Войти

Əhvalınız pisdirsə, canınız ağrıyırsa... - Məsləhət

Gündəm

Əhval-ruhiyyənin dəyişməsi və əzələ ağrısı D vitamini çatışmazlığını göstərə bilər.

Mediaxeberleri.Az Medicina.az-a istinadən xəbər verir ki, diyetoloq Yuliya Savelyeva D vitamini çatışmazlığının ağrılı və xoşagəlməz simptomlarını müəyyən edib:

"D vitamini çatışmazlığı riski altında olan insanlara nadir hallarda açıq havada vaxt keçirənlər, hamilə və əmizdirən qadınlar, artıq çəkili insanlar, vegetarianlar, az yağlı pəhriz saxlayanlar və öd kisəsi çıxarılan və ya öd axını problemi olanlar daxildir”.

Ekspert bildirib ki, bəzi simptomların görünməsi bu vacib qida maddəsinin çatışmazlığı ilə əlaqəli ola bilər.

Yuliya Savelyeva bədəndə D vitamini çatışmazlığını göstərə biləcək dəyişiklikləri sadalayıb:

- Tez-tez əhval-ruhiyyənin dəyişməsi

- İştahsızlıq

- Tez-tez soyuqdəymə

- Əzələ ağrısı və qıcolmaları, əzələ zəifliyi

- Yaddaşın və digər idrak funksiyalarının pisləşməsi

- Yuxuya getməkdə çətinlik, yuxusuzluq

- Narahatlıq

- Artıq qıcıqlanma, özünə nəzarət problemləri

Mütəxəssis qeyd edib ki, təmiz havada gəzintilər və müəyyən dərəcədə qidalar (yağlı balıq və treska qaraciyəri, yumurta sarısı, süd məhsulları) bədəndə D vitamini ehtiyatlarının bərpasına kömək edir.

Saleh Səmədova hökm oxundu

Gündəm

İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov 8 il müddətə azadlıqdan məhrum olunub.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Həmçinin iclasda bildirilib ki, təqsirləndirlən şəxs cinayət işi üzrə dəymiş ziyanı tam ödəyib.

Xatırladaq ki, S. Səmədov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilmişdi.

O, Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

S.Səmədov cinayət işi üzrə dəymiş ziyanı tam ödəyib.

Qeyd edək ki, o, 2025-ci ilin mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad olunub.

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Gündəm

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə “Flightradar24” məlumat yayıb.

Bildirilib ki, Tacikistanın "Somon Air" aviaşirkətinə məxsus "Boinq 737-8GJ" tipli təyyarə dünən Düşənbədən Bakıya gəlib.

“Tacikistan prezidenti bir sıra digər ölkələrin liderləri ilə birlikdə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Zirvə Toplantısında iştirak etmək üçün dünəndən etibarən Bakıya gəlib. Lakin "Boinq 737-8GJ" təyyarəsi Tacikistan prezidentinə xidmət etmir.

Ermənistan da rəsmi nümayəndə heyətlərini gözləyir, orada COP17 çərçivəsində Liderlər Zirvə Toplantısının keçirilməsi nəzərdə tutulub”, - məlumatda qeyd olunub.

Tünd kişmiş adamı cavanlaşdırır

Gündəm

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur.

Mediaxeberleri.Az Medicina.az-a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolların yüksək tərkibi ilə fərqlənir.

Məhz onların bədənə təsirinə görə bu quru meyvənin müntəzəm istehlakı ürəyi gücləndirməyə və qocalmanı yavaşlatmağa kömək edir:

"Üzüm özü polifenollarla zəngindir: qocalmanı yavaşladan, həm ürək-damar, həm də sinir sistemlərini gücləndirən və oksidləşdirici stressin qarşısını alan antioksidantlar".

Bundan əlavə, kişmiş ürək fəaliyyətini normallaşdıran, artıq mayenin xaric olmasını təşviq edən və qan təzyiqini aşağı salan çoxlu kalium ehtiva edir. Kişmiş həmçinin bədəni maqneziumla təmin edir ki, bu da sinirləri gücləndirir və sağlam bağırsaq fəaliyyətini təşviq edir.

Kişmişin mənfi cəhəti onların yüksək şəkər tərkibidir. Həkim məsləhət görüb ki, diabet və ya insulin müqaviməti olanlar onlardan çəkinməlidirlər.

Beynəlxalq Qızıl Xaç Komitəsindən Zəngəzurda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama

Gündəm

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistanda barəsində iki aylıq həbs qətimkan tədbiri seçilmiş Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin məsələsi üzrə müvafiq orqanlarla davamlı olaraq əlaqə saxlayır.

 

Bu barədə Ermənistan mediası məlumat yayıb.

 

"Onların razılığını aldıqdan sonra ona baş çəkə biləcəyik", - deyə Qırmızı Xaç Komitəsinin (BQXK) Ermənistandakı nümayəndəliyinin kommunikasiya şöbəsinin rəhbəri Zara Amatuni bildirib.

 

Xatırladaq ki, Azərbaycan ordusunun hərbi qulluqçusu Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Şəki kəndi yaxınlığında naməlum səbəblərdən sərhədi keçən hərbçi barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib.

Şəhid bacısı Zaqatala təhsil sektoruna müdir təyin edildi

Gündəm

Zaqatala rayonu üzrə təhsil sektorunun yeni müdiri kollektivə təqdim olunub.

Bu barədə Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudovanın müvafiq əmri ilə Zaqatala rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin olunmuş Mehparə Mirzəyeva kollektivə təqdim olunub. Tədbirdə çıxış edən Günay Mahmudova Mehparə Mirzəyevanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb. O, təhsil sahəsində qarşıda duran vəzifələrdən, təhsilin keyfiyyətinin yüksəldilməsi, idarəetmənin səmərəliliyinin artırılması və təhsil müəssisələri ilə işgüzar əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətindən bəhs edib.

 

Mehparə Mirzəyeva göstərilən etimada görə təşəkkürünü bildirərək üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirmək, qarşıya qoyulan hədəflərə nail olmaq istiqamətində səylə çalışacağını qeyd edib.

 

Qeyd edək ki, “Tərəqqi” medalı ilə təltif olunmuş Mehparə Mirzəyeva uzun illər şəhid qardaşı Zəfər Murtuzəliyevin adını daşıyan Zaqatala şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbində müəllim kimi fəaliyyət göstərib. 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının elm və təhsil nazirinin əmri ilə həmin məktəbə direktor təyin olunub. 19 mart 2024-cü il tarixdən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.

"Putin Zelenskidən daha çox sülh sazişi bağlamaq istəyir" - Donald Tramp

Gündəm

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin sülhə münasibətini müqayisə edərək, Moskvanın razılaşmaya daha çox meyilli olduğunu iddia edib.

Mediaxeberleri.Az xarici mediaya istinadla xəbər verir ki, jurnalistlərin Rusiyanın Ukraynadakı hərbi əməliyyatları davam etdirdiyi halda Putinin niyə güzəştə hazır olduğuna dair sualını cavablandıran Ağ Ev rəhbəri belə deyib: 

"Hesab edirəm ki, onlar bir saziş bağlayacaqlar. Doğrudan da düşünürəm ki, Putin Zelenskidən daha çox razılaşma əldə etmək istəyir".

Elan etdiyi "enerji atəşkəsi"nin pozulmasına toxunan ABŞ Prezidenti hər iki tərəfin qaydaları pozduğunu vurğulayıb. O, Putinin sülh sazişinə varmaqda maraqlı olduğunu, lakin Volodimir Zelenskinin inandırılmalı olduğunu bildirib.

Buna cavab olaraq Ukrayna Prezidenti Kiyevin enerji infrastrukturuna qarşı hücumların dayandırılması təklifini dəstəklədiyini, lakin Rusiyanın bu şərtə əməl etmədiyini açıqlayıb. Zelenski Trampın açıqlamasından dərhal sonra Rusiya qüvvələrinin Xarkov istilik elektrik stansiyasını hədəf aldığını xatırladıb.

Ukrayna lideri atəşkəsin əldə olunmasının və davamlılığının əsasən ABŞ-nin mövqeyindən asılı olduğunu vurğulayaraq, Vaşinqtonu Moskvaya qarşı təzyiqləri gücləndirməyə çağırıb.

Rasim Əliyev

“AzPolitika.info”

Hacı İsmayılov: “Başı örtülü, hicabla məktəbə gəlməyi heç cürə qəbul etmək olmaz”

Gündəm

“Son vaxtlarda Azərbaycanda xüsusən də məktəbli forması, hicabla bağlı olan söz-söhbətlərin bu qədər yayılması heç ürəkaçan deyil. Azərbaycan dünyəvi, müstəqil, demokratik dövlətdir. Bu dövlətin öz qayda-qanunları, mənəvi əxlaqı, dəyərləri və eyni zamanda adət-ənənələri var. Bu məsələnin ortaya çıxmasına səbəb bizi istəməyən, Azərbaycanın inkişafını, demokratikləşməsini, dünyəvi ölkə olmasını gözü götürməyən, qısqanc yanaşan, hətta 44 günlük müharibədə qazandığımız qələbəni heç cür həzm edə bilməyən, xaricdə olan bəzi qüvvələr, təşkilatlar Azərbaycanda iğtişaş salmaq üçün, insanları bir-birlərindən narazı etmək üçün hicab məsələsini ortaya atıblar. Bunun heç bir əsası yoxdur”.

 

Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Xalq artisti Hacı İsmayılov deyib.

 

O bildirib ki, şagirdlər məktəbə təhsil almağa gedir və hamısı da məktəbli formasında olmalıdırlar: “Bu da dövlətimizin, hökumətimizin diqqətindədir və onlar buna çox həssas yanaşırlar. Əvvəla məktəbə təhsil almağa, elm öyrənməyə, tərbiyə almağa gəlirlər. Başı örtülü, hicabla məktəbə gəlməyi heç cürə qəbul etmək olmaz. Azərbaycan xalqı heç zaman hicab taxmayıb. Bizdə başıbağlı, çadralı qadınlar olub. Onlar da keçən əsrin ortalarında çadraları atıblar. Çünki bu çadra nəyə lazım idi? Çadranı örtən qadınlar çadranın altına qapanıb, evin bir küncündə qorxusundan otururdu və nə ictimaiyyətə, nə cəmiyyətə çıxa, nə də təhsil alıb inkişaf edə bilirdi. Ona görə Mirzə Ələkbər Sabir yaxşı deyib:

 

Tacirlərimiz Sonyalara bənd olacaqmış,

Zavallı Tükəzbanları neylərdin, İlahi?

 

Yəni o dövr artıq keçib. Azərbaycan inkişaf etmiş ölkələrlə bir səviyyədə olan ölkədir. Bizə yaraşmaz ki, keçmişə, qaranlığa qayıdaq, irəli gedib, inkişaf etməliyik. Azərbaycan tolerant ölkədir, İslam, xristian, yəhudi və digər dinlərin nümayəndələri var. Azərbaycanda heç zaman dini təriqət, münaqişə baş verməyib. Bu məsələ çoxlarının xoşuna gəlmir ki, niyə Azərbaycanda başqa dinlərə belə hörmət, diqqət, qayğı var... Əlbəttə, bizim dinimiz İslam dinidir və belə bir söz var: İnsan Allahsız, cəmiyyət dinsiz yaşaya bilməz. Dini olmayan ölkələr heç zaman yaşamayıb. İnsanın qəlbində Allaha sevgisi, məhəbbəti olmalıdır. Ziyarət yerlərinə gedirlərsə, qadınlar, qızlar başlarını örtürlər. Çünki elə də olmalıdır. Bizim müqəddəs Quranımızda da yazılmayıb ki, məktəbə gedən qız uşaqları hicabla məktəbə getsinlər. Belə bir şey yoxdur və olmayıb, ola da bilməz. Dövlətimiz, hakimiyyətimiz sağ olsun ki, bu məsələyə çox ciddi yanaşır. Bu, Azərbaycana qarşı böyük bir təhlükədir. Yaxın qonşularımızın müəyyən təşkilatlarından gələn bir şeydir və bunları informasiya aləmində, saytlarda yaymaqdan ötrü, hətta süni intellektdən istifadə edərək başıaçıq müəllimlərin də başlarına hicab örtüblər, hicabsız şagirdlərin də başlarını örtüblər. Əlbəttə, qəbuledilməzdir. Din təbii ki, azaddır, kim istəyirsə məscidə gedə, müqəddəs yerləri ziyarət edə, dualar oxuya bilərlər”.

 

Xalq artistinin sözlərin görə, qarışıqlıq yaradanların heç biri qeyd etmir ki, işğaldan, erməni tapdağından azad olunmuş torpaqlarımızda Azərbaycan dövləti 12 məscidi təmir, bərpa edib: “Bu, kimin üçündür? Azərbaycan xalqı üçündür ki, ziyarətə gəlsinlər, orada namaz qılıb Allaha dua etsinlər. Hər insanın ürəyində Allah məhəbbəti var, lakin hicab məsələsini orta məktəb, təhsil ocaqlarına gətirmək, xalqın içində qarşıdurma, münaqişə yaratmaq heç cür yaramır və biz ziyalı, sənət adamları bir yerdə dövlət, hökumətimizin yanındayıq və hamı məktəbə məktəbli formasında getməlidir. Evinə gedəndən sonra istəsə evində namaz qılıb, Allaha dua edə bilər. Kimsə bunu onun əlindən almır. Bu, bir kampaniyadır, Azərbaycan xalqı arasında münaqişə, qarşıdurma, ayrıseçkilik yaratmaq məqsədi daşıyır. Məktəbli forması hamı üçün vahid bir geyimdir. Onları özbaşına buraxsan, bu gün biri hicabda, biri bahalı kostyumda gələcək. Kasıb olanı sinfin bir küncündə sıxılacaq ki, onun niyə elə, mənim belə geyimim var... Bunlar da gələcəkdə sosial problemlərə səbəb ola bilər. Ona görə məktəbə gələn şagird məktəb formasında gəlməlidir, ikinci də orada təhsil, tərbiyə, elm almalıdır. Azərbaycan gələcəyinə ictimai, siyasi həyatına aktiv olaraq qoşulmalıdır. İnanıram ki, baş verən hadisə tez bir zamanda yatırılacaq, yaddan çıxacaq. Bizi istəməyən, Azərbaycana qısqanc yanaşan qüvvələr var. Xaricdən müəyyən qüvvələr bunu təşkil ediblər. Çox təəssüf ki, öz aramızda olan insanlar da onların bu sözünə, fikirlərinə qoşulublar. Bir qədər fikirləşsinlər ki, bu, doğru deyil. Dövlətimiz dinə diqqətlə, hörmətlə yanaşıb və yanaşacaq. İslam dinini qəbul etmişik, hər zaman dövlətimizin, xalqımızın yanında olacağıq”.

 

Fazil Mustafa: “Sosial mediada İrançılığın açıq təbliğatını aparan böyük bir şəbəkə var”

Gündəm

Nazirlər Kabineti tərəfindən məktəblər üçün təsdiq edilən vahid geyim forması bir sıra qruplaşmalar tərəfindən hicaba qadağa kimi qələmə verilərək müxtəlif yerlərdə aksiyalar keçirilir. Bunu isə kütləvilik kimi qələmə verirlər. İrana məxsus sosial media hesablarında daha çox təbliğat xarakterli məlumatlar paylaşılır.

 

Mediaxeberleri.Az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafanın sözlərinə görə, bu, gözlənilən vəziyyətdir.

 

F.Mustafa bildirib ki, Azərbaycanda ideoloji İslamın müəyyən dərəcədə genişlənməsinə cəmiyyət olaraq məsuliyyətsizlik də imkan yaradıb: “Vaxtında buna qarşı mübarizə aparan insanları hədəf göstərənlər indi bunun nə qədər böyük təhlükə olduğunu görməlidirlər. Normal, səmimi inanclı insan dövlətin qəbul etdiyi qaydalara uyğun davranmalıdır. Hər hansı bir şəkildə kiməsə hicab məhdudiyyəti gətirilmir. Sadəcə, dövlətə aid olan məkanda bərabər vahid forması qoyulur. Burada müəyyən ən müasir, mini ətək geyinmək istəyənin də qarşısı alınır. Xristian olanlar da Azərbaycan məktəbində oxuya bilər. Hamıya açıq göstərilən şəkildə xaç taxıb gəlməlidir? Yəhudi öz dini inancını ifadə edən papaq taxıb gəlməlidir? Belə şey yoxdur. Hamıya aid olan məsələdir. Hamı bərabər səviyyəsində təhsilə indekslənsinlər. Burada daha çox təhsilin səviyyəsini qaldırılması ilə bağlı insanların müzakirə aparması daha yaxşı olardı. Çünki təhsilin keyfiyyəti açığı qaneedici səviyyədə deyil. Bu da məktəbin cəmiyyətdən nə qədər təsir gücünün azaldığını göstərir. Biz bunu qaldırmalıyıq. Ona görə təbii ki, İran seqmentində bunu xüsusi olaraq tirajlamaq məqsədyönlü xarakter daşıyır və Azərbaycan dövlətinə qarşı daxildən kin-küdurət formalaşdırmağa çalışırlar. Əslində İrançılığın təbliği yalnız İranda həyata keçirilmir. Bizim müvafiq məkanlar, mediada da açıq təbliğatı aparan böyük bir şəbəkə var. Ona gör bu məsələ yalnız İranla əlaqəli deyil. Bunu qızışdıran şəbəkə var. Uşaqların kütləvi şəkildə öz iradəsindən kənar bu prosesə cəlb olunması nə deməkdir? Normal uşaq ancaq təhsil barədə düşünməlidir”.

 

Deputatın sözlərinə görə, inanc heç bir halda təhsildən öncə gələ bilməz: “Bir normal müəllimə özü üçün ən böyük dəyəri kiməsə elm öyrətmək olaraq görməlidir. Müəllimin ən böyük dəyəri odur, ona əhəmiyyət verməlidir. Ona görə, bu məsələlər, məncə, bizim bir daha hansı istiqamətdə maarifçilik işinin aparılmasının vacibliyini başa düşməyən adamlara göstərdi. Demirəm, başa düşməyən adamlar müəyyən mənada çoxluq təşkil edirlər. Amma başa düşən insanlar da bunun təhlükəsini dəfələrlə söyləyirlər və buna müəyyən dərəcədə diqqət yetirən, məsləhətləşən yoxdur. Bu səbəbdən belə məsələlərdə dövlət təhlükəsizliyimizin, cəmiyyətin, insanların təhlükəsizliyinin qorunması istiqamətində daha ciddi şəkildə səfərbər olmalıyıq”.

 

Şəhanə Qədirli

Məktəbin qabağında dini şüarlar səsləndirdilər

Gündəm

Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı qaydanı təsdiqləməsindən sonra bəzi məktəblərdə ictimai qaydanın pozulması halları müşahidə edilir.

 

Bu gün səhər saatlarında Nardaranda 130 saylı tam orta məktəbdə bir qrup şəxs toplaşaraq təhsil işçiləri ilə münaqişəli vəziyyət yaradıb, ictimai qaydanı kobud şəkildə pozub və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olan hərəkətlərə cəhd edib.

 

Onlar həmçinin radikal dini şüarlar səsləndiriblər.

 


 


В будущее В прошлое

Навигация