t s

» » «Azərpoçt»da talançılığın ifrat forması

«Azərpoçt»da talançılığın ifrat forması

10-11-2015, 09:41 Yazar:  Əsmər Baxılıb: 194 Çap et
«Azərpoçt»da talançılığın ifrat formasıRəhbərlik şöbələrin binasını satıb, sonra da yeni sahibindən baha qiymətə icarəyə götürüblər

Mediaxeberleri.az JAM.az-ın II YAZISINI təqdim edir

Bir neçə gün əvvəl «Azərpoçt» MMC-də baş vermiş dəhşətli korrupsiya halları barədə məlumat vermişdik. Həmin məlumatda onlarla poçt şöbəsinin özəlləşdirilərək, talan edildiyi, ayrı-ayrı şəxslərə hədiyyə verildiyi vurğulanırdı. İkinci yazımızda isə bu talançılığın yeni detalları barədə geniş bilgi verməyə çalışacağıq.

Sübhan Kazımova 12 min manatlıq ittiham

Ötən yazımızda bu yaxınlarda həbs olunmuş direktor Qəmbər Bəybalayevin səlahiyyətlərini icra edən Sübhan Kazımov barədə qısa məlumat vermişdik. Bildirmişdik ki, bu şəxs baş nazirin birinci müavini Əli Əhmədovun bacısı oğludur və adı bir çox qalmaqallı məsələlərdə keçir.

JAM.AZ xəbər verir ki, «Azərpoçt» MMC-nin direktor müavini olan Kazımov 01.04.1966-cı ildə Ermənistan Respublikasının Basarkeçər rayonunun, Dərə kəndində anadan olub. 1983-1990-cı illərdə Çingiz İldrım adına Azərbaycan Politexnik İnstitutunun elektron hesablayıcı maşınları ixtisası üzrə hesablama fakultəsinin əyani şöbəsində təhsil alıb. 1991-ci ildən işləyib. 1992-1993-ci ildə "Proqress" firmasında sex rəisi, Baş direktor, 1993-1998-ci illərdə BMQ zavodunda baş mexanik, 1998-2002-ci illərdə "Alo İnform" şirkətində Texniki şöbənin rəisi vəzifələrərində çalışıb. 09.10.2002-ci ildən "Azərpoçt" MMC-də Texniki şöbənin rəisi, 07.07.2004-cü ildən hal-hazıradək "Azərpoçt" MMC-nin Baş direktor müavini vəzifəsində çalışır. 04.12.2012-ci ildə RİTN-nin 300 saylı əmrinə əsasən "Rabitə Ustası" adına layiq görülmüşdür.

Maraqlı məqamlardan biri odur ki, Sübhan Kazımov MMC-də həddindən artıq sərbəst adam olub. Hətta onun Qəmbər Bəybalayevin sözünə belə qulaq asmadığı deyilir. İddia olunur ki, rayon poçt şöbələrinə kadrların təyin edilməsi də məhz onluq məsələlər sırasındaymış. Məsələn, oxucularımızdan biri yazır ki, Zərdab rayon Poçtunun yeni müdiri olan Romil adlı şəxsin diplomu saxta olsa da, Sübhan Kazımov onu işə götürüb. Prose sisə bir ay bundan əvvəl baş verib. Rayon sakini iddia edir ki, Romilin özünün dediyinə görə, o, bu istəyinə çatmaq üçün «Azərpoçt» direktorunun müavininə 12 min manat pul verib. Səbəbi isə Qəmbər Bəybalayevin onun əmrini vermək niyyətində olmaması olub.

Poçt Şöbələri niyə satılıb?

JAM.AZ-ın araşdırmalarına görə, «Azərpoçt»un təkcə Bakı şəhərində 100-dən artıq şöbəsi fəaliyyət göstərir. Onların hansı keyfiyyətlə fəaliyyət göstərdiklərini bizim deməyimiz doğru olmazdı. Çünki bu barədə rəyi elə əhali verməlidir.

Lakin sovet dövründə əksər binaların birinci mərtəbəsini başdan başa əhatə edən poçt şöbələrinin çoxunun ərazisi ya satılıb, ya da kiçilərək balaca bir otağa çığdırılıb. JAM.AZ-ın bununla bağlı apardığı araşdırma zamanı isə ortaya dəhşətli faktlar çıxıb.
Məlum olub ki, Bakıdakı əksər poçt şöbələrinin yerləşdiyi ərazilər özəlləşdirmə adı ilə ayrı-ayrı şəxslərə satılıb. Ərazisi 500-600 kv.m olan bu şöbələrin kiçilərək 40 kv.m-ə sığdırılması isə olduqca qəribə olaydır.

Misal olaraq, Nərimanov rayonu ərazisində yerləşən 52 saylı Poçt Şöbəsinin ərazisi tamamilə satılıb. Həmin şöbə hazırda 40 kvadratlıq bir məkana sığdırılıb.

Bir başqa misal kimi, Həzi Aslanov metrosunun yaxınlığında yerləşən 129 saylı Poçt Şöbəsinin də sahəsi satışa çıxarılıb və onlara da kiçik yer verməklə kifayətləniblər.

Biləcəridəki şöbələr necə «əridilib»?

Redaksiyamıza daxil olan məlumatlara görə, ən dəhşətli durum Binəqədi rayonunda yaşanıb. Burada özəlləşdirmə adı ilə bütün yerli Poçt Şöbələri satılıb. Hətta bir çoxlarını birləşdirərək, zirzəmilərdə məskunlaşdırıblar.

JAM.AZ-ın dəqiqləşdirmələrinə görə, Biləcəri qəsəbəsində yerləşən 125 və 147 saylı Poçt Şöbələrini bütünlüklə satıblar. 6 otaqlı mənzildən ibarət olan bu şöəbələri sonradan birləşdirib, zirzəmiyə yerləşdiriblər. Hazırda da qəsəbədəki zirzəmilərdən birində fəaliyyət göstərir.

Və ya 124 saylı Poçt Şöbəsinin sahəsi də satılıb. «Azərpoçt» rəhbərliyi tərəfindən satılan həmin şöbənin ümumi sahəsi 300-400 kv.metr olsa da, hazırda onu 30 kv.metrlik bir otağa sığdırıblar.

«Azərpoçt»un Səbayeldə birabırçılığı

Doğrusu, bu məlumatlarla qarşılaşdıqda bir çox hallarda insana utanc hissləri gəlir. Ona görə ki, dövlətin əmlakını bu şəkildə talamaq, məhv etmək, sıradan çıxarmağı heç kim etməzdi ki, «Azərpoçt» rəhbərliyi edib. İndi təqdim edəcəyimiz faktdan sonra yəqin ki, əksəriyyətiniz yazdığımız fikirlə razılaşacaqsınız.

JAM.AZ-ın araşdırmaları zamanı dəqiqləşib ki, Səbayel rayonu ərazisində yerləşən 5 saylı Poçt Şöbəsinin (MUM-un yanında) binası Akif Əlibekov adlı şəxsin adına özəlləşdirilib. Bu şəxsin konkret olaraq kimliyi barədə bizdə bilgilər mövcud deyil. Amma önəmli olan bu obyektin kimin adına özəlləşdirildiyi deyil, «Azərpoçt» rəhbərliyinin özəlləşdirmədən sonra çıxardığı hoqqadır.

Belə ki, Akif Əlibekov özəlləşdirdiyi həmin şöbənin ərazisi təqribən 150 kv. metr olub. Onun hazırda böyük bir qismində özünə dükan açıb və işlədir. Amma bir qism hissəsini isə yenidən «Azərpoçt»a icarəyə verib. Özü də kiçik qiymətə deyil, aylıq 4000 manata.

Qeyd edək ki, bu açıq şəkildə biabırçılıqdır. «Azərpoçt» rəhbərliyi dövlətin əmlakını satmaqla kifayətlənməyib, üstəlik, əldə etdiyi qaxancı talamağın da yeni metodunu tapıb. Böyük ehtimalla, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin bu qurumda apardığı araşdırma daha ciddi faktların üzə çıxmasına səbəb olacaq. Hətta bununla əlaqədar xeyli sayda həbslərin olacağı da istisna edilmir.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az