t s

» » Bakı bu gün tanınmaz oldu, XIX əsrə qaytarıldı - (Fotolar)

Bakı bu gün tanınmaz oldu, XIX əsrə qaytarıldı - (Fotolar)

1-03-2015, 19:10 Yazar:  Aygün Baxılıb: 791 Çap et
Bakı bu gün tanınmaz oldu, XIX əsrə qaytarıldı - (Fotolar)"Əli və Nino" filminin Bakıda aparılan çəkilişləri bu səhər paytaxt sakinlərini heyran edib.

Bu gün səhər saatlarında metronun "İçərişəhər" stansiyasının yaxınlığından keçənlər özlərini XIX əsrdə hiss ediblər. Nə baş verdiyini anlamayan insanlar gördükləri mənzərəni çəkib sosial şəbəkələrdə paylaşıblar.

Facebook istifadəçisi Tofiq Sadıqov keçirdiyi hissləri fotolarla belə paylaşıb: "Səhər işə gələndə özümü zaman maşınında hiss etdim. Səadət Sarayını keçəndən sonra gözlərimə inana bilmirdim. Bir anda ətrafımdakı binalar, insanlar, əşyalar XIX əsrə qayıtdı. Sankı zaman tunelində səyahət edib iki əsr əvvələ düşdüm. Cins Qarabağ atları, faytonlar, XIX əsr insanları, yeni peyda olmuş və neft maqnatlarına məxsus ilk avtomobillər... Bütün bunları canlı görmək ayrı bir zövqdür"!

Dünyada bestseller olan “Əli və Nino” romanı əsasında eyniadlı filmin çəkilişlərinə fevralın 24-dən başlanılıb. Müəllifi Qurban Səid olan "Əli və Nino" romanı əsasında ekranlaşdırılan filmin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "Bafta" mükafatı sahibi Asif Kapadiya, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.

Filmdə Əlixan Şirvanşir obrazını Adam Bakri, Ninonu isə məşhur ispaniyalı aktrisa Mariya Valverde canlandıracaq. Aktyor heyətinə dünyanın məşhur kinoulduzları Mendi Petinkin və Konni Nilson da daxildir. Onlar Ninonun valideynlərini canlandıracaqlar.

Filmdə tamaşaçılar həm də Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və Halit Ərgənç kimi sevilən aktyorları da görəcəklər. Ekran əsərinin çəkilişi üçün quruluşçu rəssam Karlos Konti, quruluşçu operator Gökhan Tiryaki, kostyum dizayneri Mişel Klepton və redaktor Aleksandr Berner daxil olmaqla dünya səviyyəsində bir komanda formalaşıb.

Jurnalist Zöhrab İbrahimov və Tofiq Sadığovun paylaşdığı fotoları təqdim edirik:


Bakı bu gün tanınmaz oldu, XIX əsrə qaytarıldı - (Fotolar)
Bakı bu gün tanınmaz oldu, XIX əsrə qaytarıldı - (Fotolar)
Bakı bu gün tanınmaz oldu, XIX əsrə qaytarıldı - (Fotolar)
Bakı bu gün tanınmaz oldu, XIX əsrə qaytarıldı - (Fotolar)
Bakı bu gün tanınmaz oldu, XIX əsrə qaytarıldı - (Fotolar)
Bakı bu gün tanınmaz oldu, XIX əsrə qaytarıldı - (Fotolar)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:59 Elmar Hüseynovun həyatına həsr olunmuş qısa film çəkilişlərinə start verildi Hədəf TV yeni layihəyə start verib. Mərhum, Şəhid Jurnalist Elmar Hüseynova həsr olunmuş film çəkilişlərnə star verilib. Filmin ssenaristi və Rejissoru , Hia.az – ın Baş redaktoru İsmayıl Nadirov filmin mövzusunun necə olacağı barədə hələ tam məlumat verməsədə , Elmar Hüseynovun qətli barədə bəzi
20:49 Roma və İstanbulda Xocalı kampaniyası Fevralın 23-də İtaliyanın paytaxtı Roma şəhərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin nümayişi keçirilib. Tədbir
16:34 Ermənilər Leyla Əliyevanın Xocalı tədbirinə mane olmaq istəyib - (Fotolar) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Avropa və Türkiyədə keçirilən silsilə tədbirlərdən növbətisi Parisdə keçirilib. Avropa Azərbaycan Cəmiyyətindən virtualaz.org saytına verilən məlumata görə, fevralın
21:22 Dünya ulduzları sabahdan Bakıda "Əli və Nino"nu çəkməyə başlayır Fevralın 24-dən Bakıda Qurban Səidin dünya bestselleri olan «Əli və Nino» romanı əsasında eyniadlı filmin çəkilişləri başlayır. Heydər Əliyev Mərkəzinin yaydığı xəbərə görə, mərkəzdə bununla bağlı yaradıcı heyətin mətbuat konfransı keçirilib. Yaradıcı kollektiv KİV nümayəndələrinin çoxsaylı
13:10 12 yaşlı qızla seksual münasibət Mediaxeberleri.az xəbər verir ki, kulis.az “Ən qalmaqallı filmlər” layihəsində amerikalı rejissor Stenli Kubrikin “Lolita” filmini təqdim edir. Kubrik “Lolita” filmini məşhur yazıçı Vladimir Nabokovun eyni adlı romanı əsasında ekranlaşdırıb. Nabokov özü filmin ssenaristlərindən biri olub.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az