t s

» » Telman İsmayılov bundan da pis günə qalmalıdı...

Telman İsmayılov bundan da pis günə qalmalıdı...

22-11-2015, 18:45 Yazar:  Anar Baxılıb: 584 Çap et
Telman İsmayılov bundan da pis günə qalmalıdı...Seymur Verdizadə

Mən uşaq olanda qonşu kənddə maraqlı bir hadisə baş verib. Vurub-yıxan oğlanlardan biri həyat yoldaşı ilə toya gedib. Məclisin qızğın yerində dava düşüb. Özünü həyat yoldaşına göstərmək istəyən oğlan bir göz qırpımında meydana atılıb. O, ard-arda vurduğu zərbələrlə bir neçə nəfəri yerə sərib. Gecəyarısı evə qayıdanda gəlin toydakı davanı yerli-yataqlı qayınanasına nəql etməyə başlayıb. Söhbət həyat yoldaşından düşəndə arvad onun sözünü ağzında qoyub: “Kiri, a bala! Adam pulsuz kişi ilə fəxr etməz”.

Kasıbçılığın üzü qara olsun. Pulsuzluq çox kişini arvad-uşaq yanında xar edib. Ancaq bu o demək deyil ki, pullu, imkanlı kişilər camaat içində həmişə alnıaçıq, üzüağ gəzirlər. Ləyaqətli cəmiyyətlərdə insanlara var-dövlətinə, mal-mülkünə yox, ağlına, dərrakəsinə, əməllərinə görə qiymət verirlər. O qədər pullu adamlar tanıyıram ki, xalqın arasında 5 qəpiklik hörmətləri yoxdur...

Rusiyada yaşayan Azərbaycan əsilli milyarder Telman İsmayılovun müflis olması ilə bağlı xəbər böyük səs-küyə səbəb oldu. Bu xəbəri tirajlayanlar arasında təəssüf hissi keçirən, məyus olanlar da az deyil. Üç-dörd gün əvvəl gənc həmkarlarımdan biri məndən soruşdu: “Telman İsmayılovun müflis olduğunu eşitmisiniz?” Xəbər məkanını yaxından təqib etdiyim üçün başımı tərpətməklə kifayətləndim. Amma gənc jurnalist yenə əl çəkmədi: “Görəsən, o, niyə bu günə düşdü? Yəqin, Putinin işidir...”

Özümü saxlaya bilmədim: “Cəhənnəmə müflis olsun! Qoy, onun dərdini Şakira ilə Cenifer Lopes çəksin”.

Oğlanın məzlum görkəm alıb, key adamlar kimi üzümə baxdığını görəndə səsimin tonunu bir qədər aşağı saldım: “Telman İsmayılov adlı bu iş adamından Azərbaycan xalqı indiyə kimi bir qəpiklik xeyir görməyib. O, pulunu ancaq “rumka” yoldaşlarına, bir də göbəyiaçıq müğənnilərə xərcləyib. Allah-Təalanın bəxş etdiyi sərvətlə bu cür amansız davranan adam bundan da pis günə qalmalıdır”.

Telman İsmayılov həmişə avara hərəkətləri ilə gündəmə gəlib. Bir müddət əvvəl xəbər yayıldı ki, İsmayılov şöhrəti dünya ilə bir olan Şakiranı “Azərbaycan” mahnısına oynadıb. Bilirsiniz, bu düşük hərəkəti ona neçəyə başa gəlib? Kolumbiyalı Şakiranın “Azərbaycan” mahnısına qol qaldırması üçün bizim Telman müəllim nə az, nə çox, düz 6 milyon dollar xərcləyib. Hansı ki, həmin 6 milyonla Azərbaycanda 600 adama iş yeri açmaq, yaxud 60 min kitab çap etmək, ya da sənət adamlarına, mədəniyyət və incəsənət xadimlərinə ciddi dəstək vermək olardı. Deyə bilərsinizmi, Telman İsmayılov indiyə kimi neçə şəhid ailəsinə yardım edib? Onun Azərbaycanın suverenliyi uğrunda döyüşlərdə sağlamlığını itirmiş Qarabağ qazilərindən heç olmasa birini müalicə elətdirdiyini eşitmisinizmi? Necə olur ki, İlham Rəhimov doğulduğu Tovuz rayonunda öz pulu ilə xəstəxana inşa etdirə, Mübariz Mənsimov Lənkəran Dövlət Dram Teatrının təmirinə 1 milyon avro ayıra, Azərbaycanın tanınmış sənət adamlarının müayinə və müalicəsini öz üzərinə götürə bilir, amma Telman İsmayılov doğulub boya-başa çatdığı doğma şəhərin abadlığı üçün beş manat da xərcləmək istəmir? Xeyriyyəçilik etməyən, kitaba, elmə, mədəniyyətə, sənətə düşmən kəsilən adamın aqibəti elə belə də olmalıydı.

P.S.Telman İsmayılov 2006-cı ildə 50 yaşını qeyd edəndə 1,5 milyon dollar ödəyərək, Cenifer Lopesi təşkil etdiyi məclisə gətirtmişdi. Amma belə getsə, 2016-cı ildə 60 yaşını qeyd edəndə yubileyinə heç Maral Tahirqıznı da çağıra bilməyəcək...




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az