Direktor uşaqları müəllimin qəbri üstə görün nəyə məcbur etdi - FOTOFAKT
Krasnodar diyarında uşaqlar müəllimin məzarı başında konsert verməyə məcbur edilib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Regnum" Telegramda məlumat yayıb. Musiqi məktəbinin direktoru uşaq ansamblının üzvlərini qəbiristanlığa gətirib. Hadisə yerindən çəkilmiş fotoşəkildə əllərində musiqi aləti kimi istifadə olunan qaşıq tutan on uşaq və qarmon tutan bir kişi əks olunub. Qəbir daşının üzərində isə həmin müəllimin qarmonla fotosu əks olunub. Bu qeyri-adi və dini baxımdan qeyri-etik hesab olunan "konsert"dən sonra qrupun bəzi üzvləri bu əməldən narahat olduqlarını bildiriblər. Direktor isə narazı olanlara "ansambldan gedə bilərsiniz" deyib.
Oxunub: 244
Xəbəri paylaş
Paylaş: