t s

» » Dünya Xocalını anır

Dünya Xocalını anır

23-02-2015, 22:07 Yazar:  Aygün Baxılıb: 750 Çap et
Dünya Xocalını anırBu günlərdə Almaniya, Hollandiya, Avstriya, İtaliya, Yunanıstan və Türkiyədə XX əsrin dəhşətli faciəsi olan Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər həyata ke.

Mediaxeberleri.az xəbər verir ki, Teleqraf.com-un məlumatına görə, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (İB) və “Əlillər Dünyası” qəzetinin əməkdaşları hər iki təşkilatın rəhbəri Tahir Xudiyevin təşəbbüsü ilə baş tutan tədbirlər zamanı ictimaiyyət ermənilərin törətdiyi vəhşiliklər haqda məlumatlandırılıb və iştirakçılara Xocalı, eləcə də Qarabağ həqiqətlərindən bəhs edən kitablar təqdim olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası çərçivəsində dünyanın bir çox ölkələri olduğu kimi İsveçrədə də Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. Ölkənin paytaxtı Bern şəhərinin mərkəzi meydanında XX əsrin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımı ilə əlaqədar aksiya təşkil edilib. Aksiyada Xocalı faciəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Ankarada İNDEX – Azərbaycanın İnsan Kapitalının İnkişafı Mərkəzinin təşkilatçılığı ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunmuş anım mərasim keçirilib. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Türkiyə Prezidentinin Baş müşaviri İbrahim Kalın və digər rəsmi şəxslərin qatıldığı mərasimdə Azərbaycan və Türkiyə parlamentlərinin üzvləri, elm və mədəniyyət xadimləri, Ankarada təhsil alan tələbələr, ölkə ictimaiyyətinin bütün təbəqələrindən olan insanlar iştirak ediblər.

Əvvəlcə iştirakçılar tədbirin keçirildiyi “Congressium” Beynəlxalq Mərasimlər Mərkəzində Xocalı soyqırımını əks etdirən və Azərbaycanın dilbər guşəsi olan Qarabağa dair nadir fotolardan ibarət sərgilərə baxıblar. Xocalı soyqırımına dair sərginin keçirildiyi salonda Azərbaycana qarşı zaman-zaman törədilən işğalçılıq siyasətinin acı nəticələrinə dair sənədli film nümayiş olunub.

Mərasimin rəsmi hissəsində İNDEX -in sədri Rəşad Abdullayev çıxış edib. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mərasimdə çıxış edərək, Xocalı soyqırımının ermənilərin uzun illərdən bəri Azərbaycanda və Türkiyədə törətdikləri cinayətlərin ən dəhşətlisi olduğunu deyib. Əli Həsənov bildirib ki, işğalçı Ermənistanın keçmiş və hazırkı rəhbərləri müasir dünyanın gözü qarşısında həyata keçirilən bu hərbi cinayətdə iştiraklarını etiraf etməklə, hətta bundan qürur duyduqlarını bildirməklə, əslində sülhsevər dünya ictimaiyyətinə qarşı meydan oxuyurlar. Ermənistanın işğalçılıq siyasəti Azərbaycan xalqının dinc həyatına, mənəvi-psixoloji sabitliyinə, intellektual enerjisinə qarşı yönəldilmiş məqsədyönlü təcavüzdür.


Əli Həsənov diqqətə çatdırıb ki, hər il dünyanın ayrı-ayrı ölkələrində Xocalı soyqırımının ildönümü ilə bağlı minlərlə anım mərasimləri keçirilir, kitablar yazılır, filmlər çəkilir. Bundan məqsəd Azərbaycan xalqının uzun illər ərzində məruz qaldığı təcavüz barədə dünya ictimaiyyətini dolğun məlumatlandırmaq, erməni yalanlarını, o cümlədən saxta “erməni soyqırımı” iddiasını ifşa etməkdir.

Türkiyə xalqının hər zaman Azərbaycan ilə həmrəy olduğunu bildirən Türkiyə Prezidentinin Baş müşaviri İbrahim Kalın qeyd edib ki, ölkəsi həm Türkiyə və Ermənistan, həm də Azərbaycan ilə Ermənistan arasında, o cümlədən bütün Qafqazda sülhün və əmin-amanlığın olmasını istəyir. Lakin bunun üçün ilk növbədə Ermənistan işğalçılıq siyasətindən əl çəkməli, azərbaycanlı qaçqın və məcburi köçkünlər doğma yurdlarına qayıtmalı, Azərbaycana və Türkiyəyə qarşı əsasız iddialara son qoyulmalıdır.

Bundan əlavə, ABŞ-ın Los-Anceles şəhərində yerləşən “Pico Shul” yəhudi sinaqoqunda anım tədbiri keçirilib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu ilə birgə keçirilən tədbirdə yəhudi icması ilə yanaşı, digər icmaların da çoxsaylı nümayəndələri iştirak ediblər.

Azərbaycan-Amerika Alyansı isə Nyu-Yorkda və Vaşinqtonda ABŞ ictimaiyyətini Xocalı faciəsi haqqında məlumatlandırma kampaniyasına başlayıb. Hyuston şəhərində isə Xocalı qırğınının ildönümü ilə əlaqədar aksiya keçirilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

02:19 Xocalı qurbanlarının xatirəsi yad edildi - Almatı Almatı şəhərində Azərbaycanın Qazaxıstandakı səfirliyinin və “Ozan” Azərbaycanlılar Cəmiyyətinin təşkilatçılığı ilə “Xocalıya ədalət!” kompaniyası çərçivəsində tədbir keçirilib. İctimai-siyasi xadimlərin və Almatıda fəaliyyət göstərən diaspora təşkilatları təmsilçilərinin iştirak etdikləri
21:51 Xocalı soyqırımı ilə bağlı aksiya - İsveçrə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “ Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası çərçivəsində dünyanın bir çox ölkələri olduğu kimi İsveçrədə də Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib. Ölkənin paytaxtı
15:07 Rustavidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Gürcüstanda silsilə tədbirlər keçirilir. Bu silsilədən növbəti tədbir Rustavi şəhərində təşkil olunub. Əvvəlcə faciə qurbanlarının və şəhidlərimizin əziz xatirəsi
13:33 Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Ankarada mərasim keçirilmişdir Türkiyə Prezidentinin Baş müşaviri: Biz bütün acılara şərikik və hamıdan da bizim acıları bölüşməsini ummağa haqqımız var Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Ankarada keçirilmiş mərasimdə iştirak edən Türkiyə Prezidentinin Baş müşaviri İbrahim Kalın jurnalistlərə müsahibəsində bildirib
22:09 Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Vyanada aksiya və yürüş keçirilib Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi fevralın 21-də Vyana şəhərinin mərkəzində yerləşən Ştefan meydanında Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar kütləvi aksiya keçirib. 

 Ştefan meydanında qurulan çadırda Xocalı soyqırımını və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az