Azərbaycanda həkimi avtomobil vuraraq öldürdü
Şəmkir şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az-ın məlumatına görə, hadisə şəhərin 5-ci küçəsində qeydə alınıb. "Hyundai" markalı avtomobil 1960-cı il təvəllüdlü Ziyafət Səmədzadəni vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qeyd edək ki, mərhum Şəmkir Mərkəzi Rayon Xəstəxanasında həkim vəzifəsində çalışıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 320
Xəbəri paylaş
Paylaş: