PAŞİNYAN DA VARDANYANDAN İMTİNA ETDİ - "Onu Qarabağa kim göndərmişdi..."
"İnanıram ki, Ruben Vardanyanla bağlı suallarda qeyri-müəyyənliklər var”. "AzPolitika" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Erməni nazir bəzi suallar da ünvanlayıb: “Necə oldu ki, Vardanyan Rusiya vətəndaşlığından imtina etdi? Onu Ermənistana və "dağlıq Qarabağ"a kim göndərdi? Ona hansı təminat və göstərişlər verildi və sonda niyə onu yaxşı tanımadıqlarını dedilər? Onların vətəndaşı deyilmi?”. Qeyd edək ki, Nikol Paşinyan bununla Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bir qədər söylədiyi fikirlərə cavanb verib. Bununla Ruben Vardanyanın İrəvanın da problemi olmadığını bəyan edib. Xatırladaq ki, Zaxarova ötən ay həftəlik brifinqdə Rusiya tərəfinin Ruben Vardanyanın azad edilməsi mövzusunu müzakirə edib-etməməsi ilə bağlı sualı cavablandırarkən Kremlin mövqeyini açıqlanışdı. O, bildirmişdi ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edib və bunu nümayişkaranə şəkildə həyata keçirib. “Bilirsiniz, mən Ruben Vardanyanın Azərbaycan həbsxanasında olması ilə bağlı məsələnin Ermənistan-Azərbaycan təmasları zamanı gündəmə gəlib-gəlmədiyini görməmişəm. İndi mənə bu məlumatı versəniz, bu barədə bilmək mənim üçün çox maraqlı və faydalı olar. Bir daha xatırladıram ki, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edib və bunu açıq şəkildə edib. Ona görə də bu cür suallar Bakı və İrəvana ünvanlanmalıdır”, - Zaxarova qeyd edib. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də oxşar mövqe sərgiləmişdi. O da vurğulamışdı ki, Ruben Vardanyan Rusiya vətəndaşı deyil, o, vətəndaşlıqdan imtina edib. “O, (Vardanyan-red.) bizim vətəndaşlıqdan imtina edib. Biz hər zaman bunu etmişik, indi də edirik. Mən telefonla Azərbaycan Prezidenti İlham Əliyevlə danışmışam. Əvvəllər də danışmışıq. O hər zaman o, məni əmin edib ki, Qarabağın erməni əhalisinin hüquq və təhlükəsizliyi təmin olunacaq. İndi orda erməni qalmayıb, hamı gedib. Ola bilsin ki, 1000-1500 nəfər qalıb. O ki qaldı keçmiş rəhbərlərə, mən bilmirəm, detallara da varmaq istəmirəm. Anladığım qədəri ilə onları İrəvanda görmək istəmirlər. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi məlum məsələdə, Azərbaycan üçün bütün ərazi məsələləri həll olunduğu vaxtda, humanitar xarakterli mülahizələrə əsaslanacaq” - deyə Rusiya prezidenti bildirmişdi. Beləliklə, Ruben Vardanyan istifadə edilib atılmış, lazlmsız əşya kimi sahibsiz qalıb.