t s

» » Cüdoçularımız Afrikada daha 3 medal qazanıb

Cüdoçularımız Afrikada daha 3 medal qazanıb

8-11-2015, 21:28 Yazar:  Nuran Baxılıb: 426 Çap et
Cüdoçularımız Afrikada daha 3 medal qazanıbMavrikiyanın paytaxtı Port-Lui şəhərində keçirilən Afrika açıq çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün daha uğurlu olub.


Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, çempionatın ikinci günündə idmançılarımız komandanın aktivinə daha 3 bürünc medal yazdırıb.
81 kq. çəki dərəcəsində mübarizə aparan Əbdülhəqq Rəsullu ilk olaraq Qətər nümayəndəsi Usama Xadcamaya qalib gəlib. 1/4 finalda Monteneqro təmsilçisi Sırcan Mravleviçə məğlub olan idmançımız təsəlliverici mübarizəyə qoşulub. Rəsullu bu mərhələdə ilk olaraq qabonlu Pol Kibikaini məğlub edib. Daha sonra Marko Bubanyaya qalib gələn cüdoçumuz bürünc medala sahib çıxıb.


90 kq. çəki dərəcəsində mübarizəyə qoşulan idmançımız Məmmədəli Mehdiyev də bürünc medal qazanıb. İdmançımız çilili Tomas Briseno və mərakeşli İmad Abdullauini məğlub edərək yarımfinala çıxıb. Mehdiyev yarımfinalda Əlcəzair cüdoçusu Adberəhman Benamadiyə uduzub, lakin üçüncü yer uğrunda mübarizədə britaniyalı Endryu Berns üzərində qələbə qazanmağa müvəffəq olub.


Daha bir çüdoçumuz uğurlu nəticəyə imza atıb. Belə ki, ağır çəki dərəcəsində mübarizə aparan Uşanqi Kokauri də bürünc medal qazanıb. İtaliyalı cüdoçu Alessio Maskettini məğlub edən idmançımız avstriyalı Daniel Allerstorferiyə də qalib gələrək yarımfinala çıxıb. Lakin Kokauri də bu mərhələdə əlcəzairli idmançı Amin Tayebə məğlub olaraq üçüncü yer uğrunda mübarizəyə qoşulub. Bürünc medal uğrunda qarşılaşmada o, Tacikistan cüdoçusu Məhəmmədmurad Əbdülrəhmanova qalib gəlib.


Bununla da Azərbaycanın cüdo üzrə milli komandasının aktivindəki medalların sayı dördə çatıb.
Qeyd edək ki, çempionatın ilk günüdə 48 kq. cəki dərəcəsində mübarizə aparan cüdoçumuz Ayşə Qurbanlı da bürünc medala sahib çıxıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:02 Hacı finalda, Məhəmmədhacı və Xetaq Olimpiadaya lisenziya qazandı Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev
01:40 9 boksçumuz qızıl medala doğru inamla irəliləyir - YENİLƏNİB Boksçumuz Yelena Vıstropova Avropa Oyunlarında yarımfinala vəsiqə qazana bilmədi. Kristal Zalda keçirilən boks yarışlarında Azərbaycanı yarım-orta (60-64 kq) çəki dərəcəsində təmsil edən Yelena Vıstropova 1/4 finalda Böyük Britaniyadan olan boksçu Rayan Sandi ilə qarşılaşıb. İlk raundda daha
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla
09:12 Medalların sayına görə reytinq cədvəlində birinciyik Bakıda Birinci Avropa Oyunlarının üçüncü günü keçirildi. Ötən gün idmançılar səkkiz idman növü üzrə yarışlarda medallar uğrunda mübarizə apardı. Karate yarışlarında azərbaycanlı idmançı İrina Zaretska ispaniyalı Kristina Vizkainonu məğlub edərək Azərbaycanın medallar sırasına daha bir qızıl
14:17 Azərbaycanı "Bakı-2015" - də təmsil edəcək idmançıların adları açıqlanıb Azərbaycanı "Bakı-2015" I Avropa Oyunlarında təmsil edəcək idmançıların adları açıqlanıb. Heyətdə həm yerli, həm də legioner idmançılar var. Azərbaycan badminton, suya tullanma və sinxron üzgüçülükdə ən az sayda - 2 idmançı ilə təmsil olunacaq. Təmsilçilərin sayı baxımından ateltikada mübarizə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az