t s

» » Qocayevin həbsi, “Yevlaxlı Alik” və Ənvər Mustafayev...

Qocayevin həbsi, “Yevlaxlı Alik” və Ənvər Mustafayev...

16-02-2015, 09:10 Yazar:  Aygün Baxılıb: 1259 Çap et
Qocayevin həbsi, “Yevlaxlı Alik” və Ənvər Mustafayev...

Həbs edilən “Azərbalıq”ın sabiq prezidenti vaxtilə qalmaqallı bir məhkəmə prosesində əsas fiqurantlardan biri olub...
Xəbər verdiyimiz kimi, “Azərbalıq” Dövlət Konserninin sabiq prezidenti Ənvər Mustafayev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Ə.Mustafayev məhkəmə zalında həbs edilib.


“Azərbalıq”ın sabiq prezidenti Ənvər Mustafayevin ittiham olunduğu cinayət işinə keçməmişdən öncə onun haqqında bəzi ilginc məlumatları çatdırmaq istərdik. Vaxtilə nüfuzlu və gəlirli bir komitəyə rəhbərlik etmiş Ənvər Mustafayevin adı ilk dəfə 2000-ci ildə Azərbaycanda çox qalmaqallı bir məhkəmə prosesində gündəmə gəlmişdi.

Daxili İşlər Nazirliyinin İstintaq İdarəsinin sabiq rəisi Nizami Qocayevə qarşı ittihamlardan biri də “Azarbalıq”ın sədri Ənvər Mustafayevin öldürülməsini sifariş verməsi ilə bağlı idi. İttihamda bildirilirdi ki, Nizami Qocayev Ənvər Mustafayevə qarşı sui-qəsdi “Yevlaxlı Alik” kimi tanınan Əli Məmmədova tapşırıb, amma bu plan hansısa səbəbdən baş tutmayıb. Ali Məhkəmədə bir neçə ay davam edə bu qalmaqallı məhkəmə prosesi 2000-ci ilin 13 martında yekunlaşdı. “Yevlaxlı Alik” ömürlük azadlıqdan məhrum edildi, N.Qocayevə isə 10 il həbs cəzası verildi.

İki il sonra isə Nizami Qocayev əfv edildi. Məhkəmədə bu sui-qəsd işi üzrə bəraət aldıqdan sonra isə yenidən daxili işlər orqanlarına bərpa edildi. Hazırda da İsmayıllı Rayon Polis Şöbəsinin rəisidir.

Ömürlük olaraq azadlıqdan məhrum edilmiş, “Yevlaxli Alik” isə ötən ilin iyununda Penitensiar Xidmətin Müalicə Müəssisəsində qırtlaq xərçəngindən vəfat etdi...Qeyd edək ki, Ə.Mustafayev Qarabağda yaxşı sözlərlə xatırlanan, Şuşanın polis rəisi olmuş rəhmətlik Ələmdar Tağıyevin qardaşıdır.

Bəs, necə oldu ki, Ə.Mustafayev özü cinayət iştirakçısı oldu?



İttiham aktında deyilir ki, Ənvər Mustafayev türk iş adamlarından birini aldadaraq onun 224 min manat pulunu mənimsəyib. Hadisə 2007-ci ilin dekabr ayının sonlarında baş verib. Ənvər Mustafayev türk iş adamı Ali Aras Zəkəriyyə oğlu və onun ortağı Həşimov Yusif Zülfüqar oğlunu inandırıb ki, onları Heydər Əliyev Fondunun xətti ilə Balakən və Zaqatala rayonunda məktəb tikintisinə cəlb edəcək.

“Azərbalıq”ın keçmiş prezidenti Xarici Dillər Universitetinin qarşısında adıçəkilən şəxslərlə görüşüb və onlardan 224 min manat pul alıb. Bir müddət keçəndən sonra türk iş adamı və ortağı Ənvər Mustafayevin onları aldatdığını anlayıb. Ali Aras və Yusif Həşimov Ənvər Mustafayevin dələduzluq əməli barədə ilk olaraq DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə (BMCQMI) müraciət ediblər. Polis işə qarışdıqdan sonra Ə.Mustafayev pulun 50 min dollarını geri qaytarıb. Bundan başqa, zərərçəkənlərə dəyəri guya 25 min dollar olan qızıl-zinət əşyası təklif edib. Həmin pul BMCQMI-nin əməkdaşı Canpolad Daanovun iştirakı ilə qaytarılıb və qəbz də verilib.

“Azərbalıq”ın keçmiş prezidenti həmçinin vəd edib ki, məbləğin yerdə qalanını da qısa müddətdə ödəyəcək. Lakin vaxt tamam olanda Ənvər Mustafayev borcu qaytarmayıb. Zərərçəkən tərəfin səyləri nəticəsində yenidən cinayət işi başlanıb, iş üzrə bir neçə dəfə məhkəmə prosesi keçirilib. Nəhayət, fevralın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində zamində olan Ə.Mustafayev həbs edilib.

Xəbər xidməti




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:18 Gülər Əhmədovanın dələduz mətbuat katibi Keçmiş deputatın həm də köməkçisi olan Zaur Mirzə-zadə dostundan maşın alaraq pulu Gülər Əhmədovanın ödəyəcəyini deyib “Amid bizim evə gələrək atamı və məni öldürməklə hədələdi. Sonra həyat yoldaşımın sinəsinə əl ataraq, yaxasını cırdı” “Mən Zaur Rafael oğlu Mirzə-zadənin cinayətkar əməllərinin
12:52 Afiq Əliyev Azərbaycana taxta vurub pul “yuyurmuş”... - Meşə korrupsionerinin işi Rusiyanın Prikamsk vilayətində azərbaycanlı biznesmen, Azərbaycana meşə materiallarının göndərilməsi ilə məşğul olan Afiq Əliyevin və ortağının işi məhkəməyə göndərilib. Virtualaz.org saytıxəbər verir ki, “Kommersant” qəzeti bu cinayət işi haqda yazır. Məqalədə bildirilir ki, biznesmen ƏDV
12:50 Ramil Usubovdan islahat: mühafizə şöbəsini ləğv etdi - polkovniki işdən çıxartdı Abşeron Rayon Mühafizə Şöbəsinin rəisi Oqtay Dilavərov vəzifəsindən azad edilib. Axar.az xəbər verir ki, Daxili İşlər naziri Ramil Usubovun müvafiq əmri ilə DİN-in Baş Mühafizə İdarəsinin Abşeron Rayon Mühafizə Şöbəsi ləğv edilib. Nazirin digər bir əmri ilə Abşeron Rayon Mühafizə Şöbəsi İdarə
12:29 Fazil Məmmədovla Oqtay Əsədov üz-üzə Binəqədi rayonunda evlərə söküləcəyi barədə bildirişlər paylanıb. Sakinlər bu bildirişlərdən birini redaksiyamıza təqdim edib. Sənəddən aydın olunur ki, Atıcılıq Federasiyasının yaxınlığında yaşıllıq zonasında inşa edilmiş evlər söküləcək. Qeyd edək ki, bir neçə gün əvvəl Binəqədinin icra
10:56 Astaranın icra başçısı yol üstündədir - Onun gediş qərarı verilib Prezident Adminstrasiyası Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bu gün “Azər TAc”da yerli icra orqanlarının fəaliyyəti ilə bağlı məqalə ilə çıxış edib. Məqalədə bildirilir ki, Bakı şəhərinin bəzi rayonlarından və Ağstafa, Ağsu, Astara, Bərdə,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az