Qərb bu türk dövlətindən tələb edir: Rusiyaya düşmən ol - Səbəb nədir?
Qərbin Rusiya ilə münasibətləri kəsmək üçün Bişkekdən tələbləri Moskvaya nifrətdən qaynaqlanır. Mediaxeberleri.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, Qırğızıstan prezidenti Sadır Japarov Qərb ölkələrinin Rusiya-Qırğızıstan əməkdaşlığını dayandırmaq çağırışlarını belə şərh edib. Jurnalistlərin "Qərb hökumətlərinin bu cür müraciətləri ilə Bişkekin Qərbin sanksiyalarından yayınmaqda Rusiyaya yardım etdiyinə dair şübhələr arasında əlaqə varmı" sualına Qırğızıstan lideri cavab verib: “BMT üzvü kimi biz Rusiyaya qarşı məhdudiyyətlərə məruz qalan sanksiya malları ilə işləmirik. Ona görə də bu məsələ ilə bağlı bizə qarşı heç bir iddia irəli sürə bilməzlər. Heç bir şübhə yoxdur və ola da bilməz. Görünür, bu, sadəcə Rusiyaya nifrətdir”.
Oxunub: 214
Xəbəri paylaş
Paylaş: