t s

» » Gəlin baldızını döyüb dəlixanaya salmaq istədi

Gəlin baldızını döyüb dəlixanaya salmaq istədi

23-02-2015, 20:40 Yazar:  Aygün Baxılıb: 806 Çap et
Gəlin baldızını döyüb dəlixanaya salmaq istədiQardaşının həyat yoldaşı tərəfindən mütəmadi olaraq döyülən qadın “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacaq evinə yerləşdirilib.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, Bakıya Səmkirdən gələn 1975-ci il təvəllüdlü qadın qardaşı arvadının təzyiqlərinə məruz qalıb: “Ailə həyatı qurmadığından anası və qardaşının ailəsi ilə birgə yaşayır. Lakin hər gün döyülüb, təhqir edilib. Bu qadını hətta qardaşı arvadının bacısı və qardaşı oğlanları da döyüb. Sonra isə onu ruhi əsəb xəstəxanasına yerləşdirmək istəyiblər”.

M.Zeynalova deyir ki, dəlixanaya getməkdən qorxan qadın evdən qaçıb: “Onda ruhi-əsəb xəstəliklərinin əlamətləri müşahidə edilmir. Şikayət ərizəsini özü yazıb, başına gələnləri özü danışır. Ailəsi isə onun dəli olduğunu deyir. Qadın güclü sarsıntı keçirib. Anası isə yaşlı olduğundan qızını müdafiə edə bilmir. Ailəsi o qadına sahib çıxmadığından hələlik sığınacaqda yaşayacaq”.

M.Zeynalova qadınlara qarşı zorakılıq faktlarının son zamanlar artdığını da qeyd etdi: “Sığınacağa Gəncədən də bir qadın gəlib. Həyat yoldaşı döyəndən sonra evdən qovub. Qadının bədənində döyülmənin izləri var. Uşaqları ilə birgə sığınacağa yerləşdirmişik. Hüquqşünas qadının həyat yoldaşından boşanması üçün sənədləri məhkəməyə təqdim edəcək”.

Jalə

Virtualaz.org




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:06 Ər arvadına təcavüz etdi - Bakıda Bakıda daha bir qadın ərindən hüquq-mühafizə orqanlarına şikayət edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Səbail rayonu T.Elçin küçəsində yaşayan 1987-ci il təvəllüdlü G.Qurbanova 102 xidmətinə zəng edərək bildirib ki, fevralın 18-də yaşadığı mənzildə həyat yoldaşı 1978-ci il təvəllüdlü
23:28 Bu qızın dedikləri hamını ağlatdı - "Öz Aramızda" / VİDEO ATV kanalında yayımlanan “Öz Qramızda” verilişdə dəhşətli kadrlar yayımlanıb. Mediaxeberleri.az-ın məlumatına görə, 14 yaşında 37 yaşlı kişi ilə ailə qurmağa məcbur edilən Aysunun taleyi hər kəsi şoka salıb. Həyat yoldaşı tərəfindən təcavüzə məruz qalan qız evdən qaçıb O, Təmiz Dünya İctimai
16:06 Atası, əmisi və qardaşı tərəfindən zorlanan 15 yaşlı qız danışdı - Neftçalada əsrin dəhşəti Daim cinsi zorakılığa məruz qalan gənc qız bir müddətdən sonra taleyi ilə barışıb və onlara müqavimət göstərməyib Bu günə qədər bir çox məhkəmə prosesində iştirak edib, cinayət işlərini izləmişəm. Bu cinayət işlərinin arasında çox inanılmazları olub. Lakin indi təqdim etdiyim cinayət işi
00:07 Neftçalada 15 yaşlı qız atası və qardaşı tərəfindən zorlanıb Daim cinsi zorakılığa məruz qalan gənc qız bir müddətdən sonra taleyi ilə barışıb və onlara müqavimət göstərməyib Bu günə qədər bir çox məhkəmə prosesində iştirak edib, cinayət işlərini izləmişəm. Bu cinayət işlərinin arasında çox inanılmazları olub. Lakin indi təqdim etdiyim cinayət işi demək
01:11 81 yaşlı qadının əxlaqsızlıq suçuyla qətli - Şok təfərrüat İsmayıllı rayon sakini, 1975-ci il təvəllüdlü Elbrus Cəbiyev 81 yaşlı qadını qətlə yetirməkdə ittiham olunub. Sərxoş olan Elbrus qonşusu, 1933-cü il təvəllüdlü Rəbiyyə Talıbovanın evinə gəlib. Hadisə ötən il iyulun 1-də, saat 17 radələrində baş verib. İsmayıllı şəhəri, Qəşəm Aslanov küçəsi, 51

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az