş məktəbindəki təlimlərini başa vurduqlarını elan edib. O, qeyd edib ki, pilotlar növbəti mərhələdə reaktiv təyyarələr üzrə təkmilləşdirmə və partnyorlarla birlikdə “F-16” döyüş təyyarələrində hazırlıq keçəcəklər. Pollard əlavə edib ki, ölkəsi lazım olduğu müddətdə Ukraynanı dəstəkləyəcək.
Oxunub: 373
Xəbəri paylaş
Paylaş: