MySQL Error!
MySQL error in file: /engine/modules/show.full.php at line 920
Error Number: 191
The Error returned was:
Too many words in a FTS phrase or proximity search
SQL query:

SELECT id, date, short_story, xfields, title, category, alt_name FROM dle_post WHERE MATCH (title, short_story, full_story, xfields) AGAINST ('“Bəzi qazanxanaların qazla təchizatında problemlər yaranıb” - AÇIQLAMA Hələ ötən ay ABŞ Milli Okean və Atmosfer Agentliyi bu qışın çox sərt keçəcəyi haqda məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, axırıncı dəfə 1997- 98-ci ildə müşahidə olunan “Super El Nino” qasırğası bu qış da özünü göstərəcək, xüsusilə yanvar və fevral aylarında dondurucu soyuqlar gözlənilir. Qış proqnozları noyabrın sonunda açıqlanacaq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Hidrometeoroloji Proqnozlar Bürosundan Asif Verdiyev isə qəzetimizə açıqlamasında dedi ki, noyabrın sonunda cənub, şərq, Avropa və Qafqaz ölkələrinin forumu keçiriləcək. Ənənəvi olaraq hər il keçirilən forumda bu dəfə də qışın necə keçəcəyi barədə müzakirələr aparılacaq: “Dəqiqi təhlil və müzakirələr aparılandan sonra bu il qışın sərt, yaxud mülayim keçəcəyi barədə fikir söyləmək mümkün ola bilər. Bəri başdan verilən proqnoz qeyri-dəqiq olar”. Asif Verdiyevin sözlərinə görə, son illər ən sərt qış Azərbaycanda 2012-ci ilin fevral ayında müşahidə edilib. Hər il noyabr ayının 15-dən Azərbaycanda qış mövsümünə keçidlə əlaqədar aidiyyəti qurumlar gördükləri hazırlıqlarla əlaqədar məlumatlar yayır. Buna baxmayaraq paytaxtın Nizami, Binəqədi, Suraxanı rayonlarında yaşayan sakinlər mənzillərində qızdırıcıların olmamasından şikayətlənirlər. “Azəristiliktəchizat” gələn il üçün də tədbirlər görübsə... “Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətinin rəisi Rafiq Əliyevin sözlərinə görə, 2015-2016-cı illər payız-qış mövsümünə hazırlıqla əlaqədar qurum yeni istilik təchizatı mənbələrinin yaradılması, mövcud qazanxana və istilik məntəqələrinin bərpası, yenidən qurulması, modernləşdirilməsi, qazanxanaların qazla təmin edilməsi üçün yeni xətlərin çəkilməsi, magistral və məhəllədaxili istilik xətlərinin yenisi ilə əvəzlənməsi, sosial obyektlərin, binadaxili istilik sistemlərinin bərpası və yaşayış binalarının aşağı paylayıcı istilik sistemlərinin yenidən qurulması istiqamətində tədbirlərin icrasını davam etdirir: “Bununla əlaqədar növbəti istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində cari profilaktiki təmir işləri başa çatdırılaraq qışa hazır vəziyyətə gətirilib. Qazanxanalarda olan 93 qazan aqreqatı əsaslı təmir olunub, 744 qazan mexaniki, 244 qazan kimyəvi üsulla təmizlənib, 211 odluq təmir olunub, 150 istilik mübadilə aparatı mexaniki və 134 ədədi kimyəvi üsulla təmizlənib, 1006 kilometr magistral və məhəllədaxili istilik xətləri hidravlik təzyiqlə yoxlanılaraq yuyulub, qış mövsümündə problem yarada biləcək 49.5 kilometr istilik xətləri təmir olunub. Bundan başqa, 2534 ədəd nasos təftiş edilərək onlardan 89-u əsaslı və 964-ü cari təmir olunub, 51-i yenisi ilə əvəz olunub, 1894 elektrik mühərriki yoxlanıb, onlardan 646 ədədi cari, 62 ədədi əsaslı təmir olunub, 80 ədədi isə yenisi ilə əvəz olunub. 2015-ci ilin investisiya proqramı çərçivəsində “Azəristiliktəchizat” ASC tərəfindən yaşayış binaları və sosial obyektlərin istilik təchizatının bərpası istiqamətində 163 müxtəlif tipli layihələr həyata keçirilib. Bu layihələrin icrası olaraq 12 yeni müasir tipli istilik mənbəyi yaradılıb, qazanxanaların qazlaşdırılması ilə əlaqədar 30 layihə icra olunub, 125 yaşayış binasının məhəllədaxili və aşağı paylayıcı istilik sistemləri yenidən qurulub\" Qurum rəsmisi dedi ki, yeni yaradılmış bütün istilik mənbələrində Almaniya, İtaliya və Türkiyədə istehsal olunmuş ən müasir tipli avadanlıqlar quraşdırılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində “Azəristiliktəchizat” ASC tərəfindən növbəti payız-qış mövsümündə 540 qazanxana və 93 istilik məntəqəsinin fasiləsiz və etibarlı iş rejimi təmin ediləcək ki, onların da vasitəsilə 2015-2016-cı illər payız-qış mövsümündə 3570 yaşayış binasının, 285 məktəbin, 158 uşaq bağçasının, 156 səhiyyə müəssisəsinin və 700-ə yaxın digər sosial və təsərrüfat hesablı obyektlərin istiliklə təmin olunması nəzərdə tutulub: “Sakinlər müraciətlərin operativ olaraq qəbul edilməsi, araşdırılması və zəruri tədbirlərin görülməsi məqsədi ilə ”Azəristiliktəchizat\" ASC 956 saylı Çağrı Mərkəzi istifadəyə verib. Eyni zamanda “Azəristiliktəchizat” ASC-nin saytı vasitəsilə də vətəndaşlar elektron ərizə ilə müraciət edərək onları maraqlandıran suallara operativ cavab ala bilərlər\". Rafiq Əliyev bildirdi ki, sakinlərin istilik haqqını ödəməsi işini asanlaşdırılması məqsədi ilə bütün abonentlər üzrə abunəçi kodları açılıb, hökumət ödəniş portalına qoşulub: “Artıq abonentlərimizə istənilən bank və poçt filiallarında, habelə onlayn rejimdə çalışan istənilən ödəmə sistemi və aparatları vasitəsi ilə istilik haqlarının ödənilməsi üçün şərait yaradılıb. Görülən işlərin müqabilində sakinlər nədən mənzillərinin soyuq olmasından şikayətlənir? Məsələn, 7-ci mikrorayon ərazisində mənzillərin soyuq olmasından, hələ də istiliyin verilməməsindən sakinlər narazılıq edir. “Azəriqaz” qazanxanalara qaz vermir? Rafiq Əliyev bildirdi ki, “Azəristiliktəchizat” ASC-nin bütün qazanxanaları işlək vəziyyətdə olmasına baxmayaraq “Azəriqaz” İstehsalat Birliyinin bəzi qazanxanaları qazla təchiz etmədiyi üçün problemlər yaranıb. Səbəbi isə Rafiq Əliyev belə izah etdi: “Azəriqaz”dan bildirilir ki, bizim qurumun onlara borcu var. Amma bu, səbəb ola bilməz. “Azəristiliktəchizat”ın borcu varsa, “Azəriqaz” onu məhkəməyə verə bilər, burada əhalinin nə günahı?.. Məhz bu səbəbdən bəzi qazanxanaların qaz təchizatı yoxdur və mənzillərin istilik təminatı mümkün deyil\". “Azəriqaz” İB-nin Mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev isə bildirir ki, istər əhali, istər qeyri-əhali qrupu olsun, təbii qazın verilməsində heç bir problem yoxdur: “Havalar nə qədər şaxtalı, qarlı, soyuq keçəcəksə də heç bir problem gözlənilmir. Tələbata uyğun təbii qazla təminat aparılır. Əgər mənzillərin istilik batareyası ilə isidilməsindən söhbət gedirsə, bu məsələnin bizə heç bir aidiyyəti yoxdur, bu məsələyə “Azəristiliktəchizat” cavabdehdir. Qoy özləri cavab versinlər. Hansı qazanxana qazla təmin olunmayıbsa, bizə rəsmi məlumat versinlər, araşdıraq\". “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev isə bildirdi ki, havalar nə qədər soyuq, yağmurlu keçsə də, elektrik təminatı ilə bağlı problem olmayacaq: “Hər evdə işıq var, elektrik enerjisi təminatında problem yoxdur. Çünki biz işimizi mövsümə uyğun qurmuruq”. Sevil Hilalqızı') AND id != 7164 AND approve=1 AND date < '2018-08-15 19:16:04' LIMIT 5