75 yaşlı Şəkəryan meşəyə getdi: Bütün Ermənistanda bu sistemi çökdürdü: Azərbaycanın da...
Gürcüstanda yaşayan bir qadın təsadüfən Ermənistanın bütün internet infrastrukturunu çökdürüb. Mediaxeberleri.Az Milliyet.com-a istinadən xəbər verir ki, 75 yaşlı Hayastan Şəkəryan adlı qadın meşədə ağac kəsmək istəyərkən yeraltı fiber optik kabeli zədələyib. Ölkənin aparıcı internet provayderləri normal xidmət göstərməkdə çətinlik çəkib. Nəticədə, 5 saatlıq fasilə ilə 3,2 milyon insanın internetə çıxışının qarşısı alınıb. İrəvanda insanlar boş televiziya ekranlarına baxıb. Üstəlik, bu vəziyyət təkcə Ermənistana deyil, Gürcüstanın böyük bir hissəsinə və Azərbaycanın bəzi bölgələrinə də təsir edib. Hayastan Şəkəryan hadisədən sonra belə açıqlama verib: "Mən internetin nə olduğunu belə bilmirəm. Sadəcə meşədə odun kəsmək istəyirdim. Çox təəssüf edirəm və günlərdir ağlayıram ". Şəkəryanın oğlu anasının dayanmadan ağladığını və onun günahsız olduğunu bildirib. Kabelləri kəsməyə gücü belə çatmadığını deyən Şəkəryan hər müsahibəsində göz yaşlarına boğulub. Gürcüstan Daxili İşlər Nazirliyinin sözçüsü Zura Qvenetadze isə hadisənin yerin altından mis çıxarıb satmağa çalışan 75 yaşlı qadının bilmədən etdiyi səhvin nəticəsində yarandığını vurğulayıb. Qadın “əlavə ziyan vurmaq” ittihamı ilə üzləşib. 3 ilə qədər həbs cəzası istənilib. Lakin yaşının çox olması səbəbindən müvəqqəti olaraq azadlığa buraxılıb.