Qəbələdə ana azyaşlı övladı ilə İTKİN DÜŞDÜ
Qəbələ rayon sakini, 1982-ci il təvəllüdlü Nərgiz Eyvazova azyaşlı övladı ilə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu barədə Mediaxeberleri.Az-a Daxili İşlər Nazirliyindən bildirilib. Onun əlamətləri: boyu 160 sm, dolu bədən quruluşlu, saçları uzun qara rəngli, gözləri qaradır. Onun harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti -Zəng Mərkəzinə, o cümlədən Qəbələ Rayon Polis Şöbəsinin (024)205-18-28 şəhər və (050) 633-50-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Oxunub: 344
Xəbəri paylaş
Paylaş: