PARTİYA SƏDRİ İLƏ DEPUTAT ARASINDA “ATIŞMA” – “Səni kimi elmlər doktoru olmaqdansa...” (VİDEO)
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə YAP-çı deputat Elman Nəsirov arasında sərt polemika yaşanıb. Mediaxeberleri.Az xəbər verir ki, “Youtube” platforması üzərindən yayımlanan “Reaksiya” internet kanalında üz-üzə gələn siyasətçilər, bir-birlərinin ünvanına ağır ifadələr səsləndiriblər. Qeyd edək ki, gərginliyə Elman Nəsirovun ABŞ haqqında işlətdiyi ifadələr səbəb olub. Deputatın “ABŞ Azərbaycanı özünə tərəfdaş seçib” cümləsinə Cəlaloğlu belə münasibət bildirib: “Ayıbdı axı... Azərbaycan Nyu-Yorkdakı iki küçə boydadır. Bayaqdan burada rəqəmlər sayırsan, dövlət büdcəsi bu qədər, hərbi büdcə bu qədər... Amerikanın 1 ştatnının büdcəsi Azərbaycanın büdcəsindən yüz dəfə çoxdur. Sən nə danışırsan?! - Sərdar Bəy sizin ixtisasınız nədir? - Ə, nəyə görə ixtisas soruşursan? - Sərdar bəy soruşuram... - Mən siyasətçiyəm!... - Ümumiyyətlə bazanız nədir? - Bazam yoxdur!... - Elmi dərəcəniz, elmi adınız nədir? - Səni kimi elmlər doktoru olmaqdansa, çoban olmaq ondan yaxşıdır! - Ay hörmətli tamaşaçılar, mən görürsüz ADP sədrinə necə hörmətlə yanaşıram... Mən BDU-da Amerika, Avropa ölkələri üzrə ixtisas almışam, namizədlik dissertasiyam, doktorluq işim ABŞ ilə bağlıdır... - Harada almısan doktorluğu? - Azərbaycanda! - Ali Atestatsiya Komisiyasınn verdiyi diplomların çoxu saxtadır, bir də səninki... (Mübahisənin davamını aşağıdakı linkdən izləmək olar)