Stress, əsəb bağırsaq xərçəngi yaradır
Çinin Siçuyan Universitetinin alimləri xroniki stressin bağırsaq xərçəngində rolunu sübut ediblər. Mediaxeberleri.Az Medicina.az-a istinadən xəbər verir ki, siçanlar üzərində aparılan eksperimentdə bağırsağın stressə reaksiyası izlənilib. Belə ki, güclü stressə məruz qaldıqdan sonra onların bağırsaq mikrobiomu və bakteriyaların durumu öyrənilib. Məlum olub ki, xroniki stress bağırsaqda çox sayda faydalı bakteriyaları, xüsusən "Lactobacillus" kəskin azaldır, nəticədə bağırsaqlarda polip, şişlərin sürətli inkişafını artırır. Çünki "Lactobacillus"lar orqanizmin antixərçəng cavabını təmin edir. Əlavə sübutlar üçün alimlər siçanlara laktobakteriyalı, probiotikli yem verib. Müşahidələr göstərib ki, bu zaman şişlərin və metastazların inkişafı ləngiyib. Alimlərin sözlərinə görə, bu araşdırma kolorektal xərçəngin profilaktikasında yeni imkanlar açacaq. "Lactobacillus" xərçəng əleyhinə təsiri araşdırılmalıdır.