t s

» » Rufiz Qonaqov: "Ermənistan Azərbaycan qarşısında 3 gün belə davam gətirə bilməz" - MÜSAHİBƏ

Rufiz Qonaqov: "Ermənistan Azərbaycan qarşısında 3 gün belə davam gətirə bilməz" - MÜSAHİBƏ

11-08-2015, 14:48 Yazar:  Nicat Baxılıb: 478 Çap et
Rufiz Qonaqov: "Ermənistan Azərbaycan qarşısında 3 gün belə davam gətirə bilməz" - MÜSAHİBƏ“Azərbaycan Avropa Oyunlarının vətəni kimi tanınacaq”

Mediaxeberleri.az
xəbər verir ki, Milli-Xeber.Az-ın budəfəki qonağı tanınmış politoloq, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi-nin sədri Rufiz Qonaqovdur.

- Rufiz bəy ilk öncə özünüz haqqında məlumat verməyinizi istərdik. Sizi oxucularımız tanısın.

- Mən 1993-cü ildə Bakı Sosial İdarəetmə Politologiya İnstitununa daxil olaraq oranı bitirmişəm. 1999-cu ildə həmin institutun magistraturasını bitirmişəm. İxtisasca politoloqam. Hazırki Azərbaycan Respublikasının Prezident yanında Dövlət İdarəçilik Akademiyası o vaxt Bakı Sosial İdarəetmə Politologiya İnstitutu adlanırdı. 1993-1994-cü illərdən etibarən ölkənin ictimai-siyasi həyatında daim fəal iştirak etmişəm. 1998-ci ilər qədər gənclər sahəsində fəaliyyət göstərmişəm. Deokratik Tələbə Gənlər Təşkilatının sədri olmuşam. Daha sonra siyasi fəaliyyətlə məşğul olmuşam. 2006-ci ildən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri olaraq öz fəaliyyətimi davam etdirmişəm. Hal-hazırda da sədr kimi fəaliyyət göstərirəm. Müxtəlif QHT-ləri birləşdirən koalisiyaların rəhbəri olmuşam. 22 aprel tarixində “Bakı 2015 1-ci Avropa Oyunlarına dəstək” Vətəndaş Cəmiyyəti koalisiyası yaratdıq. İlk dəfə idi ki, Azərbaycanda həm KİV, həm də aparıcı QHT-lər Vətəndaş Cəmiyyəti olaraq bir koalisiyada birləşdi. Bu gün də həmin koalisiya öz fəaliyyətini davam etdirir. Və biz qeyd edirik ki, Azərbaycana qarşı Qərbdən müəyyən təpkilər, təzyiqlər, ikili standartlarla ölkəmizə qarşı yanaşmalar, qərəzli qarayaxma kampaniyalar davam etdikcə bizim Vətəndaş Cəmiyyəti koalisiyası da öz fəaliyyətini davam etdirəcək.

"Azərbaycan gəncləri üçün şərait yaratmışıq ki..."

- Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin fəaliyyəti nədən ibarətdir? Oxucularımız üçün bir az BMAM haqqında məlumat verin.

- BMAM 2006-ci il 28 May tarixində “Respublika günü” ilə eyni vaxtda yaranıb. 2007-ci ilin yanvar ayında rəsmi olaraq qeydiyyatdan keçib. O vaxtdan da QHT kimi fəaliyyət göstərir. Bu müddət ərzində bizim mərkəzdə onlarla layihələr həyata keçirilib. Biz Azərbaycan gəncləri üçün şərait yaratmışıq ki, onları maraqlandıran beynəlxalq münasibətləri araşdıra bilsinlər, həmin münasibətlərin Qafqaza necə təsir etməsini öyrənsinlər. Eyni zamanda BMAM olaraq, biz ölkədə keçirilən seçkilərin monitorinqini və ekzitpolunu həyata keçirmişik. Bayaq da qeyd etdiyim ki, mərkəzimiz yaranmış koalisiyada əsas rola malikdir. Mərkəzin bu gün gənclərdən ibarət kifayət qədər potensialı var. Burda gənc politoloqlar, tanınmış ziyalılar, müxtəlif peşə sahibləri də var. Azərbaycanın beynəlxalq imicinin güclənməsində bizim mərkəzin də öz töhfəsi var.

"Azərbaycan Avropa Oyunlarının vətəni kimi tanınacaq..."

Rufiz Qonaqov: "Ermənistan Azərbaycan qarşısında 3 gün belə davam gətirə bilməz" - MÜSAHİBƏ- Rufiz bəy, Avropa Oyunlarının bitməsinə baxmayaraq, bu oyunların Azərbaycanın beynəlxalq nüfuzuna necə təsir etdiyi ilə bağlı fikirləriniz bizim üçün maraqlı olardı.

- 1-ci Avropa Oyunları Olimpiya oyunları səviyyəsində baş tutdu. Biz bu yarış ilə dünyaya sübut etdik ki, Azərbaycan belə mötəbər tədbirlər etməyə qadirdir. Azərbaycan 1-ci Avropa Oyunlarının vətəni kimi tarixə düşdü. Necə ki, biz Yunanıstanı Olimpiya oyunlarının vətəni kimi tanıyırıq, indi də Azərbaycan Avropa Oyunlarının vətəni kimi tanınacaq. Bütün Avropa ölkələri bu yarışa qatılmışdı və bu yarışlar, istər açılış, istərsə də, bağlanış mərasimi çox yüksək səviyyədə keçirildi. Hətta Avropalılar da qeyd edirlər ki, “Biz təsəvvür edə bilməzdik ki, Azərbaycan qısa zaman ərzində bu yarışa hazırlaşa bilər”. Avropa və eləcə də, dünya ölkələri Azərbaycanı əvvəl müəyyən dərəcədə tanısalar da, bu oyunlardan sonra ölkəmizi daha da hərtəfərli tanıya bildilər. Avropa ölkələrində Azərbaycan adı eşidiləndə “1-ci Avropa Oyunları” yada düşür. Bu yarışlarla Azərbaycanın idmanını, mədəniyyətini, tarixini, Dağlıq Qarabağ problemini və digər məsələləri fürsətdən istifadə edib dünyaya çatdıra bildik. 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsini, 2015-ci ildə “1-ci Avropa Oyunları” yarışını uğurla həyata keçirtdik, gələcəkdə isə 2016-ci il “Formula 1” və 2017-ci ildə “İslam Həmrəyliyi Oyunları” yarışılarını daha yüksək səviyyədə həyata keçirtmək üçün daha çox çalışacağıq.

Prezident İlham Əliyevin idman sahəsində etdiyi siyasət öz bəhrəsini verdi. Azərbaycan nəinki bölgənin lider dövlətidir, həm də Avropanın da sayılan-seçilən ölkələrindən birinə çevrilir.

"Biz niyə görə Qərbə inteqrasiya etməliyik...?"

- Çıxışınızda qeyd etdiyiniz kimi, Avropa Oyunlarından sonra Azərbaycan ilə Qərb arasında münasibətlərin pisləşdiyini görürük. Bu münasibətlərin pisləşməsinə səbəb nədir? Sizcə, aradakı soyuqluq nə vaxta qədər davam edəcək?

Rufiz Qonaqov: "Ermənistan Azərbaycan qarşısında 3 gün belə davam gətirə bilməz" - MÜSAHİBƏ- Azərbaycanda böyük tədbirlər keçiriləndə, istər “Eurovision” mahnı müsabiqəsi ərəfəsində, istərsə də, 1-ci Avropa Oyunları ərəfəsində biz Azərbaycana qarşı əks kampaniyaların şahidi olmuşuq. Bu da onu göstərir ki, Qərb bizim ölkəmizə qarşı qısqanc münasibət bəsləyir. Azərbaycan hal-hazırda bölgədə lider dövlətə çevrilib. Azərbaycan bu gün bütün məsələlərdə kiminsə təyqizi, sözü ilə yox, yalnız öz dövlətçilik ənənələri ilə müstəqil siyasətini yürüdür. Azərbaycanın təbii sərvətləri, iqtisadi inkişafı, iqtisadi qüdrəti möhkəmləndikcə Azərbaycanın dünyadakı nüfuzu, beynəlxalq strukturlardakı yeri də möhkəmlənir. Qərb də Azərbaycanın müstəqil siyasət yürütməsini və iqtisadi inkişafını həzm edə bilmir.

Azərbaycan beynəlxalq təşkilatlara qoşulan zaman, beynəlxlaq sazişləri imzalayan zaman dünyada haqqın, ədalətin, insan hüquq və azadlıqlarının qorunacağına ümid bəsləyirdi. Əlbəttə ki, Azərbaycan həmin təşkilat və sazişlərin prinsiplərinə əməl edən bir ölkə olub. Təəssüflər olsun ki, Avropa “1-ci Avropa Oyunlar”ının Azərbaycanda keçirilməsinə qərar verir, eyni zamanda da həmin Avropa Azərbaycana qarşı təzyiq edir, qarayaxma kampaniyaları başladır. Qərbin Azərbaycana qarşı ikili yanaşması heç də düzgün siyasət deyil. Əgər biz Avropaya inteqrasiya etmək, Avropa dəyərlərinə yiyələnmək istəyiriksə, Avropa da bunun üçün Azərbaycana şərait yaratmalı, Azərbaycanın Dağlıq Qarabağ probleminin həll edilməsi üçün böyük səylə çalışmalı idi. Ancaq biz Avropadan bunları görmədik.

Prezident İlham Əliyevin də dediyi kimi, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün heç bir iş görmürsə, bir milyondan artıq qaçqın və məcburi köçkünlərin hüquqları pozulubsa və bu problem həll edilmirsə, biz bundan sonra niyə görə Qərbə inteqrasiya etməliyik?!

O vaxt aradakı münasibətlər düzələ bilər ki, Dağlıq Qarabağ münaqişəsi öz həll yolunu tapsın, Azərbaycana qarşı qarayaxma və qərəzli kampaniyalarına son versin. Biz Qərbə inteqrasiya etmək istədiyimiz qədər, Qərb də buna görə bizim üçün şərait yaratmalıdır.

Əksinə həmin ölkələrdə insan hüquq və azadlıqları pozulur...

Rufiz Qonaqov: "Ermənistan Azərbaycan qarşısında 3 gün belə davam gətirə bilməz" - MÜSAHİBƏ- Bildiyiniz kimi iyun ayının sonlarında AŞ PA Azərbaycana qarşı sərt qərtnamə qəbul etdi. Həmin qətnamədə isə Azərbaycanda seçkilərin demokratik olaraq keçirilmədiyi, insan hüquq və azadlıqların pozulduğu və siyasi məhbusların olması ilə bağlı məsələlər qeyd edilmişdi. Bu məsələ ilə bağlı sizin münasibətinizi bilmək istərdik.

- Bizim mövqeyimiz hamıya bəllidir. Bu gün də bildirmək istəyirəm ki, bütün bunların hamısı Azərbaycana qarşı qarayaxma kampaniyasıdır. Azərbaycanda biz bir neçə seçkinin (parlament, prezident, bələdiyyə seçkiləri) monitorinqini həyata keçirmişik. 2013-cü ildə keçirilən prezident seçkisini mən misal gətirə bilərəm. Bütün beynəlxalq təşkilatları, xarici media qurumlarını monitorinq və ekzitpollar aparmağa dəvət etdik. Onların iştirakı ilə biz monitorinq və ekzitpolları həyata keçirdik. Qərbin və digər qüvvələrin qeyd etdiyi kimi Azərbaycanda “Demokratik mühit yoxdur; Demokratik seçki şəraiti yoxdur” fikirləri ilə mən heç bir zaman razı deyiləm. Azərbaycanda hər zaman demokratik seçki şəraiti də olub, media azadlığı da olub, insan hüquq və azadlıqları da qorunub. Necə ola bilər ki, bu gün Azərbaycanda rəsmi olaraq 60-a qədər siyasi partiya fəaliyyət göstərir. Necə ola bilər ki, bu gün Azərbaycanda 3000-dən artıq QHT rəsmi olaraq, 2000-ə qədər QHT isə qeyri-rəsmi olaraq fəaliyyət göstərir. Necə ola bilər ki, bu gün Azərbaycanda sosial şəbəkələr, əsas da, facebook, twitter heç bir məhdudiyyətsiz, azad və sərbəst şəkildə fəaliyyət göstərir. Necə ola bilər ki, Azərbaycanda bu qədər qəzet, jurnal, TV və youtube kanalları, saytlar, onlayn media fəaliyyət göstərir. Bu qədər azadlıqlar varsa, bu qədər sərbəstliklər varsa və hamı öz fəaliyyətini göstərirsə, seçkilərdə iştirak edirsə, namizədliyini irəli sürürsə, necə demək olar ki, Azərbaycanda demokratiya yoxdur, insan hüquq və azadlıqları pozulur. Azərbaycanda mövcud olan demokratiyanı danmaq, bunları görməmək nə dərəcə də düzgündür?! Diqqətlə fikir versək, görərik ki, həmin ölkələrdə insan hüquq və azadlıqları pozulur, dini, irqi, milli ayrı-seçkiliklər var.

Ermənistanı demokratik, Azərbaycanı qeyri demokratik ölkə hesab edən qüvvələr Ermənistanda baş vermiş hadisələri yəqin ki görməyiblər. Belə ki, Ermənistanda siyasətçiləri öldürürlər, prezidentliyə namizədi, parlamentin binasında parlamentin sədri ilə yanaşı baş naziri güllələyirlər. Amma buna baxmayaraq, Ermənistanı anti-demokratik ölkə hesab etmirlər, Azərbaycanda isə belə hadisələr olmasa da, anti-demokratik ölkə sayırlar.

Siyasi məhbus məsələsi ilə bağlı qısa olaraq, qeyd etməliyəm ki, Azərbaycanda qanun və hüquqlar var. Həbs edilənlər varsa, deməli, onlar hüquqlarından sui-istifadə edərək qanunu pozmuşlar. Heç kim boş yerə həbs edilmir.

"Hələki parlament seçkilərinə namizədliyim barədə düşünməmişəm..."

- Bu il Azərbaycanda parlament seçkiləri keçiriləcək. Siz bu seçkilərdə namizədliyinizi irəli sürəcəksinizmi?

- Parlament seçkisinə çox az vaxt qalsa da, mən hələki namizədliyimi irəli sürmək barədə düşünməmişəm. Bu haqda isə yaxın günlərdə qəti qərarımı verəcəm. Həm də ki, seçki prosesi hələ başlanmayıb. Amma ola bilsin ki, seçkilərdə namizəd kimi iştirak edim.

"Ermənistan öz xoşluğu ilə torpaqları qaytarmaq istəməsə..."

Rufiz Qonaqov: "Ermənistan Azərbaycan qarşısında 3 gün belə davam gətirə bilməz" - MÜSAHİBƏ- Son sualım Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olacaq. 21 ildir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmur. Atəşkəs bağlanmasına baxmayaraq, cəbhə xəttində hər gün güllə səsləri eşidilir. Əsgərlərimiz şəhid olur. Ümumiyyətlə, politoloq kimi bu münaqişənin həllinin necə mümkün olacağını düşünürsüz?

- Artıq Azərbaycan xalqının səbri tükənib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında da bildirdi ki, Azərbaycanın bir həftə ərzində işğal altında olan torpaqlarını azad etmək üçün gücü var. Bir neçə ay bundan öncə Azərbaycana qarşı təxribat cəhdləri oldu, Azərbaycan ordusu isə düşmənə layiqli cavab verdi. Həmin vaxtı isə erməni prezident Sarkisyan Putinə yalvararaq Azərbaycan prezidenti İlham Əliyevlə yeni bir görüşün təşkil olunmasını istədi. Nəticədə Putinin vasitəçiliyi ilə belə bir görüş baş tutdu. Biz gözləyirdik ki, Ermənistan tərəfi bu münaqişənin həll olunması istiqamətində cəhd edəcək, lakin biz bunun şahidi olmadıq. Ümumiyyətlə, biz dəfələrlə belə şeyin şahidi olmuşuq ki, Ermənistan bu münaqişəni uzatmaq, nəyin bahasına olursa-olsun vaxt udmaq istəyir, münaqişənin həll edilməsi üçün konkret addımlar atmır.

İstər Müdafiə Naziri Zakir Həsənovun, istərsə də, prezident İlham Əliyevin bəyənatları bu münaqişənin həll edilməsi üçün Azərbaycan tərəfinin daha çox istəkli olmasını sübut edir. Müharibə olacağı təqdirdə Ermənistan Azərbaycan qarşısında 3 gün belə davam gətirə bilməz. Buna Azərbaycanın həm hərbi, həm iqtisadi, həm də insan potensialı kifayət qədər imkan verir ki, qısa bir zaman ərzində öz torpaqlarını azad etsin və lazım olsa, tarixi torpaqlarımızı, yəni İrəvan və ətrafdakıları da geri qaytara bilər.

Torpaqları qaytarmağımıza mane olan beynəlxalq güclər var ki, Ermənistanı indiyə qədər himayə edirlər. Ermənistan heç bir zaman Azərbaycanla tək başına müharibə apara bilməzdi, torpaqlarımızı işğal edə bilməzdi. Buna baxmayaraq, Ermənistan öz xoşluğu ilə torpaqları qaytarmaq istəməsə, Azərbaycan ali baş komandan İlham Əliyevin əmri ilə müharibə edib öz torpaqlarını geri qaytara bilər. Buna isə çox az bir vaxt qalıb. Artıq Ermənistan da bunun fərqindədir. Onlar çalışırlar ki, müxtəlif yollarla Qərbdən və Rusiyadan dəstək alsınlar. Amma inanmıram ki, onlara açıq dəstək verilsin. Artıq Ermənistanı dəstəkləyənlər də anlayır ki, Azərbaycan bundan sonra bu münaqişənin uzanmasına imkan verməyəcək.

Ona görə də, mən düşünürəm ki, bu münaqişəni uzatmaq mümkün deyil. Yəni ki, bu münaqişə ya sülh yolu ilə həll olunacaq, ya da ki güc yolu ilə həll olunacaq. Azərbaycan Ermənistan kimi hansısa dövlətin ərazilərini işğal etməyib, Azərbaycanın torpaqları işğal altındadır. Güc yolu ilə həll etməyə, yəni torpaqlarını azad etmək üçün Ermənistana qarşı müharibə aparmağa hüququ var. Çünki işğal altında olan 20% torpaq Azərbaycan ərazisinə məxsusdur, Azərbaycanın da öz ərazi bütövlüyünü bərpa etmək hüququ var.

Qulu Şıxaliyev

Milli-Xeber.Az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:39 Rufiz Qonaqov: "Avropa Oyunlarının açılışı Olimpiya Oyunlarından yüksək səviyyədə idi" "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyasının koordinatoru Rufiz Qonaqov deyib ki, I Avropa Oyunları Azərbaycan və Avropa üçün çox önəmli tədbir idi: "Azərbaycan qısa zamanda I Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşa bildi. Ölkəmizdə bütün idman
14:59 "Son aylar ölkəmizə qarşı başlanmış qarayaxma kampaniyası daha da güclənir” - BƏYANAT Bu gün “Bakı 2015” Birinci Avropa Oyunlarına Dəstək: Vətəndaş Cəmiyyəti Koalisiyası BMM-də “İnsan hüquqlarına yanaşmada ikili standartlar” mövzusunda Dəyirmi masa keçirib. Mediaxeberleri.az xəbər verir ki, tədbirdə politoloqlar, QHT sədrləri və KİV rəhbərləri iştirak edirdi. Tədbiri açan
15:11 Avropa Oyunları ilə bağlı mərasim keçirilib Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və “Bakı-xəbər” qəzetinin təşkilatçılığı ilə “Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək. Vətəndaş cəmiyyətinin hədəfləri və missiyamız” mövzusunda tədbir keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Araşdırılması
17:14 "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası yaradıldı Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi və "Bakı xəbər" qəzetinin təşkilatçılığı ilə "Bakı-2015: Birinci Avropa Oyunlarına dəstək: Vətəndaş Cəmiyyətinin Hədəfləri və missiyamız" mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin
18:35 Rufiz Qonaqov: “Çağırış heç bir nəticə verməyəcək” “Azərbaycana qarşı aparılan qara piar kampaniyası qarşılaşdığımız ilk hal deyil. Biz artıq dünyada ikili standartların mövcud olmasını şahidi olmuşuq və bu ikili standarlar Azərbaycana qarşı ilk dəfə yönəlməyib”. Bu sözləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az