Bu halda Əliyevi kim dayandıracaq? – Qriqoryan
Kənar qüvvələrin əlində bölgə dövlətlərinə qarşı forpost olmaq təhlükəli oyundur. Medıaxeberlerı.Az xəbər verir ki, bu sözləri ABŞ-ın Lehigh Universitetinin professoru, siyasi elmlər doktoru Armen Qriqoryan erməni mediasına müsahibəsində deyib. O bildirib ki, bu cür təhlükəli oyunun nəticəsi müharibədir: “Müharibə baş versə, onu kim dayandıracaq? Əliyevin önünü kim alacaq? Rusiya heç də bu düşmənçilikdən (Ermənistanın Rusiyaya qarşı düşmən siyasətindən – red.) əziyyət çəkməyəcək”. İkinci Qarabağ savaşını xatırladan Qriqoryan qeyd edib ki, 25 ildir müharibələri öyrənir: “44 günlük müharibədən daha proqnozlaşdırıla bilən müharibə və daha proqnozlaşdırıla bilən məğlubiyyət görməmişəm”.
Oxunub: 243
Xəbəri paylaş
Paylaş: