t s

» » NATO postsovet məkanını ələ keçirəcək

NATO postsovet məkanını ələ keçirəcək

28-02-2015, 09:18 Yazar:  Aygün Baxılıb: 583 Çap et
NATO postsovet məkanını ələ keçirəcək“Qərb Rusiyanın Cənubi Qafqazda yerüstü hansısa bir yol əldə etməsinə imkan verməməyə çalışacaq”. Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O, Rusiyanın həyati zona hesab etdiyi ərazilərin NATO-nun əlinə keçəcəyini bildirib: “NATO Rusiyanın son dərəcə fəallaşmasından narahat olaraq, Baltik dənizindən Qara dənizə, oradan da Xəzər dənizinə qədər olan ərazidə hegemonluğu ələ almağa çalışmaq üçün bir strateji xətt həyata keçirməyə çalışır. Hazırda Belorusiyanın NATO ilə yaxınlaşması üçün addımlar atılır. Eləcə də, Ukraynaya həm silah, həm də maddi yardımların göstərilməsi üçün müəyyən işlər görülür. NATO-nun bu addımları Ukraynanın yenidən bərpası və bütövlükdə Rusiyaya qarşı dirənə biləcək gücə gətirib çıxarmasına hesablanıb. Rusiya Abxaziyadan keçən dəmiryolunu bərpa etməyə çalışır. Gürcüstan isə hələlik bu məsələdə Moskvaya dirəniş göstərir. Bu istiqamətdə Qərb də Rusiyanın planlarına qarşı çıxır. Qərb Rusiyanın Cənubi Qafqazda yerüstü hansısa bir yol əldə etməsinə imkan verməməyə çalışacaq. Məncə, Amerika Rusiya qarşıdurması yeni bir fazaya daxil olur. Bu fazanın əsas hissəsi ondan ibarət olacaq ki, indiyə qədər Rusiya Qərbə diktə etməyə çalışırdısa, bundan sonra vəziyyət dəyişəcək. Artıq Rusiyanın çökürdülməsi prosesinə start veriləcək və Qərb Rusiyaya qarşı daha sərt tədbirlərə əl atacaq. Zənnimcə, Rusiyanın özünün həyati zonası hesab etdiyi bölgələrin NATO-nun nəzarətinə keçməsi prosesi başlayacaq. Bu proses Rusiyada iqtisadi vəziyyətin pisləşməsi, maliyyə böhranı və digərləri ilə paralel şəkildə aparılacaq. Bu məsələdə Qərbin qalib gəlmək ehtimalı daha yüksəkdir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

20:43 Ukraynalı deputat: “Rusiya Ukraynada Qərbə qarşı döyüşür” “Putin sadəcə yaza qədər özünü atəşkəsə əməl edirmiş kimi göstərəcək”. Axar.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı deputat Yuri Luçenko çıxış edib. O, hazırda Rusiyanın təkcə Ukraynaya qarşı müharibə aparmadığını bildirib: “Bu dəqiqə Ukraynada söhbət Qərb dünyası ilə savaşdan gedir.
13:16 Şok: Rusiya dünya müharibəsinə hazırlaşır - Dəqiq tarix "Rusiya faktiki olaraq dünya müharibəsinə hazırlaşır". Axar.az xəbər verir ki, bu iddia ilə rusiyalı hərbi ekspert Pavel Felqenqauer çıxış edib. Felqenqauer Rusiya ilə NATO ölkələri arasında 2020-ci ildən sonra hərbi toqquşmanın ola biləcəyini istisna etməyib. Rusiyanın təkcə Donetskə təsir
01:50 "Rusiya NATO üçün böyük təhlükədir" "Rusiya NATO-nun tərkibinə daxil olan regionları tuta və bununla da NATO üçün həyati təhlükə yarada bilər”. Axar.az xəbər verir ki, bu açıqlama ilə NATO Avropa Qoşunları rəhbərinin müavini, britaniyalı general Edrian Berdşou çıxış edib. O, Ukrayna ərazisindəki Rusiya qoşunlarının NATO üçün
11:32 Aİ Rusiyaya qarşı yumşaldı İttifaq Rusiyaya əl uzadıb. Avropa ölkələri Rusiyaya qarşı olan iqtisadi sanksiyaları qismən və ya tamamən ləğv etməyə hazırdır. Bu barədə Avropa komissiyasının vitse-prezidenti Maroş Şefçoviç bəyan edib. Şərt isə Rusiyanın Ukraynada vəziyyətin dinc yol ilə həll edilməsinə səy göstərməsidir,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az