t s

» » Həmyerlimiz güləş üzrə dünya çempionu oldu

Həmyerlimiz güləş üzrə dünya çempionu oldu

13-08-2015, 15:06 Yazar:  Aysel Baxılıb: 418 Çap et
Həmyerlimiz güləş üzrə dünya çempionu olduYarımfinalda erməniyə, finalda isə bolqara qalib gələn Murad Məmmədov..

Braziliyanın Salvador de Bahya şəhərində gənclər arasında güləş üzrə Dünya çempionatı davam edir.

Mediaxeberleri.az xəbər verir ki, keçən gecə yunan-roma üslubunda güləşən Azərbaycan güləşçisi Murad Məmmədov (55 kq) qızıl medal qazanıb.

Çempionluğa gedən yolda o, Hindistan, İran, Özbəkistan, Ermənistan və Bolqarıstan nümayəndələri üzərində qələbə qazanıb.

İslam Abbasov (84 kq) finalda məğlub olaraq gümüş, Ruhin Mikayılov (66 kq) isə bürünc medala layiq görülüb.

Yarışların ilk günündə Azərbaycan gümüş medal qazanıb. Dörd medal və 53 xal ilə yunan-roma güləşi üzrə komandamız komanda yarışında 2-ci yeri tutub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

01:44 Azərbaycan 11-ci qızıl medalını qazandı (CƏDVƏL) Bu gün birinci Avropa Oyunlarında keçirilən yarışlarında Azərbaycan 11-ci qızıl medalını qazanıb. Komandamız bir gündə 3 qızıl medal qazanıb. Lakin Azərbaycan yenə siyahıda ikinci yerdədir. Reytinq siyahısına artıq bir neçə gündür ki, Rusiya başçılıq edir. Kişi idmançılar arasında olan reytinq
20:27 Bakı-2015: Güləşçilərimizdən daha bir medal - Həsən Əliyev 3-cü oldu Azərbaycan güləşçiləri Avropa Oyunlarında daha bir bürünc medal qazanıblar. Mediaxeberleri.az xəbər verir ki, Bakı-2015 birinci Avropa Oyunlarında yunan-Roma güləşi yarışlarında 66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Həsən Əliyev 3-cü yer uğrunda görüşdə Serbiya idmançısı Aleksandar
16:03 Həsən Əliyev erməniyə qarşı - CANLI YAYIM Dünya çempionumuz yarımfinalda Ermənistan güləşçisi Miqran Arutyunyanla qarşılaşacaq. Bu gün "Bakı - 2015" I Avropa Oyunlarında Yunan - Roma güləşçilərinin mübarizəsinə yekun vurulacaq. ANS PRESS-in məlumatına görə, ikinci yarış günündə çəkisi 66, 75, 85 və 130 kq olan pəhləvanlar münasibətlərinə
23:19 Azərbaycan 53 medal qazandı Heydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir başa çatıb. Ötən ilki yarışlardan fərqli olaraq bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş
09:34 AGF Kuboku beynəlxalq turnirin ikinci günü də uğurlu olub Heydər Əliyev adına İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir. Bu dəfəki turnir iyun ayında Bakıda keçiriləcək ilk Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyır.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az