Войти

“Aparıcılar bədbəxliyim üzərində reytinq qurdular”

Şou-biznes

”Umduğum insanlar çətin zamanımda (keçmiş gəlini Canana ilə yaşadığı qalmaqalı nəzərdə tutur - red. ) mənə dayaq olmadılar. Bunu isə bir çox aparıcılar məhz verilişlərinin reytinqləri xətrinə etdilər. O reytinq isə bir gün olan şeydir. Siz o qədər zəifsiniz ki, o bir günlük reytinqlə qalxmaq istəyirsiniz? Başqa bacarığın, qabiliyyətin, istedadın var get o reytinqi et. Mütləq bədbəxtliyim üzərində o reytinqini qurardın?!” 

Mediaxeberleri.Az olay-a istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “Səhər görüşləri” verilişində deyib. 

O, keçmiş gəlini Canana ilə yaşadığı qalmaqalını efirə çıxaran kanallardan və aparıcılardan incidiyini bildirib:

“Kanallardan qəlbim sındı. Fikir versəniz görərsiniz ki, indi çox verilişə getmirəm. Çünki çətin günümdə hamısı məni vurdu. Bircə dövlət kanalı etmədi. Qalanları reytinq üçün mənim problemimdən istifadə etdi. Biri mənə dayaq olmadı ki, xalqın sənətkarıdır, sənət yolunda 30 ildir külüng döyüb. Nə vaxt çağırmışıq gəlib, yuxusuz, yorğun olmasına baxmayaraq... Bəzən yuxusuz olmuşam, çağırılmışam deyə özümü fəda etmişəm. Amma çətin günümdə heç kim dayaq olmadı. Kimin evində söz-söhbət olmur?! Tanınmışam deyə yayıldı”.

İsgəndərli bildirib ki, onun mərhum atası və ailə üzvləri baş verənlərdən böyük sarsıntı və stress keçiriblər: 

“Özümü düşünmürdüm, doğmalarım bilirsiniz necə əziyyət çəkirdilər? Atam oturub hönkür-hönkür ağlayırdı, dünyasını dəyişdi. Hər elə söhbət olanda qohumlarım əsəb keçirirdilər. Niyə insanları vurur, çətin günündə istifadə edirlər. Leş qarağaları kimi problemin üstünə yığışdılar. Nə böyük problem oldu? İndi utanmaz-utanmaz həmin adamlar məni verilişə çağırır. Necə baxır gözümə? Heç xəcalət çəkirsən? Mətanət danışmır, amma bilir kim kimdir. Bu gün Lamiyənin verilişinə gəlmişəm, çünki o, reytinq üçün bunu etmədi. Başqasının bədbəxtliyi ilə reytinq qazanırsan? Deməli, sən yoxsan, yazıqsan”.


"Tək-tük müğənnilərdənəm ki, bunu etdirməmişəm"

Şou-biznes

Əməkdar artist Sevda Ələkbərzadə estetik əməliyyatlarla bağlı danışıb.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə sənətçi jurnalist Pərviz Hüseynin "Pərvizə görə" layihəsində açıqlama verib.

O bildirib ki, hələ ki, estetiki yoxdur:"Hələ ki estetik etdirməyən tək-tük müğənnilərdənəm. Yaşı və vaxtı gələndə buna yaxşı baxıram. Amma cavansan, gözəlsən, deyirsən ki, istəyirəm, belə olsun, ya elə. Bunu anlamıram, amma qınamıram, çünki mənim işim deyil. Özümə də deyirəm ki, vaxtı gələndə. Bilirəm ki, vaxtı gəlib, lakin hələ ki, heç nə etdirməmişəm". 

Məşhur müğənninin dəhşətli ölümü hər kəsi ŞOKA SALDI - Model nişanlısı ilə...

Şou-biznes

"One Direction" musiqi qrupunun keçmiş üzvü Liam Peyn həyatının son illərində böhran keçirib və vaxtaşırı dağıdıcı həyat tərzi yaşayıb.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə "Page Six" öz mənbəsinə istinadla yazır.

"Musiqiçi problemlərini açıq şəkildə etiraf edib, lakin bəzən onları azaltmağa çalışıb"- portalın həmsöhbəti deyib.

Xqeyd edilib ki, o, xüsusilə, 2021-ci ildə podkastlardan birinin efirində hansısa məqamda psixoloji dibə çatdığını və ekzistensial problemlərdən əziyyət çəkdiyini paylaşmışdı.

Jurnalistlər qeyd ediblər ki, sənətçi ölümündən əvvəl keçmiş nişanlısı, amerikalı model Maya Henry ilə hüquqi problemlərdən depressiyaya düşüb.

Xatırladaq ki, bir neçə gün öncə 31 yaşlı müğənni Argentinanın paytaxtı Buenos-Ayresin Palermo bölgəsindəki otelin yaxınlığında ölü tapılıb. İlkin versiyaya görə, o, otağında iğtişaş törədib, daha sonra hündürlükdən yıxılaraq ölüb.

Media onun otağında narkotik tapıldığını qeyd edib.

Vurğulanıb ki, sənətçi faciəvi ölümü ilə sevənlərinə ciddi psixoloji sarsıntı yaşadıb.

Efirdə həmkarını BİABIR ETDİ: "Ruhu xəstə, vicdansız, ləçər, həyasız..."

Şou-biznes

Müğənni Nazənin Salayeva sərt açıqlamalar verib.

 

"Rəngarəng"də qonaq olan sənətçi həmkarının bostanına daş atıb. Adını çəkməsə də onu bədbəxt adlandıran müğənni "düşmənini tapsaydı, canımız qurtarardı" deyib.

 

"O insan şeytana qulluq edən insandı. Hamı tanıyır o insan kimdir. Bədbəxt adamdır. "Ruhu xəstə, vicdansız, ləçər, həyasız adamlardan biz nə gözləyək? Görün, kimlərdən danışırsınız?

 

O insanlar sənətkarlar, sənət, tərbiyə görüblər. Heç vaxt ədəblərini pozmazlar"./Milli.az

Azərbaycanlı məşhur müğənni villasını satışa çıxardı - FOTO

Şou-biznes

Müğənni Nüşabə Musayeva ona məxsus, lakin hazırda qardaşının yaşadığı villanı satışa çıxarıb.

Mediaxeberleri.Az xəbər verir ki, müğənni Xırdalanda Quşçuluq massivində yerləşən mənzili satıb, qardaşına da paytaxtda öz yaşadığı binadan mənzil almaq niyyətindədir.

Müğənni bu evin ilk sakini özü olduğunu, sonradan onu qardaşına verdiyini bildirib. Nüşabə villanı 100 min manata satışa qoyduğunu, lakin real müştəri olacağı təqdirdə yaxşı endirim edəcəyini də bildirib.(Titul.az)



Deyirlər ki, Ağadadaş Ağayev rəhmətə gedib…

Şou-biznes

Səhhətimin pisləşməsi və ölkədən getməyimlə bağlı yayılan xəbərlər əsassızdır.

Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Globalinfo.az-a xalq artisti Ağadadaş Ağayev son günlər haqqında yayılan şayiələr haqda danışarkən deyib.

O, barəsində yalan məlumatlar yayıldığını bildirib:

“Deyirlər ki, guya Ağadadaş Ağayev ağır xəstədir və ya rəhmətə gedib. Tamamilə sağlamam və həyatdayam. Düzdür, bir müddət əvvəl səhhətimdə problem var idi, amma sonra müalicə alıb, sağaldım və əvvəlki qaydada sağlam həyatımı yaşayıram”.

A.Ağayev ölkədən çıxması xəbərinə belə reaksiya verib:

“Məlum məsələ ilə bağlı istintaq aparılır. Belə bir məqamda, araşdırma dövründə ölkəni necə tərk edə bilərəm?! Ölkədəyəm, övladlarımın, ailəmin, məni sevənlərin yanındayam. 3 gün öncə autizmli uşaqlar üçün restoranımda tədbir təşkil etmişdim. Allahın izni ilə 8 noyabr Zəfər Günü münasibəti ilə də şəhid ailələri və fiziki məhdudiyyətli uşaqlar üçün tədbir planlamışıq”.

Baba Vəziroğlu: “Yəqin, Ağadadaş Ağayevin əsəbləri yerində deyil, istirahətə gedib”

Şou-biznes

“İnanın ki, Ağadadaş Ağayevlə danışmaq üçün çox cəhd etmişəm, amma telefona cavab vermir.  Məlum hadisə baş verən zaman onun qiyabi şəkildə müdafiəsinə qalxdım, özü ilə danışmadım. Hətta bir-iki dəfə mənə televiziya kanallarından zəng etdilər ki, o hadisəni xatırlatmadan sizin də iştirakınızla Ağadadaş müəllimlə veriliş hazırlayaq. Zəng elədim, yenə telefonuma cavab vermədi. Sonra telefonla heç bir əlaqəm olmayıb. Gah telefonu bağlı olur, gah da dəstəyi götürmür. Hər kəs onun səhhəti üçün narahatdır. İnanıram ki, yaxşıdır. Barış Mançonun mahnısında deyildiyi kimi, “qara xəbər tez yayılır...” Təki narahatlıq olmasın”. 

 

Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib. 

 

“Jurnalistlərin ziddinə getmədikləri məsələ yoxdur. Nəsə olsaydı, xəbər tutardılar. Ola bilər, heç Ağadadaş Ağayev burda deyil. Burda olsaydı, jurnalistlər məlumat əldə edərdilər. Yəqin, əsəbləri yerində deyil, istirahətə gedib. Təəssüf ki, birbaşa özü ilə danışıb, səsini eşidə bilmirəm. Başqa adamdan da soruşa bilmirəm, utanıram. Deyəcəklər ki, siz Ağadadaş Ağayevin ən yaxın dostusunuz, bizdən niyə soruşursunuz? Buna görə mən də nə vəkilindən, nə də qeyrisindən soruşuram. Hər halda nömrəmi görür. Yəqin, insafa gəlib özü zəng edər ki, qardaş, şükür Allaha, sağ-salamatlıqdır. Bu ümidlə gözləyirəm”, - B.Vəziroğlu bildirib. 

 

Aytəkin Qardaşova 

Xoşqədəm Almaniyada belə dincəlir - FOTO

Şou-biznes

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı ailəsi ilə Almaniya tətilindən paylaşım edib.

Mediaxeberleri.Az xəbər verir ki, aparıcının paylaşdığı şəkillərdə həyat yoldaşı Doğuşla əkizləri yer alıb.

O, şəkillərin Almaniya xatirəsi olduğunu bildirib.



Xanəndə Aqil Məlikov toyda səsləndirilən musiqilərdən gileyləndi

Şou-biznes

"O vaxtlar" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında Şağan sakini, xanəndə, Əməkdar incəsənət xadimi Aqil Məlikov müasir toylardan söz açıb.

Xanəndə toy mərasimlərində səsləndirilən musiqilərdən gileylənib:

"Bu yaxınlarda mən şəhər toylarından birində oldum. Vallah, özüm özümə nifrət etdim. 500 nəfər var idi, yarıdan çoxu qadın idi. Altı saat rəqs etmək olar? Qadınlar saat 6-dan oynamağa başlayırlar. 80-100 nəfər düşür ortalığa, 12:00-a kimi yerinə oturmaq yoxdur. Səs-küydən beyin çatlayır, baş ağrıyır, yanındakından heç nə soruşa bilmirsən. Gəlin toy əhli ilə 6 saat oynayır. Gəlinsən, get, otur, yarım saat dincəl. Arada bir saat işıqları söndürürlər. Diskoteka başlayır. Gürcü, italyan, ingilis, rus mahnısı oxudulur, bir dənə Azərbaycan musiqisindən başqa. Get, gör, bir italyanın toyunda sənin mahnını oxuyurlar? Hansı toyda Üzeyir Hacıbəylinin "Uvertüra"sını çalırlar? Dünyanın ən möhtəşəm musiqisidir. Bizdən oğurlayıb öz adlarına çıxarırlar, amma bizim adımızı çəkmirlər. Bəs sizə nə olub? Bax, bizim toylarımız bu gündədir".

Yas məclislərindən də bəhs edən A.Məlikov adətlərimizin qara günə qaldığını söyləyib:

"Yası xəlfə idarə edərdi, həmin şəxs hörmətli kişilərdən olardı. Hər adamı yas məclislərinə xəlfə qoymazdılar. Onlar pul almırdılar, məclisə pul üçün gəlmirdilər. Yas məclislərində stolun üzərində heç nə olmazdı. Axır vaxtlarda dəb düşüb, süfrəni ləbləbi, kişmiş, şəkərbura ilə bəzəyirlər. Elə bil ki, camaat acından gəlib. Əvvəllər yas mərasimləri ev şəraitində keçirilərdi, stolun üstü də bomboş olardı. İndi isə üç çadırı qururlar, 2000 adam yığılıb nə mollaya, nə axunda, nə də dərvişə qulaq asır. Hamı şaraq-şuruq qoz sındırıb yeyir. Bankdan gedib pul çıxarıb ehsan verirlər. Yoxundursa, etmə, ləbləbi, kişmiş vermək o qədər vacibdir?!"

Ətraflı Baku TV-nin süjetində:





Amina həbsxanada evlənməyindən DANIŞDI - VİDEO

Şou-biznes

"Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayının qonağı müğənni Amina Şirinqızıdır. Müğənni toyunun zindanda olmasından bəhs edib: "Toyumun zindanda olması insanları təəccübləndirir. Deyirlər ki, gör qız necə sevibsə, gedib zindanda ailə həyatı qurub. Amma bu mənim üçün tamamilə normaldır. Əgər onu gözləməli olsaydım, bu, 7 ilimi alacaqdı. O təklif etdi, mən də sevərək təklifini qəbul etdim. Yenə olsaydı, təkrar eyni addımı atardım".

Müğənninin sözlərinə görə, atası onun sənətçi olmasına razı olmayıb:

"14 yaşımda Ənvər Sadıqov atama demişdi ki, vaxt gələcək, bu qızın sənətinə həsəd aparacaqlar, qoy, oxusun. Amma atam bununla razılaşmırdı, deyirdi ki, oxusam, ailəm olmayacaq. Lakin onun sözünə qarşı gələrək müğənni oldum və indi özü mənə dəstək olur. Bu sənətə ehtiyac səbəbindən gəlməmişəm. Hər kəs bilir ki, maddi cəhətdən problem yaşayanda atam mənim üçün onları həll edib. Əgər bu sənətə qazanc gözü ilə baxsaydım, hazırda təqdim etdiyim mahnıların yerinə başqa şeylər oxuyardım. Bu səbəbdən heç kimin sözünün təsiri ilə sənətimdən getmərəm".

Ətraflı Baku TV-nin süjetində:




В будущее В прошлое

Навигация