t s

» » İki qardaşı öldürən bank işçisinin nümayəndəsindən ilginc faktlar - FOTOLAR

İki qardaşı öldürən bank işçisinin nümayəndəsindən ilginc faktlar - FOTOLAR

25-08-2015, 16:38 Yazar:  Canan Yusifova Baxılıb: 1241 Çap et
İki qardaşı öldürən bank işçisinin nümayəndəsindən ilginc faktlar - FOTOLAR“Bu ilin yanvarın 8-də saat 17 radələrində hazırda şübhəli şəxs qismində həbs olan Zaur Tərlanov Cavid və Cahid Rəhimov qardaşlarının qəsdən öldürməsi və hansı səbəbdən bu hadisənin baş verməsi hər kəsə məlumdur”.

Bunu Qaynar.info-ya Zaur Tərlanovun atası Ənvər Tərlanovun qanuni nümayəndəsi “İnamla hüquq” MMC-nin direktoru Bəxtiyar Məmmədov deyib.

Hüquq müdafiəçisi aidiyyəti qurumlara, o cümlədən mətbuata göndərdiyi müraciətin bir nüsxəsini də Qaynar.info-ya göndərib. O, müraciətində qeyd edir ki, Zaur Tərlanovun ağır cəzaya məhkum olunmasından ötrü cinayət işi üzrə zərərçəkmiş qismində tanınan, 20 ildən artıq müddət ərzində faizlə borc verən Nigar Rəhimova bütün ictimaiyyəti eləcə də prokurorluq orqanlarını çaşdırmaq məqsədi ilə gah mətbuat vasitəsilə, gah da yüksək çinli məmurların qəbuluna düşməklə ağ yalandan ibarət ardıcıl şikayətlər verir: “Bu da bir başa Qaradağ rayon prokurorluğuna və istintaqı aparan müstəntiqə təzyiq kimi anlaşılmalıdır. Müstəntiq Yusif Novruzov apardığı istintaq hərəkətlərində səmimi deyil. Kimlərinsə sifarişi əsasında cinayət işini yekunlaşdıraraq başdansovdu cinayət işini məhkəməyə göndərmək məqsədini güdür. Onu da deyim ki, etdiyim müraciət əsasında 17 iyul 2015-ci il tarixdə Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəis müavini Qabil Qasımov yazılı cavab verərək səs-küylü cinayət işinin Baş Prokurorluğunun xüsusi nəzarət götürülməsini, ibtidai istintaqın davam etməsini, təqsirləndirilən şəxsin əməllərinə düzgün hüquqi qiymət verilməsini, iş üzrə tam, hərtərəfli və obyektiv istintaq aparmaqla qanuni qərarın qəbulun təmin ediləcəyini bildirir. Çox təəssüflər ki, Yusif Novruzov görünməz qüvvələrin, yaxud da mənəvi maraqlarının ucbatından Qabil Qasımovun göstərişlərinə əməl etməyib. Hətta vəkil Mehman Əliyevin ardıcıl olaraq vermiş olduğu bütün vəsatətləri rədd edib. Bu da o deməkdir ki, Zaur Tərlanovun bütün hüquqları pozulur”.

Hüquq müdafiəçisi müraciətində hadisə ilə bağlı topladığı faktları məhkəməyə göndərilməsini tələb edir:

1. 07.01.2015-ci ildə, 08.01.2015-ci ildə hadisə baş verməmişdən əvvəl və hadisə zamanı Tərlanov Zaur Ənvər oğlunu Rəhimov Cahid Abdulla oğlu, Rəhimov Cavid Abdulla oğlu dostları ilə birlikdə Sahil qəsəbəsində avtomaşınla arxası ilə sürüb izləyiblər (güdüblər), həmçinin, 31.08.2014-cü ildən 01.09.2014-cü ilə keçən gecə Tərlanov Zaur Ənvər oğlunun Sahil qəsəbəsində klub tərəfdən məhlədən çıxıb, avtomaşına minməsini Cahid və Cavid Rəhimov qardaşları və dostları ilə birlikdə izləyiblər. Ona görə də həmin ərazidə olan kameralar iş üzrə əhəmiyyətli olduğundan sorğu verilib, tələb olunmalı və obyektiv araşdırılıb, hüquqi qiymət verilməlidir.

2. 05.09.2014-cü ildən 08.01.2015-ci ilə kimi Rəhimov Cahid və Rəhimov Cavid qardaşlarının (050) 516-86-86 və işlətdikləri digər mobil telefon nömrələri ilə bağlı sorğu verilib, kimlərə zəng etmələri, dostlarımın (055) 203-34-42; (055) 926-74-26; (070) 202-54-59; (055) 912-90-00; (070) 606- Çinin mobil nömrəsinə, "Damba"nın mobil nömrəsinə, (055) 209-21-19 nömrə ilə nə danışılıb, hansı planlar qurulub, xüsusilə 08.01.2015-ci ilə olan telefon nömrələri, telefon danışıqları, antena əhatəsi, tələb olunub obyektiv araşdırılmayıb.

3. "Bank Standard"da işləyəndə MTN-nin adı ilə cinayət işi üzrə zərərçəkmiş qismində tanınan Xanım Aslanovaya zənglər gəlib, hətta Xanımın arxasınca polis də göndərmişdilər. Asəflə Mübariz bu zənglərin şahididirlər. Həmin xüsusatlar yenidən obyektiv olaraq araşdırılmalı, Xanım, Mehman, Asəf və Mübariz dindirilməlidir.

4. Nigar Rəhimovanın və onun yaxınlarının son beş il müddətində, hadisə, baş verənə və bu günə kimi “Bank Standard”dan və ya digər Banklardan aldıqları kreditin məbləği, kredit götürmələri kimlər üçün zamin durması faktı sorğu əsasında obyektiv araşdırılmalıdır.

5. Cahid və Cavid Rəhimovların hadisə günü hansı Bankdan 6100 manat kredit götürmələri və həmin kreditin taleyinin necə olması, kimə vermələri, idarə etdikləri avtomaşında olub-olmaması, hadisə zamanı avtomaşında olmuşsa, kimin tərəfindən götürülməsi və ya oğurlanması faktı araşdırılmalıdır.

6. Cahid və Cavid Rəhimovların hadisə günü üstündə, idarə etdikləri avtomaşında "Makarov" və ya başqa tipli tapançanın olması faktı, tapançanın hadisə zamanı və ya hadisə olandan sonra kim tərəfindən götürülməsi obyektiv araşdırılmalıdır.

7. Zaur Tərlanovun idarə etdiyi avtomaşından götürülmüş mobil telefonlarda və filəşkartlarda olan telefon danışıqları, səs yazıları mətnə köçürülmüş formada təqsirləndirilən şəxs Zaur Tərlanovun vəkilinin-müdafiəçisinin iştirakı ilə təqdim olunsun və iş üzrə araşdırılıb obyektiv qiymət verilməlidir.

8. Nigar Rəhimovanın mətbuatda yazdığı xüsusatlar tam, hərtərəfli və obyektiv araşdırılmalı, həmin xüsusatlara nəticəsi ilə bağlı obyektiv hüquqi qiymət verilməlidir.

9. Cahid və Cavid Rəhimov qardaşlarının anaları Nigar Rəhimovla birlikdə uzun illər müxtəlif vaxtlarda, müxtəlif insanlara, yəni hazırda əlimizdə olan faktlara görə, 72 şəxsə faiz müqabilində borc pullar vermələri və həmin insanlardan bu günə qədər faiz pulu olaraq nə qədər gəlir əldə etmələri araşdırılmalıdır.

10. Borclarını vaxtında ödəyə bilməyən insanlara qarşı müxtəlif üsullarla təzyiqlər göstərmələri, qadınları, gəlinləri oğurlayıb, pul tələb etməklə başqa yerdə saxlamaları, pulların artıqlaması ilə faizlərini tələb etmələri, hadisədən təxminən l il 6 ay əvvəl Qaradağ rayon sakinlərinin intihar etmələri, bununla bağlı Qaradağ RPİ-nin 38-ci PB-də araşdırmalar aparılması faktlarının tam, hərtərəfli və obyektiv olaraq araşdırılmalı və nəticəsilə bağlı qanuna müvafıq tədbirlər görülməlidir.

11. Hadisə yerində Cahid və Cavid qardaşlarına məxsus maşından aşkar olunaraq ekspertizaya təqdim olunmuş silah təmizləmə üçün istifadə olunmuş yağlı əski parçasının olduğu halda bu günə qədər həmin əski parçası ilə hadisədən öncə hansı növdə silahın təmizlənməsi və kim tərəfindən silahın götürülməsi araşdırılmalıdır.

12. Qətlə yetirilmiş 1980-ci təvəllüdlü mərhum Cahid Rəhimovun həqiqətən də 29 iyul 2015-ci il tarixində 7113 saylı Qaradağ rayon Səfərbərlik və Hrbi xidmətə çağırış üzrə dövlət xidməti şöbəsinin rəisi Sergey Kazakovun yazılı məktubundan istinadən bildirirəm ki, Cahid Rəhimov “hərbi-həkim ekspertizası haqqında əsasnamənin tələblərinə görə xəstəliklər cədvəlinin 17B (orta dərəcəli nevrosteniya) maddəsilə xəstə olması, onun bu xəstəlikdən əziyyət çəkdiyi halda bu günləri həbsdə olan Zaur Tərlanovun qəsdən adam öldürmə maddəsilə həbsdə olması çox gülünc görünür. Bu hallara hüquqi qiymət verilməlidir ki, qətl hadisəsi qəsdən törədilməmiş, sadəcə özünü müdafiə həddini aşma kimi qiymətləndirilməlidir.

13. Müstəntiq Yusif Novruzov bu günə qədər zərəçəkmiş qismində tanınmış Xanım Aslanovının istifadəsində olmuş mobil telefonu gələn zənglərini araşdırmamış, Cahid və Cavid Rəhimov qardaşları ilə Zaur Tərlanova qarşı hansı planları həyata keçirəcəkləri araşdırılmalıdır.

14. Müstəntiq Yusif Novruzovun bu günə qədər “Yapon” ləqəbli Rəşad Məmmədovun şəxsiyyətini müəyyən etməmiş və dindirməyib. Eləcə də “Domba” ləqəbli şəxsin hadisə zamanı həqiqətən də hansı ərazidə keçirilən mərasimdə iştirak etməsi və onun orada olub-olmamasını təsdiq edən şəxslərin dindirilməsi təmin edilməyib.

15. Cavid və Cahid Rəhimov qardaşlarının Zaur Tərlanov tərəfindən amansızcasına qətlə yetirməsi, yəni Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) əməlinə görə təqsirli bilinməsi çox gülünc doğurur. Belə ki, Zaur Tərlanov həmin qardaşlarıdan birini - Cahid Rəhimovun uzun illər Qazaxısta dövlətindən yaşamasından irəli gələrək tanımadığı halda sadəcə olaraq bir qrup şəxs tərəfindən təhdidlərdən, təzyiqlərdən irəli gələrək özündən asılı olmayan səbələrdən qətlə hadisəsinin baş verməsinə hüquqi qiymət verilməlidir.

16. Qətlə yetirilmiş Cavid və Cahid qardaşlarının meyitləri Nigar Rəhimovanın təzyiqləri və tapşırığı əsasında ekspertizanın aiddiyyəti üzrə həyata keçirilməyib. Hadisə baş verən zaman Qaradağ rayonu Sahil qəsəbəsində yollarda olan müşahidə kameralarına baxış keçirilməməsinə hüquqi qiymət verilməlidir.

Hesab edirəm ki, həmin faktlar iş üzrə son dərəcə əhəmiyyətli, baş vermiş hadisə ilə birbaşa əlaqəli olduğundan, həmin faktları tam, hərtərəfli və obyektiv araşdırılmadan cinayət işinin istintaqım yekunlaşdırıb, cinayət işini məhkəməyə vermək olmaz.

Yuxanda göstərilənlərə əsasən və Cinayət Prosessual Məcəlləsinin müvafiq maddələrini rəhbər tutaraq müraciətim əsasənda Respublika Baş Prokurorluğu və Bakı Şəhər Prokurorluğundan qeyd etdiyim faktların, sübutların və dəlillərin tam şəkildə təmin olunmasını, həmin xüsusatlarm tam, hərtərəfli, və obyektiv araşdırılmasını və nəticəsilə bağlı obyektiv hüquqi qiymət verilməsini, hansı səbəblərdən istintaqın yekunlaşdırılmasına hüquqi qiymət verilməsini artıq dərəcədə xahiş edirəm. Bu cinayət işində qanunsuzluqlara yol vermiş birtərəfli istintaq aparmış müstəntiq Yusif Novruzovun və ona qanunsuz göstəriş verən aidiyyəti vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verilsin.

Yazıda adı keçən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Qaynar.info


İki qardaşı öldürən bank işçisinin nümayəndəsindən ilginc faktlar - FOTOLAR
İki qardaşı öldürən bank işçisinin nümayəndəsindən ilginc faktlar - FOTOLAR
İki qardaşı öldürən bank işçisinin nümayəndəsindən ilginc faktlar - FOTOLAR
İki qardaşı öldürən bank işçisinin nümayəndəsindən ilginc faktlar - FOTOLARİki qardaşı öldürən bank işçisinin nümayəndəsindən ilginc faktlar - FOTOLAR
İki qardaşı öldürən bank işçisinin nümayəndəsindən ilginc faktlar - FOTOLAR
İki qardaşı öldürən bank işçisinin nümayəndəsindən ilginc faktlar - FOTOLAR
İki qardaşı öldürən bank işçisinin nümayəndəsindən ilginc faktlar - FOTOLAR




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:14 Cavid Hüseynovun şikayəti təmin edilmədi Bu gün Bakı Apellyasiya Məhkəməsində futbolçu Cavid Hüseynovun şikayətinə baxılıb. Təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov APA-ya bildirib ki, futbolçunun barəsində seçilmiş həbs qərarından verilmiş apellyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, avqustun 8-də jurnalist Rasim
13:10 Cavid Hüseynov istintaqa cəlb olundu “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov istintaqa cəlb olunub. Bu barədə “Report”a klubdan məlumat verilib. C.Hüseynov jurnalist, ann.az saytının əməkdaşı Rasim Əliyevin döyülməsi və sonradan öldürülməsi faktı üzrə müstəntiqlər tərəfindən dindirilib. Qeyd edək ki, avqustun 8-də saat 18
10:39 Baş redaktora qarşı irəli sürülmüş ittiham sübut edilə bilmir Məhkəmə qaldırılmış cinayət işini müstəntiqə geri göndərmək fikrindədir, Cavid Şirəliyev isə sifariş əsasında həbs olunduğunu deyir Xəbər verildiyi kimi, 7gun.az saytının rəhbəri, hüquq müdafiəçisi Cavid Şirəliyev bir müddət əvvəl həbs olunub. Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin
22:59 Rektorun qızını döyən şəxs azadlığa çıxır “Videoda hər hansı bir cinayət əməlinin olması faktı mövcud deyil”. Zaur Məmmədov barəsindəki cinayət işinə xitam verilib, bəraət hökmü çıxarıla bilər. Mediaxeberleri.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında vəkil Adəm Məmmədov deyib. O, Xəzər Universitetinin təsisçisi Hamlet
01:04 Qazax rayon sakini Xatirə Əsgərova axtarışa verildi 200 nəfərin adına kredit götürüb dələduzluq edən qadın axtarışa verildi Cinayət işi başlanıb. Qazax rayon sakini Xatirə Əsgərova və qeyrilərinin Pərvanə Səfərova tərəfindən aldadılaraq müxtəlif banklardan kreditlə götürdükləri nağd pullarının dələduzluq yolu ilə ələ keçirilməsi faktı ilə bağlı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az