t s

» » Bakıda maşın 2 piyadanı öldürüb

Bakıda maşın 2 piyadanı öldürüb

19-11-2015, 09:22 Yazar:  Namiq Baxılıb: 264 Çap et
Bakıda maşın 2 piyadanı öldürübÖtən gecə Bakıda eyni avtomobillə 3 piyadanın vurulması və onlardan ikisinin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Həmin avtoqəza Xəzər rayonu ərazisində, Albalılıq yaşayış massivində qeydə alınıb. Müəyyən edilib ki, piyada keçidi ilə yolu keçmək istəyən 3 kişi qəfildən “TOYOTA” markalı avtomobilin zərbəsinə tuş gəlib. Həmin piyadaların vəziyyətinin ağır olduğunu görən sürücü özü sonradan Təcili Tibbi Yardım xidmətinə məlumat verib. Ancaq Xəsarətləri daha ciddi olan piyadalardan ikisi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.


Hadisə ilə bağlı Xəzər Rayon Polis İdarəsinə də məlumat verilib və İdarənin əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu əraziyə cəlb olunub. Hadisə yerində müayinələr aparılıb. Yol qəzasını törətməkdə şübhəli bilinən “TOYOTA” markalı avtomobilin sürücüsü saxlanılıb və ifadəsinin alınması üçün polis orqanına aparılıb. İlkin ehtimal kimi avtomobilin yüksək sürətlə idarə edilməsi göstərilir. Təfərrüatlar araşdırılır. (anspress.com)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:48 Piyadanın ölümü ilə nəticələnən yol qəzası - Bakıda Bu gecə Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə Hövsan yolunda qeydə alınıb. Əmir Hacıməmmədov idarə etdiyi “BMW” markalı avtomobillə hərəkətdə olan zaman qəfildən yola piyada çıxıb. Əmir Hacıməmmədov avtomobili saxlaya bilməyib və piyadanı vurub. Sürücü yaralı piyadanı
10:18 Azərbaycanda qrant müqavilələrinin qeydə alınması qaydası müəyyənləşib Nazirlər Kabineti “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nı təsdiqləyib. APA-nın məlumatına görə, bu Qaydada qrant müqavilələrinin (qərarlarının) qeydə alınması ilə bağlı göstərilmiş tələblər sub-qrantlara və qrant müqaviləsi (qərarı) üzrə əlavə müqavilələrin, onların
09:26 CƏLİLABAD HAQQINDA ŞOK DSOYE - İLGİNC FAKTLAR Mürsəlov Mirşamil və ailəsi Cəlilabadda nə oyunlardan çıxır? "Geniş meydan" media qrupu vətəndaşların dəvəti ilə Cəlilabad rayonunda olmuş, rayon sakinlərini narahat edən bir sıra məsələlərə işıq salmışdır. Rayonun müxtəlif yerlərində çəkiliş aparan jurnalistlər Göytəpə qəsəbəsində maraqlı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:41 XALIQ SƏFƏVI: XƏZƏR XANLIĞININ YARANMASI VƏ ILK DÖVRLƏRI Tarixdə bu dövlət Xəzər xaqanlığı, Xəzər imperiyası,Yəhudilər Türk-Musəvi imperiyası kimi göstərilir. İndiki Güney Rusiya ərazisində olan Xəzərlərin VI yüzildən əvvəlki tarixi qeyri-müəyyənlik içindədir. 550-630-cu illər arası Göytürk imperatorluğunun bir parçası idilər. 7-ci yüzilin ortasında

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az