t s

» » Razi Nurullayev Əli Kərimliyə rəqib təşkilat yaradır

Razi Nurullayev Əli Kərimliyə rəqib təşkilat yaradır

18-08-2015, 16:10 Yazar:  Gülnar Baxılıb: 505 Çap et
Razi Nurullayev Əli Kərimliyə rəqib təşkilat yaradırAzərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sabiq sədr müavini Razi Nurullayev və partiyadan zorla uzaqlaşdırılan və ya istefaya vadar edilən bir qrup narazı cəbhəçi Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi, əks və alternativ fikrin rədd edilməsi, üzvlərin təzyiqə məruz qalması, partiya sıralarından ləkələnərək uzaqlaşdrılmasına etiraz əlaməti olaraq sabah bir araya gələcəklər.

Bu barədə Mediaxeberleri.az-a açıqlamasında R.Nurullayev özü məlumat verib.

Onun sözlərinə görə, AXCP-də Əli Kərimli tərəfindən təzyiqə məruz qalmış şəxslər avqustun 19-da toplantı keçirəcəklər. R.Nurullayev deyib ki, AXCP-də Əli Kərimli tərəfindən təzyiqə məruz qalmış şəxslərin toplantı zamanı yeni təşkilatda birləşmələri elan olunacaq: “Bununla əlaqədar yeni yaradılan siyasi təşkilatın sabah təqdimat mərasimi keçiriləcək. Biz bu təşkilatın adını da sabah ictimaiyyətə açıqlayacağıq”.

R.Nurullayev həmçinin bəyan edib ki, sabah keçiriləcək tədbirlə bağlı Əli Kərimli tərəfdarlarının təxribata əl atacaqlarını da gözləyirlər: “AXCP-də mənə qarşı edilən o hərəkətlərdən sonra mən Əli Kərimli və tərəfdarlarından hər şey gözləyirəm. Ancaq hər hansı təxribat və ya təzyiq məni öz bildiyim yoldan geri çəkindirə bilməz”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:20 Əli Kərimlinin keçmiş müavini partiya yaradır - Yeni AXCP? “Yeni Demokratiya” hərəkatının sədri, politoloq Razi Nurullayev partiya yaradır. AzNews.az-a daxil olan məlumata görə, yaxın zamanlarda “Yeni Demokratiya” hərəkatı partiyaya çevriləcək. Mənbənin bildirdiyinə görə, hərəkat partiyaya çevriləndən sonra adı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP)
10:09 Razi Nurullayev “lider hər zaman haqlıdır” tezisinə qarşı Əli Kərimlinin sabiq müavini hərəkat yaratdı İki ay öncə AXCP-dəki sədr müavini vəzifəsindən və partiya üzvlüyündən istefa verən politoloq Razi Nurullayev yeni demokratik hərəkat yaratdığını bəyan edib. Bu barədə sosial şəbəkədəki səhifəsində yazan R.Nurullayev qeyd edib ki, hərəkat
09:00 Razi Nurullayev Milli Şuradan çıxarılacağını gözləyir “Milli Şuraya daxil olan hər bir insan xüsusi bir filtrdən keçirilir” Bir həftə öncə AXCP-dən istefa verən Razi Nurullayevin Qərb ölkələrinin səfirliklərinin gözündən salınması üçün adıçəkilən partiyanın rəhbərliyinə daxil olan bir sıra şəxslər tərəfindən təbliğat aparılır. Təbliğatın ana xətti
22:14 Əli Kərimlinin gizli tapşırığı (VİDEO) AXCP-nin sədr müavini R.Nurullayev ANS-ə eksklüziv müsahibə verdi Azərbaycan Xalq Cəbhəsi Partiyasında qalmaqal yaşanır. Səbəbsə partiyanın sədr müavini Razi Nurullayevin bəyənat verərək partiyadan və tutduğu postdan istefa etməsidir. Bununla bağlı bir çox məlumatlar yayılır. Məsələyə aydınlıq
01:41 Fuad Qəhrəmanlı: “Razi Nurullayevin hakimiyyətə loyal münasibəti vardı” AXCP sədrinin müavini Fuad Qəhrəmanlı sədr Əli Kərimlinin bu gün vəzifədən çıxardığı digər müavini Razi Nurullayevi hakimiyyətə işləməkdə ittiham edib. APA-nın xəbərinə görə, F. Qəhrəmanlı “facebook” sosial şəbəkəsindəki statusunda R. Nurullayevin müavin vəzifəsindən uzaqlaşdırılmasının səbəbini

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az