t s

» » "Bəzi çaşan insanlar var ki, onlara..." - Günay

"Bəzi çaşan insanlar var ki, onlara..." - Günay

16-08-2015, 14:27 Yazar:  Aysel Baxılıb: 570 Çap et
"Bəzi çaşan insanlar var ki, onlara..." - GünayMüğənni Günay İbrahimli həyatı ilə bağlı maraqlı etiraflar edib.

Mediaxeberleri.az xəbər verir ki, axşam.az-ın məlumatına görə, sənətçi “Star life” verilişinə açıqlamasında çətin günlərini xatırlayıb:

“Gələcəyə baxıram, amma keçmişlə yaşayan insanam. Həytımda olan heç nəyi unuda bilmərəm. Atamla anam çox əziyyət çəkib. Biz Bakıya məcburi köçkün olaraq gəlmişik. Atamla anamın bizim üçün nə qədər əziyyət çəkdiyini unutmaram. Bu qədər çalışıb, işləyirəm ki, valideynlərim indi istirahət etsinlər. Şəxsi həyatda olan bəzi nüansları və pislik edənləri unutmuram. Heç kimə pislik etmirəm. Sadəcə, məni üzən insanları özümdən uzaqlaşdırıram”.

G.İbrahimli “Ulduz xəstəliyinə tutulub” deyənlərə də cavab verib:

“Elə deyirlər. İndiki zəmanə elədir ki, lazımi yerdə ulduz kimi davranmalısan. Sadə olanda, heç hörmətin də olmaz. Bəzi çaşan insanlar var ki, onlara yuxarıdan baxmaq lazımdır. Səbəbkarı özləridir. Xasiyyətim isə necəyəmsə, eləyəm. Hələ sənətdə heç nə etməmişəm. Ola bilər ki, digər həmkarlarımdan məşhuram, amma hələ etdiklərim kifayət deyil. Çalışıram getdiyim efirlərə fikir verim. Ayağımın altını qazmaq istəyənlər az deyil. Bu sənətdə 2009-cu ildən varam. Bu uzun bir ərəfə deyil. İstəmirəm qısa vaxtda qazandığım sevgini hansısa hərəkətimlə itirim, xalqın gözündən düşüm”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:20 Hacıbaba Bağırovun qızına kömək lazımdır “Atamın hər şeyi ikinci xanımının adına idi”. Xalq artisti, mərhum aktyor Hacıbaba Bağırovun ilk ailəsindən olan qızı Lalə Bağırova kömək üçün “Öz aramızda” verilişinə müraciət edib. Mediaxeberleri.az-ın axşam.az-a istinadən məlumatına görə, ürəyindən əziyyət çəkən L.Bağırova əməliyyat üçün maddi
02:26 Hafiz Hacıyev: "Əkiz bacılara görə prokuror zəng vurub xahiş etdi ki..." Mediaxeberleri.az Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Milli.Az-a müsahibəsini təqdim edir. - Hafiz müəllim, efirə - sənət adamlarının çıxışlarına baxırsınızmı? - İstər komsomolda işlədiyim dönəmlərdə, istər nazir olduğum vaxtlarda incəsənət xadimlərinə böyük hörmətim olub,
16:32 Azərbaycanın ən uzun və qısa adamı (VİDEO) Aqilin boyu 2,24, Nuşirəvanınkı isə 1,24 sm-dir Beyləqanda iki dostdan biri ən uzun boyu, digəri isə alçaq boyu ilə seçilir. ANS TV-nin məlumatına görə, Nuşirəvan və Aqil yaxın dost olsalar da Aqil dostuna həmişə yuxarıdan aşağı baxır. Bu o demək deyil ki, Aqil Nuşirəvanı bəyənmir. Sadəcə olaraq
00:40 Günay İbrahimlinin dəbdəbəli doğum günü - VİDEO Müğənni Günay İbrahimli özünə dəbdəbəli ad günü keçirib. Mediaxeberleri.az-ın məlumatına görə, 24 yaşını qeyd edən müğənnin ad günündə soyuq münasibətdə olduğu məhşurlardan pradusser Tolik, teleaparıcı Cavid Gül və xalq artisti Aygün Kazımova iştirak edib.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az