Belə də əcəl olar? - Çarpayı ilə döşək arasında boğuldu
İngiltərədə bir qadın çarpayı yayındakı nasazlıq səbəbindən boğularaq ölüb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Mail" qəzeti yazıb. Nəşrin məlumatına görə, yerli sakin döşəklə çarpayının altlığı arasında sıxılaraq boğulub. Bildirilir ki, ölümə səbəb qaldırıcı yatağın qaz bucağının nasazlığı olub.Mərhum Helen Davey qaldırıcı çarpayıda əşyaların saxlandığı yerə əyilib. Bu zaman döşək platforması qəflətən aşağı düşüb və bununla da qadının başını sıxıb. Nəticədə o, dünyasını dəyişib.
Oxunub: 233
Xəbəri paylaş
Paylaş: