t s

» » Şamaxıda yol polisləri hegemonluq edir

Şamaxıda yol polisləri hegemonluq edir

16-02-2015, 00:14 Yazar:  Aygün Baxılıb: 841 Çap et
Şamaxıda yol polisləri hegemonluq edir

DYP bölməsi qəddar iş üsullarından istifadə edir





Qəzetimizin ötən saylarında biz artıq bir neçə dəfə Dövlət Yol Polisinin müxtəlif rayon bölmələrinin fəaliyyətlərində yer almış bu və ya digər qanun pozuntularından bəhs edən tənqidi materiallar dərc etmişik. Həmin materiallarda bəzi rayonlarda yerli DYP bölmələrinin əməkdaşları tərəfindən açıq şəkildə özbaşınalıqların törədilməsi mövzusuna toxunulmuş və konkret rayonlarda baş vermiş bəzi insidentlər nümunə kimi təqdim edilmişdi. Lakin bu arada belə bir məqamı da qeyd etmək lazımdır ki, əslində istənilən ölkədə, istənilən sahədə bu və ya digər səpgili qanun pozuntuları ilə hər zaman qarşılaşmaq mümkündür. İstər rüşvətxorluq olsun, istərsə də hər hansı digər korrupsiya halının yer almasından heç bir dövlət qurumu sığortalanmayıb. O cümlədən DYP orqanlarının da bu mərəzdən immunitetə sahib olduqlarını söyləmək yalan olardı. Xüsusən də Azərbaycanda. Digər tərəfdən isə, “tutar qatıq, tutmaz ayran” prinsipinə köklənərək, yollarımızda sürücülərdən 5-10 (təbii ki, məbləğ şərtidir) manat qoparmağa çalışan bir əməkdaşın əməlləri ilə, bu məqsədlə zor tətbiq etməyə qalxan, vətəndaşı həm mənəvi, həm də fiziki təsirlərə belə məruz qoymaqdan çəkinməyən və mahiyyət etibarı ilə qanun keşikçisi adı ilə pərdələnərək ağır cinayətlər törədən digər bir polis əməkdaşının əməllərini eyni müstəvidə müzakirə etmək olmaz. Bu xüsusda artıq uzun müddətdir ki, ölkə mətbuatına daxil olan məlumatlarda DYP-nin məhz Şamaxı rayon bölməsinin əməkdaşları tərəfindən vətəndaşlara qarşı xüsusilə qəddar davranış tərzinin nümayiş etdirildiyinə dair açıqlamalar təqdim olunmaqdadır. Bu mövzuda məlumatlara mətbuat səhifələrində addımbaşı rast gəlmək olur. Bir müddət bundan əvvəl dərc olunmuş belə məlumatlardan birində deyilir: “Şamaxının yol polisləri rayon yollarında qorxulu qüvvəyə çevriliblər. Yol polislərinin təqibləri, hədə-qorxuları rayon sakinləri üçün adi hal alıb. Belə ki, polislər bütün qanunlara məhəl qoymayaraq filmlərdə olduğu kimi təqiblərə əl atır, hətta sürücüləri evlərində belə yaxalamaqdan çəkinmirlər. Bu yaxınlarda rayonun Çarhan kənd sakini Sənani belə qorxulu təqiblə üzləşib. Onu qovan yol polisləri sürücünü öz evindəcə yaxalayıblar. Uzun sürən çək-çevirdən sonra isə polislər sürücünün həyətində ondan 300 manat almaqlavətəndaşdan əl çəkiblər...” Dərc olunmuş digər bir məlumatda isə yenə də Şamaxı rayon sakinlərdən birinin daha ağır təsirə məruz qoyulduğu bildirilir: “Başqa bir ilginc olay isə rayonun Xınıslı kənd sakini Zaurun başına gəlib. Traktor sürücüsü olan Zaur polislərdən birinin evinə və polis şöbəsinə həmişə pulsuz su daşıyırmış. Lakin, növbəti sifarişlərin birini yerinə yetirmək mümkün olmayıb. Bu isə Zaura çox baha başa gəlib. Qəzəblənən yol polis əməkdaşı onu yaşadığı evindən, ailə üzvlərinin gözü qarşısında kürəyindən vuraraq, sürüyərək polis şöbəsinə aparıb...” Bütün bunlar Şamaxı DYP bölməsinin yol verilməz iş üsullarından xəbər verir.Bu günlərdə redaksiyamıza daxil olmuş növbəti məlumatda təsvir olunan hadisə isə artıq ümumiyyətlə heç bir çərçivəyə sığmır. Şamaxı rayon sakini Əlsaab İbrahimov öz ərizəsində yazır: “31 yanvar 2015-ci il tarixində, saat 22-30 radələrində oğlum İbrahimov Tariyel evdən çıxıb öz avtomobili ilə aptekə gedərkən DYP-nin Şamaxı rayon bölməsinin rəisi Mübariz müəllim və əməkdaşı Anar Şükürov onu saxlayırlar. Oğlumun sənədlərini yoxladıqdan sonra, ondan 500 manat pul tələb edirlər ki, Moskvadan gəlmisən, bizi “görməlisən”. Tariyel dövlət yol polislərinə həmin məbləği verməkdən imtina etdikdə isə, həmin an Anar Şükürov oğlumu vəhşicəsinə döyərək və ona xəsarət yetirərək, polis maşınına məcburi qaydada oturdur. Polis əməkdaşlarının bu cür vəhşiliyini mən axırıncı 20 ildə görməmişəm. Heç bir əsas olmadan oğlumu polis şöbəsində saxlamaları nə dərəcədə qanuna müvafiqdir? Bir müddət sonra mən polis şöbəsində oldum. Orada rəis müavini Sədi Eyyubov mənə bildirdi ki, ağsaqqal, maşın içəri giribsə, 1000 manat verməlisən. Pulu ver, uşağını da, avtomobilini də apar. Şamaxı rayon polis şöbəsində anarxiya hökm sürməkdədir. Azərbaycan Respublikasının polis adına xələl gətirən Şamaxı rayon polis əməkdaşlarının ciddi şəkildə cəzalandırılması və işgəncələrə son qoyulması istiqamətində tədbir görülməsi üçün köməklik etməyinizi Sizdən xahiş edirəm.” Təbii ki, bizim bu xüsusda vətəndaşa köməyimiz yalnız məsələnin ictimailəşdirilməsindən və müvafiq qurumların diqqətinə çatdırılmasından ibarət ola bilər. Ümid edirik ki, DİN-in və BDYPİ-nin rəhbərliyi tərəfindən bu olayın araşdırılması və təqsirkarların cəzalandırılması istiqamətində lazımi addımlar atılacaqdır.



P.S. Materialda adı keçən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:28 Polis rəisinin “Çahargah” biabırçılığı Xəzər RPİ-nin rəisi Azər Muradov pritonu himayə edir Redaksiyamıza daxil olmuş növbəti məlumatda paytaxtın Xəzər rayonu ərazisində fəaliyyət göstərən daha bir əxlaqsızlıq yuvasından bəhs olunur. Mənbə bildirir ki, Hövsan və Türkan qəsəbələrinin şərti sərhəddində, bilavasitə dəniz kənarında
23:16 Uşaq stomatoloji poliklinikasında anarxiya Rafael Sultanovun rəhbərlik etdiyi poliklinikada vəziyyət acınacaqlıdır Qəzetimizin ötən saylarında biz dəfələrlə respublikamızın səhiyyə sistemində yer almış neqativ halların və bu halları şərtləndirən bir çox səbəblərin müzakirəsinə həsr olunmuş tənqidi məqalələr dərc etmişik. Məlum olduğu kimi
15:20 Beyləqanda vəziyyət "uruscadır"... - İcra başçısından şikayət var Qəzetimizin ötən saylarında Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan şəhər Ərazi İnzibati vahidi üzrə nümayəndəsi Azil Aslanovun yarıtmaz fəaliyyətinə dair bir neçə tənqidi material dərc olunub. Qeyd etmək lazımdır ki, bu gün də redaksiyamıza daxil olan məlumatlarda Azil Aslanovun öz
15:18 Bakıda “radar fırıldağı”-Diqqətli olun Bakıda radara düşdüyü üçün cərimə ödəmək istəyən şəxs fırıldaqçılıqla üzləşib. Mia.az-ın lent.az-a istinadən məlumatına görə, polisə müraciət edən Nəsimi rayon sakini, 1983-cü il təvəllüdlü Qurbanov Elnur Teymur oğlu bildirib ki, keçən ilin 9 oktyabr tarixində A.Abbaszadə küçəsində idarə etdiyi
11:24 Neftçalada vəziyyət nəzarətdən çıxıb? - İcra başçısının adamlarına söz deyən yoxdur - Yeyinti ittihamı... Yeni sədr bələdiyyə torpağında yerləşən obyektlərin sahibləri ilə bağlanmış müqavilənin şərtlərinə özbaşına şəkildə dəyişiklik edib Ölkənin cənub-şərqində yerləşən Neftçala rayonunda məmur özbaşınalıqları səngimək bilmir. Son günlər rayonda fəaliyyət göstərən yerli idarə, müəssisə və təşkilat

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az