t s

» » Nurəddin Məmmədli : "Razi Nurullayevin pafosla danışması mənəvi deqradasiyanın ifadəsidir"

Nurəddin Məmmədli : "Razi Nurullayevin pafosla danışması mənəvi deqradasiyanın ifadəsidir"

24-02-2015, 19:08 Yazar:  Aygün Baxılıb: 666 Çap et
Nurəddin Məmmədli : "Razi Nurullayevin pafosla danışması mənəvi deqradasiyanın ifadəsidir"Nurəddin Məmmədli Razi Nurullayevin cavabını belə verdi


Razi Nurullayev AXCP-yə gələn gündən həmişə onunla münasibətim yaxşı olub. Etiraf edim ki, onun haqqında neqativ fikir söyləmək istəyində deyildim. Amma onun bu səviyyədə yalançı, böhtançı olmasını sükütla qarşılamaq da mümkün deyil. İddia edir ki, partiyada müxalifət fikrə qarşı dözülməzlik mühiti var. Rəyasət Heyətinin hər bir üzvü etiraf edər ki, AXCP-də qəbul olunmuş bir sıra qərarlara məhz mən etiraz etmişəm, hətta təkcə qalmağımdan belə narahat olmamışam. Lakin heç zaman özümə qarşı heç bir təzyiq və ya irad eşitməmişəm. Ömründə bir dəfə belə qəbul olunmuş qərara etiraz etməyən Razi Nurullayevin bu barədə bu qədər pafosla danışması mənəvi deqradasiyanın ifadəsidir. Partiyada yaşlı insanların təqib olunmasına dair fikirləri də cəfəngiyyatdır. Mən partiyada ən yaşlı bir neçə nəfərdən biriyəm. Dəfələrlə təşkilatın kadr potensialının kifayət qədər genişləndiyini nəzərə alaraq, səmimi şəkildə gəncləşmə siyasəti aparılmasını təklif etmiş, lakin bütün hallarda təpki ilə qarşılaşmışam. Razi Nurullayevin kimlərinsə diqtəsi altında bu qədər böhtan püskürməsi onun nəinki siyasətçi, hətta bir insan kimi tamamilə itirilməsinə səbəb olacaq. Razi Nurullayev "fenomeni" cəmi bir neçə gündən sonra onun üzqarasına çevriləcək. Ortada nə qədər acı nümunələr var.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:14 Əli Kərimlinin gizli tapşırığı (VİDEO) AXCP-nin sədr müavini R.Nurullayev ANS-ə eksklüziv müsahibə verdi Azərbaycan Xalq Cəbhəsi Partiyasında qalmaqal yaşanır. Səbəbsə partiyanın sədr müavini Razi Nurullayevin bəyənat verərək partiyadan və tutduğu postdan istefa etməsidir. Bununla bağlı bir çox məlumatlar yayılır. Məsələyə aydınlıq
01:41 Fuad Qəhrəmanlı: “Razi Nurullayevin hakimiyyətə loyal münasibəti vardı” AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sədr Əli Kərimlinin bu gün vəzifədən çıxardığı digər müavini Razi Nurullayevi hakimiyyətə işləməkdə ittiham edib. APA-nın xəbərinə görə, F. Qəhrəmanlı “facebook” sosial şəbəkəsindəki statusunda R. Nurullayevin müavin vəzifəsindən uzaqlaşdırılmasının səbəbini
01:18 Razi Nurullayev: “AXCP-də diktatura hökm sürür, Əli Kərimli avtoritar düşüncəyə malikdir” - YENİLƏNİB Bir müddət öncə Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini postundan uzaqlaşdırılan Razi Nurullayev partiyadan istefa verdiyini bəyan edib. Bu barədə o, özünün “facebook” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. O, buna təəssüfləndiyini qeyd edib. R. Nurullayev istefasına
19:12 1 saylı Dəri Zöhrəvi Dispanserində Rəşad İsmayılov ruzigarı "Baş həkimin tapşırığıdır..." Artıq səhiyyə ocaqları barədə daxil olan şikayətləri eşitdikdə, elə də təəccüblənmirik. Necə deyərlər, artıq bu duruma vərdiş etmişik. Lakin vəziyyətin belə olması heç də xoş mənzərə deyil. Lakin təəssüflər olsun ki, səhiyyədəki yaşanan amillər gerçəkdir. Sağlamlıq

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az