t s

» » Daha 6 cəbhəçi Razi Nurullayevin tərəfinə keçdi

Daha 6 cəbhəçi Razi Nurullayevin tərəfinə keçdi

25-08-2015, 14:57 Yazar:  Canan Yusifova Baxılıb: 774 Çap et
Daha 6 cəbhəçi Razi Nurullayevin tərəfinə keçdiƏli Kərimlinin AXCP-sinin Suraxanı rayon şöbəsinin daha 6 üzvü - Nurlan Rəsulov, Ramik Şirinov, Tahir Hüseynov, Vilayət Muxtarov, Fuad Səfayev, Cavid Nəbiyev Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-yə qoşulduğunu bəyan edib.

Bu barədə AzVision.az-a AXCP Etimad Qurultayı TK-nin üzvü Cavid Musazadə bildirib.

Onun sözlərinə görə, adı çəkilən cəbhəçilər Əli Kərimlinin rəhbərlik etdiyi dövrdə partiya daxilindəki anti-demokratik mühitə, maliyyə şəffafsızlığına, saxtakarlıqlara, bir qrup şəxsin partiya daxilində fironluğuna etiraz olaraq Razi Nurullayevin rəhbərlik etdiyi alternativ Azərbaycan Xalq Cəbhəsi Partiyasına qoşulduğumuzu elan ediblər.

Xatırladaq ki, avqustun 21-də də Əli Kərimlinin AXCP-sinin Suraxanı təşkilatından 5 nəfər üzv istefa verərək Razi Nurullayevin tərəfinə keçdiyini bəyan etmişdi.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:37 Ağstafadan yeni istefa - AXCP-nin Rayon şöbəsinin NTK-nın üzvü də getdi (VİDEO) Azərbaycan cəmiyyəti kifsəmiş, hiyləgərliyi və fitnəkarlığı üzlərinə çökmüş insanlardan, siyasətçilərdən təmizlənməlidir. AXCP-nin Ağstafa rayon şöbəsində növbəti istefa baş verib. AXCP-nin Ağstafa rayon şöbəsinin Nəzarət Təftiş Komissiyasının üzvü Əli Məmmədov bəyan edirəm ki, bu gündən Əli
16:40 Ağstafa cəbhəçisi Əli Kərimliyə səsləndi: "Meydanda Kərbalayi tək , tək qalacaqsan" AXCP üzvlərinin partiyadan ayrılması davam edir - Bu dəfə Ağstafadan istefaların səsi gəldi Mediaxeberleri.az-ın Ağstafadakı nümayəndəsinin də iştirak etdiyi tədbirdə 50 nəfərə yaxın cəbhəçi AXCP-nin Əli Kərimli qanadını tərk edərək Razi Nurullayevin rəhbərlik etdiyi alternativ Azərbaycan Xalq
08:36 AXCP-dən Razi Nurullayevin tərəfinə keçənlərin sayı artır Suraxanı cəbhəçiləri də istefa bəyanatı yaydılar; Razi Nurullayev Əli Kərimlinin müavini haqqında şok açıqlama verdi “Yeni Demokratiya” hərəkatının rəhbəri, AXCP sədrinin sabiq müavini Razi Nurullayev və bir qrup keçmiş cəbhəçi AXCP Etimad Qurultayının Təşkilat Komitəsinin yarandığını elan
15:21 AXCP Ali Məclisinin üzvü Razi Nurullayevin tərəfinə keçdi Son günlər AXCP-ni tərk edənlərin sayı artmağa başlayıb. Bir müddət öncə AXCP sədrinin müavini postundan və partiyadan istefa verən Razi Nurullayevin dünən keçirtdiyi mətbuat konfransından sonra bu prosesin sürətlənməyə başladığı müşahidə edilir. Mediaxeberleri.az xəbər verir ki, AXCP-nin Qubadlı
01:41 Fuad Qəhrəmanlı: “Razi Nurullayevin hakimiyyətə loyal münasibəti vardı” AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sədr Əli Kərimlinin bu gün vəzifədən çıxardığı digər müavini Razi Nurullayevi hakimiyyətə işləməkdə ittiham edib. APA-nın xəbərinə görə, F. Qəhrəmanlı “facebook” sosial şəbəkəsindəki statusunda R. Nurullayevin müavin vəzifəsindən uzaqlaşdırılmasının səbəbini

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az