t s

» » “Ukrayna böhranından sonra Azərbaycan alternativ qaz ölkəsinə çevrilib”

“Ukrayna böhranından sonra Azərbaycan alternativ qaz ölkəsinə çevrilib”

16-02-2015, 09:11 Yazar:  Aygün Baxılıb: 761 Çap et
“Ukrayna böhranından sonra Azərbaycan alternativ qaz ölkəsinə çevrilib”
Toğrul İsmayıl: “Bizim qaz ehtiyatlarımızın Avropanın enerji təminatında yerinin nə qədər olacağı bir çox amildən asılıdır...”
Xəbər verdiyimiz kimi, fevralın 12-də Bakıda "Cənub qaz dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin görüşü keçirilib. Görüşdə prezident İlham Əliyev də iştirak edib. İlham Əliyev görüşün “Cənub qaz dəhlizi” layihəsinin praktiki olaraq həyata keçirilməsi ilində baş tutmasının mühüm əhəmiyyət daşıdığını qeyd edib.


Azərbaycan prezidenti 2011-ci ildə Avropa Komissiyasının o zamankı sədri Joze Manuel Barrozu ilə "Cənub qaz dəhlizi" haqqında birgə bəyannamə imzaladıqlarını, həmin sənəddə Azərbaycanın “Cənub qaz dəhlizi”nə əsas töhfə verən və bu layihəni həyata keçirən ölkə olduğunun əksini tapdığını dedi.

Azərbaycan Prezidenti TANAP və TAP layihələrinin "Cənub qaz dəhlizi"nin həyata keçirilməsi istiqamətində mühüm mərhələ olduğunu vurğuladı. İ.Əliyev bildirib ki, bp-nin əməliyyatçısı olduğu “Şahdəniz” yatağı "Cənub qaz dəhlizi" üçün əsas resurs mənbəyidir. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatının 2,5 trilyon kubmetrdən çox olduğunu deyib.

Qeyd edək ki, Azərbaycan hökuməti artıq neft istehsalının azalması və yaxın illərdə Azərbaycanın qaz ölkəsinə çevriləcəyini elan edib. Rəsmi Bakı Azərbaycanın Avropanın qaz ehtiyacının ödənməsində mühüm paya malik olacağını və Rusiyanın Avropa bazarındakı payını azaldacığını düşünür. Lakin Azərbaycanın Avropanın mavi yanacağa olan tələbatının ödənməsindəki rolu ilə bağlı fikirlər fərqlənir. Bir sıra ekspertlər buna şübhə ilə yanaşırlar. Ümumiyyətlə isə, Azərbaycan qazının gələcəyi ilə bağlı fikirlər haçalanır.



Mövzunu “Yeni Müsavat”a şərh edən TOBB İqtisadiyyat və Texnologiyalar Universitetinin (Ankara) dosenti, politoloq Toğrul İsmayıl Azərbaycanın bu sahədə şansının yüksək olduğunu düşünür. Ukrayna böhranından sonra Azərbaycanın önəminin artdığını və alternativ ölkəyə çevrildiyini qeyd edən politoloqun fikrincə, Avropa liderləri də Azərbaycan qazı layihəsinə isti yanaşırlar: “Bakıdan əvvəl Sofiyada AB ölkələri bu məsələ ilə bağlı görüşlərini bildirib. Buna görə ”Cənub qaz dəhlizi" layihəsinin önəmi daha da artmış və artmaqda davam edəcəkdir".
Lakin T.İsmayıl onu da etiraf edir ki, layihənin baş tutması üçün Türkmənistan qazının cəlb olunması mühüm şərtlərdən biridir: “Bu layihə ”Transxəzər" layihəsi gerçəkləşməsə, tamamlanmamış sayılacaq. Ümumiyyətlə isə Azərbaycan artıq bir qaz ixracatçısına çevrilməkdədir.

Azərbaycanın 2,5 milyard kubmetr qaz ehtiyatının olduğu iddia edilir. Təbii ki, gerçək rəqəmlərin nə olduğunu zaman göstərəcək. Amma sadəcə onu demək olar ki, bu rəqəmlər belə AB bazarı üçün yetərli deyil. Hətta bunu qətiyyətlə deyə bilərəm ki, Rusiya qazına qarşı rəqabət təşkil edə bilməz. Amma bununla birlikdə “Cənub qaz dəhlizi” layihəsi bir alternativdir. Yəni dolayısı ilə bizim bölgənin həm önəmini artırır, həm de bu bölgə üzərində rəqabət oyunlarını sürətlənir".

T.İsmayıl deyir ki, Azərbaycanın qaz ehtiyatları onun Avropa bazarında Rusiyaya qarşı alternativ olmasına imkan verməsə də, bazarda rəqabət obyektinə çevirəcək: “Azərbaycanın qaz ehtiyatlarının Avropanın enerji təminatında yerinin nə qədər olacağı bir çox amildən, o cümlədən həm bizim ölkə siyasətimizdən, həm də Avropa bazarının tələblərindən asılıdır. Azərbaycan bu bazarda monopolist ola bilməyəcək, ancaq güclü dövlətlərlə mütəmadi olaraq rəqabət içərisində olacaq. Buna görə doğru siyasət nəticəsində ölkəmiz ciddi uğurlar əldə edə bilər.

Onu da deyim ki, bu yaxınlarda Sofiyada təşkil edilən beynəlxalq forumda Orta və Cənub-Şərqi Avropa ölkələri təbii qaz qaynaqlarının diversifikasiyası üçün üst səviyyə işçi qrupu yaradıldı. Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç forumun ardından Bolqarıstan Baş naziri Boyko Borisov ilə mətbuata etdiyi şərhdə, “Bölgədə hər ölkə ən az 3 ayrı təbii qaz tədarük qaynağına sahib olmalıdır. Avropa ölkələri öz aralarında daha yaxşı bir ünsiyyət qurmaq üzrə birlikdə çalışa biləcəklərini göstərməlidir. Yaxın dövrdə və təcili olaraq Avropanın enerji təhlükəsizliyi və qaz tədarükünü təmin etməliyik” dedi. Bunu da diqqətə almamız vacibdir".

KƏNAN




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:02 Böyük Qarabağ açılımına aparan yeganə yol – təhlil “Cəmi bircə rayon və... ”; Dağıdıcı müharibə ehtimalının sfırlanması, konfliktin həllində kardinal irəliləyiş, Ermənistanın izolyasiyadan, dilənçi durumdan və labüd çöküşdən çıxması indi müstəsna olaraq işğalçı ölkənin öz iradəsindən asılı duruma gəlib; zaman artıq heç kimə işləmir, elə Rusiyaya
15:59 Ağ Yolda Prezident İlham Əliyevin Avropaya son səfərləri ilə bağlı müzakirə keçirilib Prezidentin Avropaya davamlı səfərləri Azərbaycanın adına ciddi uğurlar yazıb. Ağ Yol Vətəndaş Hərəkatının rəsmi feysbuk səhifəsində və 550 minlik eyni adlı qrupunda Prezident İlham Əliyevin Avropaya son səfərləri ilə bağlı geniş müzakirə açılıb. Paylaşılmış statusda deyilir: “Azərbaycan
12:54 Moskvada “Bakı-2015” Avropa Oyunlarının təqdimatı keçiriləcək Təqdimat “Azərbaycan həftəsi” çərçivəsində baş tutacaq. Moskvada “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçiriləcək. Mediaxeberleri.az-ın məlumatına görə, bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov şənbə günü Moskvada "Bakı-2015" ilk Avropa Oyunlarına həsr edilmiş mətbuat
12:15 Robert Prosineçki: “Qarabağ” Azərbaycanın “Real” və “Barselona”sıdır “Azərbaycan himninin bir hissəsini öyrənməyə çalışacağam”. Azərbaycanın futbol yığmasının baş məşqçisi Robert Prosineçki “Sual zərbələri” rubrikasında azarkeşlərin 10 sualına cavab verib. Mediaxeberleri.az xəbər verir ki, suallar AFFA-nın “Facebook” sosial şəbəkəsindəki səhifəsində verilib.
11:05 Cənub Qaz Dəhlizi layihəsi Azərbaycana hansı dividendləri gətirəcək? Rufiz Qonaqov: "Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın regionda və beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir" Bu günlərdə Azərbaycan təkcə region deyil, eləcə də Avropa, onun enerji təmiantı üçün daha bir önəmli tədbirə ev sahibliyi etdi. Belə ki, fevralın 12-də

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az