İrəvandan sərhəd sənədi ilə bağlı Bakıya yeni şərt - nə istəyirlər?
Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası üzrə komissiyaların əsasnamələrinin birtərfli qaydada təsdiqi mümkün deyil.
Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini, sərhədin delimitasiyası üzrə komissiyanın sədri Mher Qriqoryan deyib.
Onun sözlərinə görə, tərəflər reqlamenti imzalayıbsa, o zaman ratifikasiya eyni vaxtda aparılmalıdır.
“Bakının reqlamenti ratifikasiya etməkdən imtina etməsi üçün heç bir səbəb görmürəm. Hesab edirəm ki, Azərbaycan tərəfi prosesin uğursuzluğa düçar olmasını istəsəydi, sənədi imzalamazdı. Tərəflərdən biri reqlamenti təsdiq etməsə və ya bunu qeyd-şərtlə etsə, o zaman proses birtərəfli qaydada atılacaq addımlarla başa çatmayacaq”, - Qriqoryan deyib.
Qeyd edək ki, Ermənistan parlamenti Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında reqlament layihəsini müzakirə edir. Qriqoryanın parlamentdə çıxışı zamanı “Bakı da reqlamenti ratifikasiya etməlidir” sözləri Azərbaycana şərtin irəli sürülməsi deməkdir.