t s

» » YAP: Elza Seyidcahan cinayət məsuliyyətinə cəlb edilə bilər

YAP: Elza Seyidcahan cinayət məsuliyyətinə cəlb edilə bilər

4-11-2015, 17:44 Yazar:  Arzu Baxılıb: 419 Çap et
YAP: Elza Seyidcahan cinayət məsuliyyətinə cəlb edilə bilər“Elza Seyidcahanın partiya sıralarından çıxarılması gözləniləndir”.

54 saylı Siyəzən-Şabran Seçki Dairəsindən deputatlığa namizəd olan müğənni-bəstəkar Elza Seyidcahan cinayət məsuliyyətinə cəlb edilə bilər.

Mediaxeberleri.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Elza Seyidcahanın rəqibi Tahir Süleymanovun ona 500 min manat təklif etməsi ilə bağlı iddiası çox ciddi məsələdir:

“Bu, çox ciddi bir ittihamdır. Tahir Süleymanov bununla bağlı məhkəməyə müraciət edə bilər. Əgər məhkəmədə Elza Seyidcahan bu iddiasını təsdiq edə bilməsə, o, cinayət məsuliyyətinə cəlb oluna bilər”.

Aydın Mirzəzadə əlavə edib ki, Elza Seyidcahanın partiya sıralarından çıxarılması gözləniləndir: “YAP üzvü olan Elza Seyidcahan müstəqil şəkildə öz namizədliyini verib. Partiyanın xəbərdarlığına baxmayaraq o, seçki prosesinə qoşularaq YAP-dan rəsmi namizəd olan Tahir Süleymanova rəqib oldu. Seçki prosesində onun dediklərini seçki təbliğatı kimi qəbul etmək olardı.

Amma onun son dövrlərdəki fikirlərini seçki təbliğatından daha çox partiya əleyhinə çağırışlar kimi qiymətləndirmək olar. Onun heç bir təsdiqini tapmayan fikirlər bildirməsi, özünün qaranlıq qalan siyasi fikirlərini partiya mövqeyindən səsləndirməsi yolverilməz bir məsələdir. Əlbəttə ki, bu, partiyada ciddi müzakirə olunub bir tədbir görüləcək. Elza Seyidcahan ya öz fikirlərindən imtina etməli, ya da partiyanın siyasi kursuna və intizamına riayət etməlidir.

Həmçinin onun haqda olacaq ən yüksək cəzalar partiya intizamında nəzərdən keçiriləcək. O cümlədən onun siyasi baxışları partiya ilə düz gəlmədiyinə görə partiya sıralarından çıxarılması da gözlənilir. Onun haqqındakı məsələlər qeydiyyatda olduğu rayon təşkilatında müzakirə olunacaq.

Elza Seyidcahanın son dövrlərdə səsləndirdiyi fikirlər hər dəfəsində daha çox partiyanın siyasi kursuyla düz gəlmir. Onun çağırışları, ittiham xarakterli və böhtan dolu fikirləri YAP üzvü statusu ilə düzgün gəlmir. O baxımdan bu məsələ partiya daxilində müzakirə edilərək ciddi tədbirlər görüləcək”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:26 Milli Məclisə seçkilərin ilkin nəticələri açıqlandı (SİYAHI) Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu Milli Məclisə gün keçirilən V çağırış seçkilərin ilkin nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, seçki dairələri üzrə lider namizədlər aşağıdakılardır: 1 saylı Şərur-Sədərək Seçki Dairəsi – Vasif Talıbov (YAP) – 89,4% 2 saylı
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az