t s

» » Gülər Əhmədovanın dələduz mətbuat katibi

Gülər Əhmədovanın dələduz mətbuat katibi

16-02-2015, 00:18 Yazar:  Aygün Baxılıb: 1419 Çap et
Gülər Əhmədovanın dələduz mətbuat katibi

Keçmiş deputatın həm də köməkçisi olan Zaur Mirzə-zadə dostundan maşın alaraq pulu Gülər Əhmədovanın ödəyəcəyini deyib

“Amid bizim evə gələrək atamı və məni öldürməklə hədələdi. Sonra həyat yoldaşımın sinəsinə əl ataraq, yaxasını cırdı”

“Mən Zaur Rafael oğlu Mirzə-zadənin cinayətkar əməllərinin qurbanı olmuşam. Jurnalist olan zaur Mirzə-zadə başqa dostları kimi mənə də pul atıb”–bunu Asiya.az-a açıqlamasında Lənkəran rayon sakini Amid Aşur oğlu Mərəyev deyib.
Amid Mərəyevin sözlərinə görə, Zaur Mirzə-zadəni ortaq dostları olan Fuad Dərgahovun vastəsi ilə tanıyıb: “2011-ci ilin avqust ayında pula ehtiyacım olduğu üçün şəxsi avtomobilimi satmaq qərarına gəldim. Bu barədə dostum Fuada müraciət etdim. Fuad müştəri kimi Zaur Mirzə-zadəni məsləhət gördü. Sonra Fuadın şahidliyi ilə mənə məxsus Mersedes ML markalı 90-EU-036 dövlət nömrə nişanlı avtomobilimi Zaura satdım. Pulun çox hissəsini yaxın vaxtda mənə verəcəyini, qalıq borcu da 2011-ci il sentyabrın ayının 17-nə qədər ödəyəcəyini bildirdi. Zaur həmin vaxt deputat olan Gülər Əhmədovanın mətbuat katibi olduğunu dedi. Maşını bu iş üçün aldığını söylədi və bildirdi ki, pulu verə bilməyəcəyi təqdirdə Gülər Əhmədova ödəyəcək. Bu söhbətdən sonra mənim avtomaşınımı banka girov qoyaraq pul götürdü və mənim borcumun bir hissəsini ödədi. Qalan pulu isə hissə-hissə verməyə başladı. Sonda Zaurun mənə 1800 dollar borcu qaldı. Dəfələrlə Zaurla telefon vasitəsi ilə əlaqə saxlasam da o zənglərimə cavab vermədi. Dəstəyi qaldıranda isə müxtəlif bəhanələr gətirərək, məsələni yubatdı. Pulumu almaq niyyəti ilə 26 dekabr 2011-ci ildə Zaurun yaşadığı Binə qəsəbəsində ki, evinə getdim. Məni atası Rəfail qarşıladı. Zaurun evdə olmadığını bildirib, gəlişimin səbəbin soruşdu. Özümü təqdim edib, Zaurun mənə borclu olduğunu və pulun vermədiyini bildirdim. Zaurun atası bu söhbətdən xəbərdar olduğunu və Zaurun yaxın zamanda mənə olan borcunu qaytaracağını bildirdi”.

Şikayətçi deyir ki, bir neçə gündən sonra onu Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinə çağırıblar: “Ora gedəndə məlum oldu ki, Zaur Mirzə-zadə məndən şikayətçidir. Zaur və atası Rəfail əlbir olaraq pul qaytarmamaq niyyəti ilə mənə şər ataraq Xəzər Rayon Polis İdarəsinin şikayət ediblər. Zaur öz şikayətində “Amid bizim evə gələrək atamı və məni öldürməklə hədələdi. Sonra həyat yoldaşımın sinəsinə əl ataraq, yaxasını cırdı” qeyd etmişdi. Təhqiqatçı, polis baş leytenantı Babək Mirzəyev mənim də izahatımı alandan sonra Zaur Mirzə-zadənin ərizəsi əsasında Cinayət Prosessual Məcəlləsinin 86.1; 39.1.2 və 212.1 maddələrinə əsasən cinayət işinin başlanması rədd edilməsi haqqında qərar verdi. Bu olaydan 3 ildən artıq vaxt keçməsinə baxmayaraq Zaur mənə qalan 1800 dollar borcunu qaytarmayıb.”

Asiya.az-a açıqlamasında Amid Mərəyev onu da bildirdi ki, başına gələn olayla bağlı aidiyyəti qurumlara müraciət edəcək.
Xatırladaq ki, bu Zaur Mirzə-zadənin etdiyi birinci dələduzluq hərəkəti deyil. O, Asiya.az-ın rəhbəri, uzun müddət bir yerdə işlədiyi həmkarı Cəfər Cəfərovu da aldadaraq onun 8 min manat, həmçinin qaynanası Pərvanə Hüseynovanı aldadaraq onun 15 min manat məbləğində pulunu mənimsəyib (Daha ətraflı bu linkdən oxuya bilərsiz: (http://asiya.az/index.php?newsid=5353)

Həm Amid Mərəyev, həm də Cəfər Cəfərov Zaur Mirzə-zadənin onlara qarşı etdiyi əməllərlə bağlı yaxın günlərdə mətbuat konfransı keçirəcəklər.
Asiya.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:14 Şamaxıda yol polisləri hegemonluq edir DYP bölməsi qəddar iş üsullarından istifadə edir Qəzetimizin ötən saylarında biz artıq bir neçə dəfə Dövlət Yol Polisinin müxtəlif rayon bölmələrinin fəaliyyətlərində yer almış bu və ya digər qanun pozuntularından bəhs edən tənqidi materiallar dərc etmişik. Həmin materiallarda bəzi rayonlarda
23:28 Polis rəisinin “Çahargah” biabırçılığı Xəzər RPİ-nin rəisi Azər Muradov pritonu himayə edir Redaksiyamıza daxil olmuş növbəti məlumatda paytaxtın Xəzər rayonu ərazisində fəaliyyət göstərən daha bir əxlaqsızlıq yuvasından bəhs olunur. Mənbə bildirir ki, Hövsan və Türkan qəsəbələrinin şərti sərhəddində, bilavasitə dəniz kənarında
15:24 "Bu gecə mənimlə yat, ürəyin nə istəyir alacam sənə" - Qadin müğənnilər arasında rüsvayçı dava Mərhum müğənni Vidadi Bərdəlinin qızı ifaçı Aytac Vidadiqızının müsahibəsi qalmaqala səbəb olub. Lent.az-a açıqlama verən müğənni Afaq Aslan bildirib ki, A.Vidadiqızı onun adını çəkmədən barəsində xoş olmayan fikirlər səsləndirib: "Dünən həmkarımın mənim haqqımda söylədiyi açıqlamanı dostlarım
15:18 Bakıda “radar fırıldağı”-Diqqətli olun Bakıda radara düşdüyü üçün cərimə ödəmək istəyən şəxs fırıldaqçılıqla üzləşib. Mia.az-ın lent.az-a istinadən məlumatına görə, polisə müraciət edən Nəsimi rayon sakini, 1983-cü il təvəllüdlü Qurbanov Elnur Teymur oğlu bildirib ki, keçən ilin 9 oktyabr tarixində A.Abbaszadə küçəsində idarə etdiyi
11:15 Lamiyənin uşağının atası: Ailəmi dağıtmaq istəmirəm “Uşağın atası toxumlarının müqabilində Lamiyədən pul almayıb”. Məhkum Lamiyə Quliyevanın həbsxanada dünyaya gətirdiyi uşağının atası ailəlidir. Mediaxeberleri.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Ombudsman Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az