t s

» » Şahin Məmmədovun Ağcabədi macəraları - ŞİKAYƏT VAR

Şahin Məmmədovun Ağcabədi macəraları - ŞİKAYƏT VAR

10-11-2015, 09:36 Yazar:  Əsmər Baxılıb: 963 Çap et
Şahin Məmmədovun Ağcabədi macəraları - ŞİKAYƏT VARAğcabədi rayonunda cərəyan edən məsələlər, məmur özbaşnalığı və icra başçısı Şahin Məmmədovun Ağcabədidə yaratdığı anormal və analoqu olmayan vəziyyətlə bağlı silsilə yazılar dərc edirdik. Son günlərin gedişatı onu göstərdi ki, kiv-də gedən yazılar Ağcabədidə vəziyyəti yaxşılığa doğru dəyişmək əvəzinə, əksinə daha da pisləşməyə doğru istiqamət götürdü. Görünən budur ki, Şahin Məmmədov Ağcabədidə öz şahlığını yaradıb və heç bir qayda-qanun tanımır. Görünən budur ki, ölkədə son vaxtlar baş verən neqativ olaylarla bağlı dövlət başçısı cənab İlham Əliyevin verdiyi göstəriş və tapşırıqlar Şahin Məmmədov tətəfindən qulaqardına vurulur. Qəribədir. Nədən mövcud qanunlar ölkənin bir rayonu olan Ağcabədidə işləmir? Şahin Məmmədov kimə arxayındır ki, insanları belə olmazın əzablara düçar edir? Axı niyə Ağcabədidə olarkən hiss olunur ki, rayonda açıq özbaşnalıq var, vətəndaşlar dövlət orqanlarına güvənmir? Kimdir bunun günahkarı? İnsanları doğma dövlətdən, vətəndən iyrəndirmək görəvi götürən şəxs kimdir Ağcabədidə? Nə isə, cumhuriyyət. az olaraq rayon sakinlərinin müraciətləri əsasında rayondakı bir sıra qanunsuzluqlara daha geniş şəkildə toxunmağı qərara aldıq.
Rayonun Şənlik kəndində yerləşən kənd tam orta məktəbində sinif komplekti yaradıblar, pul ayrılıb, jurnal formal olaraq yazılır. Sinifdə uşaq yoxdur. Əgər bu məsələ yoxlanılsa jurnalda adları olan şagirdlərin faktiki olaraq olmadığı ortaya çıxacaq. Bu məsələ bir qədər əvvəl rayon prokurorluğunda olub, ancaq təhsil şöbəsinin müdirinin rayon prokurorluğuna getməsi ilə məsələ bağlanıb. Burada baxıb görmək olur ki, Ağcabədi təhsili dələduzların əlindədir. Həm dövlətin vəsaitləri mənasız yerə sərf edilir, həm də hüquq-mühafizə orqanları baş verənləri rüşvət müqabilində ört-basdır edirlər. Sual olunur, belə hallar dövlət üçün utanc gətirmirmi? Nəfsinin əsiri olan yerli məmurlar niyə və hansı haqla dövləti və onun rəhbərini aldadırlar?

Ağcabədinin icra başçısı Şahin Məmmədovun etdiyi gülünc və normal sayıla bilməyəcək hərəkətlərindən birini bizə elə onunla birgə həmin adıçəkilən yas məclisinə gedən şəxs nəql etdi. Deməli, bir qədər əvvəl Şahin Məmmədov öz ətrafındakı əyan-əşrəfi ilə bərabər rayondakı idarələrdən birinin müdirinin yas mərasiminə gedib. Onlar yas mağarına daxil olanda görüblər ki, rayon mərkəzi xəstəxanasının bir qrup həkimi də yas mərasimidə iştirak edirlər. Həkimlər Şahin Məmmədov içəri daxil olanda hörmət əlaməti olaraq ayağa qalxıblar və sonra fatihə duasından sonra oranı tərk ediblər. Bu vəziyyət hörmətli Şahin Məmmədovun çestinə dəyib və xəstəxananın baş həkimi Novruz Abbasovu elə yas mərasimində yanına çağıraraq göstəriş verib ki, həkimlərin hər birindən izahat alsın ki, görək onlar iş vaxtı burada nə edirlər. Baş həkimin təkidinə baxmayaraq iki nəfər həkim hər hansı izahat verməkdən imtina ediblər və bildiriblər ki, bu absurd və gülüncdür. Əgər Şahin Məmmədov əmək məcəlləsini xırdalamaq istəyirsə bu qanun onun özünə də aiddir. Bəs o yaxın ətrafı ilə iş vaxtı yas mərasimində nə edirdi? Bu vəziyyət Şahin Məmmədovu pis vəziyyətdə qoyub və hazırda Ağcabədidə ona anektod qoşanlar da var. Bu kimi rəftar heç bir dövlət məmuruna yaraşmaz. Təəssüf ki, Şahin Məmmədov bunu özünə rəva bilir. Belə çıxmırmı ki, Şahin Məmmədov boğazdan yuxarı danışır? Axı hər bir deyiləsi fikri içində bişirib dilə gətirən hər bir şəxş belə səhvə yol verə bilməz.

Ağcabədi sosial müdafiə mərkəzinin işçisi Pərviz Əhmədov rayon icra hakimiyyətinin birinci müavini Rövşən Əhmədovun qardaşı oğludur. Pərviz Əhmədov mərkəzin sabiq müdiri Əbülfət Qasımovla əlbir olub rayon mərkəzində yaşayan vətəndaşlardan, ucqar kənd və qəsəbələrdə yaşayan vətəndaşlardan, üst-üstə 250. 000 min manat pul alıblar. Onlar bu pulu onlara ünvanlı sosial müavinət düzəldəcəkləri adı ilə alıblar. Hazırda pul verən həmin adamların nə pulu qaytarılır, nə də ki, işi düzəldilməyib. Müdir Əbülfət Qasımov nazir Səlim Müslümov tərəfindən vəzifəsindən azad edildi. Ancaq bu qədər qanunsuzluqlara görə rayon prokurorluğu tərəfindən heç bir sorğu-suala məruz qalmadı. Mənbəmiz qeyd edir ki, bu məsələdə icra başçısı, prokuror və polis rəisinin haqqı çatdığına görə iş ört-basdır edilib. İcra başçısının birinci müavini Rövşən Əhmədov haqqında da xeyli xoşagəlməz fikirlər dolaşmaqdadır. Məsələn, rayonda birinci müavinin mtn rəisi ilə aralarında konfilikt olduğu qeyd edilir. Qeyd edilir ki, Rövşən Əhmədov qanunsuz əməllərini mtn rəisi tərəfindən daha yuxarı ötürülməsini həzm edə bilmir. Buna görə də aralarında problem yaşanır. Mənbəmiz qeyd edir ki. Rövşən Əhmədovun ali təhsil haqqında diplomu ya saxtadır, ya da ki, şübhəlidir. Onun Qarabağ müharibəsi dövründə hərbi xidmətdən yayındığı qeyd edilir və bildirilir ki, buna görə ona, yəni hərbi xidmətdən yayınmağa görə onu ruhi dispanserlərdən birində qeydiyyata da salıblar və hazırda bu haqda onun adına rəsmi sənəd də var. Əgər deyilənlər öz təsdiqini taparsa Rövşən Əhmədov öz tutduğu post ilə vidalaşmalı olacaq. Hər halda Ağcabədi sakinləri bu məsələnin ciddi araşdırılmasını dövlətin səlahiyyətli orqanlarından xahiş edirlər. Rövşən Əhmədovun qardaşı oğlu deyilən Pərviz Əhmədovun hazırda ölkəni tərk elədiyi də qeyd edilənlər sırasındadır. Onun xeyli pul ilə ölkədən getdiyi deyilir. Ağcabədidə şəhər məktəblərini müavin Rövşən Əhmədovun qardaşları təmir edirlər. Yəni onların əlinin altında işləyən briqadalar vasitəsilə bütün məktəblərin təmiri həyata keçirilir. Məsələn, şəhər on bir illik məktəblərindən birinin içini və üstünü məktəb direktoruna təmir elətdiriblər. Bu işlə bağlı xeyli sayda vəsait ayrılıb. Ancaq birinci müavin Rövşən Əhmədov və təhsil şöbəsinin müdiri tərəfindən mənimsənilib. Əvəzində məktəb direktoruna göstəriş veriblər ki, bütün müəllim və texniki işçilərindən pul yığ və məktəbi təmir elə. Yazıq məktəb direktoru da çıxılmaz vəziyyətdə qalaraq bunu edib. Onun hazırda külli miqdarda borc içində olduğu bildirilir. Birinci müavin Rövşən Əhmədov haqqında Ofşar kənd sakini Vidadi Qasımov qeyd edir ki, keçən il mənə taxıl əkdiyim halda, taxıl pulu verilməyib. Ancaq birinci müavin Rövşən Əhmədov taxıl əkmədiyi halda 22-hektar 77 sota üçün dövlətdən 988 azn subsidiya alıb. Bəs qanun harda qaldı? Dövlət qulluqçusunun biznes fəaliyyəti ilə məşğul olmasına qanunlar icazə vermədiyi halda Ağcabədidə hər şey tərsinədir.

İcra başçısı Şahin Məmmədovun Almaniyanın Münhen, Türkiyənin Beşiktaş, İstanbul, Antaliya, Dubayda, Gürcüstanın Batumi şəhərində, Daşkəsəndə, Bakıda Patandartda, Ağcabədidə milyonluq villası var. İcra başçısı Ağcabədidə əhaliyə məxsus pay torpaqlarını alıb əkinçiliklə, biznes fəaliyyəti ilə məşğul olur. Mənbəmiz qeyd edir ki, icra başçısı və müavini Rövşən Əhmədovun Ağcabədidə yüzlərlə obyektləri var. Rövşən Əhmədovun təzə xəstəxananın sağında-solunda mağazaları, moykaları, aptekləri, rayonun Tofiq İsmayılov və Ənnağı Bünyatov küçələrində 300-400 kvadrat metrlik böyük avtozapçast mağazası, maşın təmiri sexləri, keçmiş qaçqınların yerləşdiyi Alman qəsəbəsi deyilən ərazidə qeyri-qanuni şəkildə icarə müqaviləsi bağlamaqla icarəyə verdiyi piltə, tamet sexləri, sement zavodu var. Ağcabədidə bütün tikililər üçün lazımı materiallar bu sexlərdən gedir. Rövşən Əhmədovun Qarqar çayının üstündə böyük qum-çınqıl zavodu var. Bu zavodu o, icra başçısı Şahin Məmmədovla şərik işlədir. Şahin Məmmədov Ağcabədiyə icra başçısı təyin ediləndən sonra dövlət fondunun 300-hektar torpağını qanunsuz olaraq əmisi oğluna verib. Şahin Məmmədov bu əməli torpağın təyinatını dəyişməklə həyata keçirib.

Şahin Məmmədovun Ağcabədidə Pasay adlanan ərazidə əmisi qızının adına özəlləşmiş kupçası olan ticarət obyektləri var. Kolxoz bazarı yerləşən ərazidə yaxın qohumlarının adına rəsmiləşdirilmiş 6-yer var. Həmin yerlər hazırda icarəyə verilib. Şahin Məmmədov şəhər məktəblərinin direktorlarını yığıb və tapşırıb ki, hər biriniz rayondakı qonaq evi üçün 150-manatlıq mürəbbə bişirtdirib təhvil verin, ya da ki, pulunu verin. Şahin Məmmədov rayonda 16 km-lik çuqun boru satdırıb. Rayon ərazisində cəmisi 3-dənə şirin su üçün artezian vuruldu. Həmin artezianlar icra başçısı tərəfindən çobanlara satıldı. Rayona içməli su çəkmək üçün alınmış xeyli sayda dəmir su borularını Şahin Məmmədov 1 milyona kimlərəsə satdı. Şahin Məmmədov 2-ci dəfə dövlət büdcəsindən külli miqdarda pul ayırtdırdı və Ağcabədi camaatına içmək üçün Qarabağ kanalından su çəkdirdi. Bütün bu işlər rayondakı sahibkarların hesabına edildi. Büdcədən ayrılmış vəsaitlər isə icra başçısının hesabına yatırıldı. Hazırda rayon sahibkarları bu ədalətsizlikləri gündəmə gətirmək üçün əlverişli şərait gözləyirlər. Ağcabədi suvarma sistemləri barəsində, su və melorasiya idarəsində, subartezian quyuları idarəsində Qıyamadınlı kəndindən Şahin Məmmədovun 50-yə yaxın qohumunun adına əmək haqqı yazılır. Onlar işə çıxmırlar, ancaq maaş kartları əllərində, hər ay əmək haqqı alırlar. Şahin Məmmədov əslən Ağcabədinin Qıyamadınlı kəndindəndir.
Mənbə qeyd edir ki, rayonda tender oyunları gedir. Belə ki, maliyyə idarəsinin işçilərinin adına, uşaqlarının adına, yaxud yaxın qohumlarının adına tender elan edilir. Məsələn, işçi Çingiz Əliyevin oğlunun adına, Etibar Hüseynovun xalasının adına tender oyunu keçirirlər. O cümlədən, rayon təhsil şöbəsinə aid olan tenderi təsərrüfat müdiri Əli Kazımovun oğlunun adına, yol idarəsinə aid olan tenderləri, yol idarəsinin müdiri, Vidadi Cəfərovun oğlunun Fərid MMC-yə aid olan tender adlandıraraq həyata keçirirlər.
Ağcabədi suvarma sistemləri idarəsinin müdiri Əli Əliyevin icra başçısı Şahin Məmmədovla həm qohum, həm də dost olduğu bildirilir. Mənbə qeyd edir ki, müdir Əli Əliyevin oğlu heç bir dövlət qulluğunda çalışmadan, ticarət işindən Şahin Məmmədov tərəfindən birbaşa şəhər nümayəndəliyinin sədri təyin olunub. Əli Əliyevin digər oğlu Aqil isə regional maliyyə idarəsinə maliyyə müfəttişi təyin olunub. Mənbə bildirir ki, Aqil Əliyev rayonda maliyyə idarəsində baş mühasib işini apara bilmədiyinə görə işindən kənarlaşdırılıb. Onun qumar oyunlarına aludə olduğu qeyd edilənlər sırasındadır. Mənbə qeyd edir ki, adıçəkilən şəxs topaz oyununda xeyli miqdarda pul da uduzub. Nə olsun indi belələrinin dövranıdır deyə mənbə sözünə davam edir. Rayon ərazisində yerləşən mal bazarı icra başçısı Şahin Məmmədova məxsusdur. Burada hər ay 40. 000 manat pul dövr edir.
Bir qədər əvvəl maliyyə nazirliyi tərəfindən rayon mərkəzi xəstəxanasında maliyyə yoxlaması həyata keçirildi. Baş həkim Novruz Abbasovun göstərişi ilə sanitarlardan hər birindən 100 manat, işçilərdən vəzifəsinə baxıb 200-300 manat pul yığıldı. Şöbə müdirləri daha yüksək məbləğlər ödədilər. Baş həkim bu pulu maliyyə nazirliyinin yoxlama aparan əməkdaşlarına təqdim edəcəyini deyirdi. Hazırda Ağcabədi xəstəxanasında 800 işçi çalışır. Bunu da hesablayanda 400-500 min manat pul edir. Görəsən bu boyda özbaşnalığa açıqlama verən tapılacaqmı? Mənbə qeyd edir ki, Ağcabədidən Qıyamadınlı istiqamətinə gedən yol 2012-ci ildə dövlət büdcəsindən ayrılmış 5 milyon vəsait hesabına tamamilə asfaltlanıb. Həmin ərazi əvvəl Mirzəhaqverdili icra nümayəndəliyi adlanırdı. Hazırda Qıyamadınlının ayrıca nümayəndəliyi olduğu üçün icra başçısı dövləti və onun əlaqədar qurumlarını aldatmaq eşqinə düşüb. Belə ki, əvvəllər Ağcabədi Mirzəhaqverdili yolu adlanan ərazini Ağcabədi Qıyamadınlı yolu kimi göstərərək buradakı yolun yenidən təmiri üçün 2, 8 milyon pul ayrılmasına görə müraciət edib və artıq sərəncam da əldə edib. Baxın görün dövlətə necə yalan satır. Bu yol əla vəziyyətdədir. Yenidən o pulu ayırtdırıb mənimsəmək istəyir. Yaxud Rayonun Kürdlər kəndi ərazisindəki yol tamamilə asfaltlanıb, yenidən nə ehtiyac var ki, dövlətin belə çətin durumda olduğu vaxtda ondan əlavə xərcləri tələb edəsən. Şahin Məmmədov rayonun içərisindəki hasarları hər il sökdürüb yenidən üzlük daşlarla bəzətdirir və hər il hasarlar bir neçə qarış boy atır. Bütün bunlar büdcənin talanması üçün həyata keçirilir. Çünki həmin üzlük daşları Şahin Məmmədov və onun birinci müavini Rövşən Əhmədovun sexləri istehsal edir. Fikir verin bunlar hərtərəfli qazanırlar. Digər tərəfdən müdir Əli Əliyevin hesabatlarda göstərdiyi işlərin heç biri həyata keçirilməyib. Güya 2014-cü ildə Ağcabədi ərazisində il boyu 3150 km kanallar lildən və çoxillik ağaclardan təmizlənib. Ancaq baxıb görəndə məlum olur ki, bu işlər yalnız kağız üzərində aparılıb. Bu yolla dövlətə milyonlarla ziyan vurulub. Təbii ki, Əli Əliyev mənimsəmə əməliyyatını tək aparmayıb, ona bu işdə başçı və nazir Əhməd Əhmədzadə də yardım edib deyə mənbə qeyd edir. Bu məsələləri son aylarda dilə gətirdiyi üçün Ağcabədi sakini hidrometerologiya üzrə mütəxəssis və uzun müddət Əli Əliyevin rəhbərlik etdiyi idarədə müdir işləmiş Eldar Əhmədov müdir Əli Əliyev tərəfindən məhkəməyə verilib. Məhkəmə demişkən, Ağcabədidə baş verən qanun pozuntularını rəhbərlik etdiyi kiv-də işıqlandırdığına görə pressinform qəzetinin baş redaktoru İlqar Şirinov da Şahin Məmmədov tərəfindən məhkəməyə verilib. Şahin Məmmədovun qanuna zidd əməlləri bununla bitmir, mənbə qeyd edir ki, onun himayəçisi fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Belə ki, Şahin Məmmədovun əmisi qızı Sevda Şirinova fövqəladə hallar nazirliyində kadrlar idarəsinin rəisidir, general rütbəsinin daşıyıcısıdır. Sevda Şirinovanın vaxtı ilə dövlət kömrük komitəsində də eyni vəzifədə çalışdığı qeyd edilir. Şahin Məmmədovun bir qardaşının Beyləqan rayonunda polis rəisinin müavini olduğu da qeyd edilənlər sırasındadır. Mənbə qeyd edir ki. Şahin Məmmədovun oğlu və qudası, yəni oğlunun qaynatası nəqliyyat nazirliyində mühüm vəzifədə çalışırlar. Onların Bərdə şəhərində yerləşən bazarda böyük ticarət obyektlərinin olduğu bildirilir. Məlumatda bildirilir ki, kürəkən və qaynatanın Bərdədəki ticarət obyektlərindəki aylıq dövriyyələri 1-2 milyon arasıdır. Bütün bu baş verənlər ölkənin bir rayonunda baş verir. Ancaq məsələ burasındadır ki, baş verənlərə görə heç kəs özünü sorumlu saymır, heç düşünmək belə istəmir ki, günlərin birində o da digərləri kimi cəzalandırla bilər. Hər kəs özünü hakimi mütləq sanır. Ancaq ölkənin rəhbəri var və yəqin ki, məqsədə müvafiq bildiyi vaxt Ağcabədi və harın məmurları barədə tədbir görəcək. Cumhuriyyət. az olaraq biz buna inanırıq və bu işdə dövlət başçısını dəstəklədiyimizi bildiririk.


Redaksiyadan:Yazıda adları çəkilən bütün şəxslərin və təşkilatların da mövqeyini dərc etməyə hazırıq. Bildiririk ki, bu informasiyaları Ağcabədi rayonunda hazırda dövlət orqanlarında işləyən və məlumatlı şəxslər ötürürlər. Onların kimliyini gizli saxlamaq öhdəliyimizə sadiq qalaraq növbəti yazılaradək.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
13:18 Batının Türklüyü çökdürmək istəyi Türkel Araşdırma Qurumu təqdim edir Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün biz, ayrı-ayrı Azərbaycan aydınları Türkel Araşdırma Qurumu adına bir araya gəldik. İstəyimiz gündəmdə olan bir qonunu toplumumuza, insanlarımıza tanıtmaqdır, çatdırmaqdır. Qonumuz neçə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az