Azərbaycanda zəlzələ oldu
Cəlilabad rayonunda zəlzələ qeydə alınıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında bildirilib. Məlumata görə, oktyabrın 15-də yerli vaxtla saat 19:03-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.6-ya bərabər olub. Zəlzələnin ocağı 36 kilometr dərinlikdə yerləşib. Qeyd edək ki, zəlzələ Biləsuvarda da hiss olunub.
Oxunub: 275
Xəbəri paylaş
Paylaş: