t s

» » Prezident İlham Əliyevin ünvanlı sosial yardımla bağlı - Fərmanı

Prezident İlham Əliyevin ünvanlı sosial yardımla bağlı - Fərmanı

23-02-2015, 20:08 Yazar:  Aygün Baxılıb: 1355 Çap et
Prezident İlham Əliyevin ünvanlı sosial yardımla bağlı - FərmanıAzərbaycan prezidenti İlham Əliyev ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb.

Mediaxeberleri.az-ın məlumatına görə, fərmanda aşağıdakı göstərişlər verilib:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş informasiya sistemində ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) yaradılsın.

2. VEMTAS-ın fəaliyyətinin təşkil olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi beş ay müddətində:

2.1. vətəndaşlara ünvanlı dövlət sosial yardımın alınması üçün fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə elektron formada müraciət etmək imkanını yaratmaq məqsədilə “Elektron hökumət” portalına müvafiq informasiya-proqram resurslarını əlavə etsin;

2.2. ünvanlı dövlət sosial yardımın alınması üçün istər kağız üzərindən, istərsə də elektron formada olunan müraciətlərin “bir pəncərə” prinsipi ilə qəbulunun həyata keçirilməsini və həmin müraciətlər üzrə tələb olunan arayış və məlumatların müvafiq dövlət qurumlarından elektron formada nazirlik tərəfindən əldə olunmasını təmin etmək üçün zəruri tədbirlər görsün;

2.3. ünvanlı dövlət sosial yardımın təyinatı məqsədləri üçün ailələrin maddi-məişət şəraitinin müayinəsinin müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə aparılmasını və nəticələrin real vaxt rejimində VEMTAS-a ötürülməsini təmin etsin;

2.4. ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsini həyata keçirən rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin işçilərinə xidməti nəqliyyat və ya müvafiq kompensasiya verilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üç ay müddətində:

3.1. ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı elektron müraciətin edilməsi üçün zəruri texniki imkanlara malik infoköşklərin alınmasını, ölkədə fəaliyyət göstərən bütün poçt şöbələrində quraşdırılmasını və “Elektron hökumət” portalına qoşulmasını, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə həmin infoköşklərin xüsusi proqramla təchiz olunmasını təmin etsin;

3.2. ünvanlı dövlət sosial yardımı üçün elektron formada müraciət edən şəxsləri ödənişsiz olaraq yalnız bu elektron xidmət növü üçün istifadə oluna bilən elektron imza ilə təmin etsin;

3.3. ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatların əldə olunması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı vasitəsilə müvafiq dövlət qurumlarının informasiya resurslarına çıxışını təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. üç ay müddətində ünvanlı dövlət sosial yardımı üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri üzrə tələb olunan arayış və məlumatlara dair informasiya sistemlərini və ehtiyatlarını müəyyən edib onları "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının siyahısına əlavə etsin;

4.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təklifləri əsasında ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydalarını beş ay müddətində yenidən hazırlayıb təsdiq etsin;

4.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Dövlət orqanları özlərinin “Elektron hökumət” portalına qoşulan informasiya sistemlərində və ehtiyatlarında bu Fərmanın 4.1-ci bəndinə uyğun ünvanlı dövlət sosial yardımı üçün tələb olunan arayış və məlumatlar üzrə informasiya resurslarının yerləşdirilməsini təmin etsinlər.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:59 İlham Əliyev 2 sərəncam, 1 fərman verdi Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında fərman imzalayıb. Axar.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, fərmana əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
01:47 Azərbaycana maşın gətirənlərə şad gəbər Gömrük ödənişləri ilə bağlı yenilik edilib; elektron ödəniş apara bilərsiniz Dövlət Gömrük Komitəsinin yeni elektron xidməti “Elektron hökumət” portalına inteqrasiya edilib. Rabitə və Yüksək texnologiyalar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, DGK-nin portala əlavə olunan “Gömrük
15:06 Sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği 10,3 faiz artıb Yanvar ayında ünvanlı sosial yardım alan ailələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38 min 675 ailə azalıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin yanvar ayında ölkəmizdə 107 min 761 ailə (470 min 237
09:24 Saatlıda ünvanlı sosial yardım qadağası - yoxsul ailələrə arayış verilməsi yasaqlanıb Saatlı rayonunda yoxçul ailələrin ünvanlı sosial yardım almasını ciddi əngəllər törədlilir. JAM.AZ-a verilən məlumata görə, icra başçısı Siraqəddin Cabbarov tərəfindən verilmiş təlimata əsasən yardım almaq istəyənlərə arayış verilməsi yasaq edilib. Belə ki, sənədləri hazırladıqları zaman yerli
22:33 Prezident İlham Əliyev üç Sərəncam imzaladı Azərbaycan Prezidenti İlham Əliyev “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanunu təsdiq edib. Qanunda edilən dəyişikliklərə əsasən, yanğından sığortalama könüllü, həmçinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az