t s

» » "MTN işi"ndə Gədəbəy düyünü - ŞOK İTTİHAMLAR

"MTN işi"ndə Gədəbəy düyünü - ŞOK İTTİHAMLAR

10-11-2015, 20:40 Yazar:  Gülnar Baxılıb: 581 Çap et
"MTN işi"ndə Gədəbəy düyünü - ŞOK İTTİHAMLARMəlum olduğu kimi, ötən həftə Gədəbəyli iş adamları Beynəlxalq Mətbuat Mərkəzində (BMM) rayonun icra başçısı və digər vəzifə sahibləri tərəfindən tapdalanmış hüquqlarının müdafiəsi ilə bağlı, ölkə rəhbəri cənab İlham Əliyevə müraciət etmək üçün mətbuat konfrası keçirirlər. Mətbuat konfransının geniş ictimai rəy almasına səbəb o oldu ki, bir neçə il bundan öncə "Gündəm Xəbər" qəzetində, Gədəbəyli iş adamı mərhum Əli Abdullayevin tapdalanmış hüquqlarının müdafiəsi ilə bağlı tənqidi məqalələr işıq üzü gördükcə və həmin məqalələrdə icra başçısı Ramiz Yedyarov, maliyyə idarəsinin müdiri Namiq Məmmədov və digər yerli vəzifə sahibləri tənqid atəşinə tutulurdular. Həmin vaxtdan bu günə qədər, rayonda haqqı tapdalanan iş adamlarının sayı durmadan artmağa başlayıb. Bu gün də "Gündəm Xəbər" qəzeti öz oxucularının yanında olmaqla bərabər, məmurlara qarşı tənqidi yazılarını yenə də geniş ictimaiyyətin diqqətinə çatdırmaqdadır.

Əldə etdiyimiz məlumata görə Gədəbəyli iş adamlarına qarşı qol qoyulan haqsızlıqlarla bağlı, Gədəbəy rayon İcra Hakimiyyətinin başçısına hələ də “dur” deyilməməsinə səbəbi o olur ki, PA-da rayon icra hakimiyyəti başçısının 1-ci müavin vəzifəsini daşıyan Qüdrət Paşayevin qardaşının, Feldiger Xidmətinin rəisi general-mayor Ədalət Paşayevlə sıx bağlılığının olmasıdır.

Daxil olan məlumatlarda o da bildirilir ki, hər iki qardaşın himayədarı, Prezidentin müvafiq sərəncamı ilə istefaya göndərilən və hal-hazırda həbs olunan MTN-i Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev olmuşdur. Belə bir məlumatda əldə edə bilmişik ki, hələ bir müddət bundan əvvəl PA-da polkovnik rütbəsində olan Ədalət Paşayev daşıdığı vəzifəsindən qovulurmuş. Çox keçmir ki, MTN-i Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyev işə müdaxilə edərək, Ədalət Paşayevə general rütbəsi verdirməklə, onu daşıdığı vəzifəsində saxlatdıra bilir. Bu günlərdə "Gündəm Xəbər"ə daxil olan başqa bir məlumatdan o da aydın oldu ki, Prezident İlham Əliyev MTN-i ilə bağlı məlum göstərişlərini verməzdən öncə, Gədəbəy rayon İcra Hakimiyyəti başçısının 1-i müavini Qüdrət Paşayev, maliyyə idarəsinin müdiri Namiq Məmmədov və PA-da Feldiger Xidmətinin rəisi general-mayor Ədalət Paşayev, bir masa arxasında oturaraq qəzetimizi susdurmaq haqda müzakirələr də aparırlar. Və belə bir nəticəyə gəlirlər ki, hər üçünün himayədarı olan və hal-hazırda həbs olunan MTN-i Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyevi, bu haqda məlumatlandırsınlar və qəzetimizə qarşı MTN-i tərəfindən ciddi təzyiqlər də etdirsinlər. Nəhayət, aparılan müzakirələrdən, əldə olunan məlumatlardan və.s belə qənaətə gəlmək mümkün olur ki, hər üç vəzifə sahibinin uzun müddət vəzifə başında oturmalarına səbəb, MTN-i faktorunun varlığı olub.

Redaksiyamızı məlumatlandıran mənbənin söylədikləri, yuxarıda sadaladıqlarımızı tam təsdiq etmiş olur. Belə ki, bir müddət bundan öncə MTN-i Monitorinq Mərkəzinin sabiq rəisi Teymur Quliyevlə, yemək masası arxasında əyləşən Gədəbəy rayon maliyyə idarəsinin “əbədi və əzəli şefi” Namiq Məmmədov və qaynağımızın tanıya bilmədiyi dostlarından birinin onlarla birlikdə masa arxasında olması, bu yöndə lazımi məlumatları əldə etməyimizə imkan verdi.

Beləliklə, general-mayor hərbi rütbəsini daşıyan Teymur Quliyev kimdir?

1970-ci ildə Bakıda anadan olan Teymur Quliyev, Xalq Təsərrüfatı İnstitunu (indiki İqtisad Universiteti) bitirdikdən sonra DİN-i strukturunda çalışıb. DİN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsində o, gələcək MTN-nin rəhbəri təyin ediləcək Eldar Mahmudovun rəhbərliyi altında işləyib. Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunduqdan sonra, T.Quliyev də iş yerini dəyişir. Çox keçmir ki o, MTN-də təchizat şöbəsinin rəisi postuna təyinat alır. Bu vəzifədə az müddət işlədikdən sonra o, çox keçmir ki, daha yüksək posta-MTN-in Monitorinq Mərkəzinə rəis təyin olunur. 2012-ci ildə ona general-mayor hərbi rütbəsi verilir. Teymur Quliyevin atası mərhum Rəcəb Quliyev də, uzun illər ərzində polis sistemində işləyib. Bir sıra rayonlarda polis rəisi vəzifəsini daşıyan əmisi Rəhim Quliyev də, polis strukturunda işləyib və DİN-də məsul vəzifələr də tutub. 1980-ci ildən isə, Daxili İşlər Nazirinin müavini vəzifəsini daşıyan Quliyevlər, əslən Gədəbəy rayonundandırlar.

Gədəbəydə yaşananlar və yaşadılanlar

Artıq Gədəbəyin adı bügünkü günümüzdə daha çox hallanan, dövrü mətbuatın gündəmini zəbt edən mövzularla bağlı olduğundan, hər kəs bu rayon haqda az-çox maraqlanır, lazımi məlumatları da əldə etməyə çalışırlar. Gədəbəydə yaşanan və tam əksəriyyəti şoka sala biləcək problemlərdən biri də, rayonun mərkəzi arxiv idarəsində sənədlərdəki bir çox qanunsuzluqları ört-basdır etmək üçün, onların “ütülə” edilməsidir. Baxmayaraq ki, hər bir idarə, müəssisə və təşkilata, digər qurumlara aid sənədlər 5 il ərzində onlara məxsus arxivlərdə saxlanmalı və sonradan mərkəzi arxivlərə göndərilməli olduğu halda, həmin sənədlərin çoxu Gədəbəy rayon mərkəzi arxivinin müdiri Asif müəllimin “xeyr-duası” ilə itbata salınıb yox edilir.

Şahbaz Bayramovun vəzifə təyinatında, rayon rəhbərliyi niyə maraqlı olub?

Rayonu ağuşuna alan çoxsaylı qanunsuzluqlardan biri də, şəhərin abadlaşdırılması məqsədilə ayrılan milyonlarla manat vəsaitlərin mənimsənilməsidir. Bu haqda məlumatları “Gündəm Xəbər”ə çatdıran mənbə bildirir ki, hal-hazırda Gədəbəy şəhər icra nümayəndəsi olan Şahbaz Bayramov da, rayon rəhbərliyinin sınadığı və saxta əməlləri ilə rəhbərliyin etimadını doğruldan vəzifə sahiblərindəndir. Mənbə onu da vurğulayır ki, o, hələ rayonun peşə məktəbinə rəhbərlik edən zaman, iştahasını cilovlaya bilməmiş və nəticədə şagirdlərin təqaüdlərini, yemək məqsədilə ayrılan pulları və.s-də mənimsəmişdir. Belə bir addımlarının müqabilində vəziyyət o qədər dramatikləşir ki, son anda rəhbərlik Şahbaz Bayramovu kollegiyanın qərarı ilə daşıdığı vəzifəsindən qovur. Amma çox keçmir ki, o, vəzifə daşımaq həsrətiylə yaşatdığı arzusunu “çin edə” bilir. Yəni, o, harada hansı vəzifəni daşımasından asılı olmayaraq, həmişə o qədər çoxsaylı qanunsuzluqlara qol qoyub ki, rəhbərlik də saxtakar əməllərə qol qoymaqda peşəkar olan bu şəxsi, heç cür kənarda qoymaq istəməyib. Belə bir yanaşmanın nəticəsi o olur ki, Şahbaz Bayramov bir qədər vaxt keçdikdən sonra, rayonun su təsərrüfatına rəhbər də təyin olunur. Çox keçmir ki, o, rəhbərlik etdiyi qurumda hər cür maxinasiyalara imza atır və bir qədər də uzaqgörənlik edərək, idarənin həyətində özünə gözəgəlimli bir villa da tikdirir.

Düzdür, o, idarə rəhbəridir. Lazımi sənədlərə imza atmağa, möhürlə təsdiq etmək ixtiyarına malik vəzifə sahiblərindən də biridir. Amma onun həyata keçirdiyi maliyyə maxinasiyaları, əldə etdiyimiz məlumatlara görə rayonun maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədovun cızdığı planlar əsasında baş tutur. Və belə bir yolla hər il külli miqdarda büdcədən ayrılan vəsaitlər, Bayramov-Məmmədov işbirliyinin “qurbanına” da çevrilir. Saxta

əməlləri ilə məşhurlaşan bu şəxsin atdığı addımların səs-sorağı, çox keçmir ki, Şahbaz Bayramovu sahiblik etdiyi “tac-taxtdan” sala da bilir. Yəni, tabe olduğu bu rəhbərlik də, çox keçmir ki, onu kollegiyanın qərarı ilə daşıdığı vəzifəsindən uzaqlaşdırır.

Hər iki gəlirli vəzifəsinə “əlvida” deyən Şahbaz Bayramov, çox keçmir ki, Ramiz Yediyarov və Namiq Məmmədov ittifaqının qüdrəti sayəsində, daha bir gəlirli sahəyə təyinat alır. Yəni yuxarıda qeyd etdiyimiz kimi, saxta əməllərə qol qoymaqda mahir olan bu şəxsin işsiz qalması, hətta rayon rəhbərliyinə də sərf etmir. Çox keçmir ki, o, Gədəbəy şəhəri üzrə icra nümayəndəsi təyin olunur. Artıq bu gün “kor atını minib həm saga, həm də sola sürən” Şahbaz Bayramov, hər il təkcə şəhərin yaşıllaşdırılması adı altında, təqribən 7-10 min manatı da mənimsəyə bilir. Aldığı əmək haqqı 500 manat olduğu halda, onun külli miqdarda var-dövlətə sahib olması da, ortaya çoxsaylı sualların çıxmasına səbəb olur. Yəni, bu gün onun bir neçə villası, “ŞEVRALİT NİVA” markalı avtomobili, daha nələri, nələri var.

Beton piltələri daşıtdıran və bu gün də satışa çıxaran vəzifə sahibi kimdir?

Hələ bir müddət bundan əvvəl, Gədəbəydəki köhnə avtovağzalın söküntüsü zamanı beton piltələrin Şahbaz Bayramovun həyətinə daşınması və bu gün isə satışa çıxarılması, hal-hazırda hər kəsi düşündürməkdədir. Maraqlı hal odur ki, sahibkarlara vurulan maddi ziyana görə yaxasını kənara çəkən bu şəxs, bu gün də sahibkarların əmlakını satdırmaqla özünə var-dövlət toplamaqdadır.

Rayonun mərkəzi küçəsində plana düşən aptek niyə sökülmədi?

Rayonun maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədovun, digər yollarla gəlir əldə etməsi məsələsinə gəlincə isə, onu da deyə bilərik ki, bu şəxs rayondakı poliklinikadan xəstələrə verilən forma-88 müqabilində əldə olunan pullara da şərik olur. Rayonun mərkəzində fəaliyyət göstərən aptekin plana düşməsinə baxmayaraq, bu gün həmin aptekdə satılan dərmanlar da, “maliyyə şefi”nə gündəlik gəlir gətirməkdədir. Bu haqda məlumatı verən mənbə onu da bildirir ki, həmin aptekdə rayonun imtiyazlı sakinlərinə pulsuz verilməli olan dərmanlar da satdırılır. Əgər aptekə giriş əvvəl ön hissədən idisə, bu gün isə yan tərəfdən də giriş qapısı açılıb. Bu da aptekdə müştəriləri dərman almalarına və.s geniş imkanlar açır. Aptekin plana düşüb niyə sökülməməsi məsələsinə gəlincə onu deyə bilərik ki, problemin həllini Namiq Məmmədov rayon rəhbərliyi ilə zamanında çözə bilib. Bu zaman ortada nə qədər “haqq-hesab”ın olmasını, sahibkarlıq fəaliyyəti ilə məşğul olan və Yediyarov-Məmmədov ittifaqının iztirabından zülm çəkənlər də bilirlər.

Təqribən 100 ədəd şam ağacının ömrünə, hansı vəzifə sahibi “hökm oxutdurub

Şəhərin Heydər Əliyev parkında inşa olunan və dəyəri orta hesabla 200 min manata qiymətləndirilən “Çay Evi”nin də, Namiq Məmmədova bağlılığı haqda, hələ bir müddət bundan əvvəl dövrü mətbuatda açıqlamalar da dərc etmişdik. Bu haqda məlumatı verən mənbə bildirir ki, “Çay Evi”nin inşaası zamanı təqribən 100 ədəd şam ağacının ömrünə “hökm”də oxunur.

Bu gün isə Namiq Məmmədovun əsas amalı, rayonun Slavyanka kəndində Ramiz Yediyarova tikdirdiyi villanın inşaasına köklənib. Villanın ön hissəsində tikilən “kotejlər”in “maliyyə şefi”nə məxsus olduğu bildirilir. Namiq müəllimin Zəhmət kəndi ilə Slavyankanın ayrıcında tikdirdiyi evin isə, icra başçısının sürücüsünə məxsus olduğunu söyləyənlər də var.

Gədəbəydə büdcə pulları necə silinir?

Ramiz Yediyarovun icra başçısı təyin olunması, bu rayonun tarixində sanki silinməz bir ləkə olaraq daim xatırlanacaq. Çünki, onun təyinatı Gədəbəyə əməlli-başlıca yeni bir ab-hava da gətirib. Məsələn, adicə bir məsələyə toxunaq ki, onun icra başçısı təyin olunduğu vaxtdan bu günə kimi, rayonun Mədəniyyət evinə məxsus binanın 3 dəfə təmir olunduğu bildirilir. Əslində aparılan təmir-bərpa işləri, heç də icra başçısının rayonun mədəniyyətini daha da dirçəltmək məqsədi daşımır, müəyyən adlar adı altında büdcə pullarını mənimsəməyə xidmət edir. Sözsüz ki, belə bir addımların atılmasında maliyyə müdrinin də xüsusi rolu, rəhbərliklə qurduğu işbirliyi də olur.

Satıcılar xəstəxananın otaqlarında “jirnı alıcı” axtarırlar

Bir müddət bundan əvvəl yazıb onu da qeyd etmişdik ki, Namiq Məmmədovun “əl gəzdirdiyi” və nəzarətində saxladığı sahələrdən biri də, Gədəbəyin Mərkəzi Rayon Xəstəxanasıdır. Yazıb onu da bildirmişdik ki, Ramiz Pirverdiyev baş həkim olaraq nəinki idarəçiliyində, hətta nəzarətində olduğu digər sahələrdə də, əməlli-başlıca qanunsuzluqlara qol qoymaqdadır. Məsələn, “Gündəm Xəbər”i məlumatlandıran mənbə onu da vurğulayır ki, bir müddət bundan əvvəl adı çəkilən xəstəxananın giriş hissəsində yerləşən yeməkxanada olarkən, belə bir məlumat da əldə edə bildik ki, həmin yeməkxana baş həkimə məxsusdur. Əldə olunan məlumatın nə dərəcədə dəqiq olub-olmaması barədə bir söz deyə bilməsək də, deyəcəyimiz söz o olacaq ki, həmin yeməkxanada satılan spirtli içkilərin bəzilərində “aksız marka” olmur. Bunun da özəl səbəbləri, ciddi araşdırmaya ehtiyacı var.

Hələ bir müddət bundan əvvəl əməkdaşımızın rayonun mərkəzi xəstəxanasına baş çəkməsi, onun müdhiş olayla üz-üzə qalmasına da səbəb olur. Əməkdaşımız görür ki, səhər saatlarında xəstəxananın giriş qapısında əməlli-başlıca bazar açıldığından, şıdırğı alver də gedir. Yəni, bir satıcı xəstəxananın giriş qapısının bir tərəfində dayanıb xırdavat malları satır, başa birisi balıq alveri edir, digərləri isə xəstəxananı otaq-otaq gəzib özünə müştəri axtarışına çıxır. Yaşanan mənzərənin çəklişini çəkib, çəklişi redaksiyamıza təqdim edən əməkdaşımız bildirir ki, Gədəbəy rayon Mərkəzi Xəstəxanasının həyəti, səhər saatlarında sanki kolxoz bazarına bənzəyir. Alan kim, satan kim, hay-həşir saln kim! Hər kəs alır, hamı da satır. Yəni, xəstəxananın həyətində paraşokdan tutmuş balığa qədər nə istəsən ala bilərsən. Əslində satıcıların xəstəxananın həyətinə “köç etmələri”nin özəl səbəbləri var. Bu da onunla bağlıdır ki, mal satan satıcılar həmişə çalışırlar ki, “jirnı alıcı” əldə etsinlər. Belə bir alıcılar da Gədəbəy rayon Mərkəzi Xəstəxanasında. Çünki, bu xəstəxanada çalışan hər kəs, xəstəxanaya üz tutan xəstəni elə bir formada “soyurlar” ki, xəstəxanaya üz tutanların “nəinki əti, hətta qanı belə qalmır”. Bu yolla ciblərini “qalın edənlər” satıcılar üçün “jirnı alıcı”ya çevrilirlər. Sözsüz ki, onların da “jirnı alıcı”ya çevrilmələrinin kökündə, Ramiz Pirverdiyevin yaratdığı şərait, tətbiq etdiyi “bezpredel idarəçilik” durur.

Diqqəti cəlb edən hal odur ki, görəsən nə vaxtdan mərkəzi xəstəxananın həyətində xırdavat mallar, paraşok, balıq və.s. kimi məhsulların satışına icazə verilməsi haqda rəhbərlik qərar verib. Yoxsa, belə bir addımın atılması Ramiz həkimin düzüb-qoşduğu planlardan biridir. Bax bu haqda düşünmək, bir qədər götür-qoy etmək gərəkdir ki, yaşanan olaylardan az-şox xəbər tutmaq mümkün olsun. Yoxsa, bizi də “jirnı alıcı” axtarışında olan satıcılar, həmin ünvanda sata bilərlər.

Araşdırmalarımız davam edəcək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:25 Gədəbəydə dizi bükülən sahibkarlar... - ŞİKAYƏT VAR Ölkəmizin qərb zonasında yerləşən rayonlar içərisində Gədəbəyin adı xüsusi bir formada hallanır ki, bu hallanma da rayonda yaşanan ab-havanın varlığı ilə bağlıdır. Əgər ümumi müzakirələr zamanı digər rayonların adları həyata keçirilən abadlıq-quruculuq işlərində, müəyyən yeniliklərdə hallanırsa,
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az