t s

» » Cavid Hüseynov istintaqa cəlb olundu

Cavid Hüseynov istintaqa cəlb olundu

11-08-2015, 13:10 Yazar:  Aysel Baxılıb: 542 Çap et
Cavid Hüseynov istintaqa cəlb olunduQəbələ” klubunun futbolçusu Cavid Hüseynov istintaqa cəlb olunub.

Bu barədə “Report”a klubdan məlumat verilib.

C.Hüseynov jurnalist, ann.az saytının əməkdaşı Rasim Əliyevin döyülməsi və sonradan öldürülməsi faktı üzrə müstəntiqlər tərəfindən dindirilib.

Qeyd edək ki, avqustun 8-də saat 18 radələrində Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Əliyev Rasim Məmmədəli oğlu Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən “Bayıl market” mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və aldığı xəsarətlərdən avqustun 9-da saat 05 radələrində orada vəfat edib.

Faktla bağlı Bakı şəhər prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, şəhər prokurorluğu və şəhər Baş Polis İdarəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Jurnalist Rasim Əliyev xəstəxanada verdiyi müsahibədə “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyüldüyünü bildirib.

Prezident İlham Əliyev jurnalistin vəfatından ciddi narahat olub və məsələnin araşdırılmasını şəxsi nəzarətinə götürüb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:55 Seyfurə Əliyeva: "Cavid özü Rasimi aldadıb, görüşə çağırdı..." Həmin adamları Rasimlə görüşə Cavidin özü göndərib. Rasim dedi ki, ana Cavid zəng eləmişdi. Dedi, səni söyən uşaqlar gəlib səndən üzr istəyəcəklər. Mediaxeberleri.az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında avqustun 8-də bir qrup şəxs tərəfindən döyülən və aldığı xəsarətlərdən xəstəxanada
07:07 Jurnalistin ölümü ölkəni bir-birinə vurdu: “Qatil” futbolçu and-aman edir, bəs kimdir günahkar? Jurnalist Rasim Əliyevin avqustun 9-da səhərə yaxın rəhmətə getməsi ölkə gündəminin başlıca mövzusudur. Xatırladaq ki, hələlik rəsmən təsdiqlənməyən məlumata görə, avqustun 8-də Rasim Əliyev "Qəbələ" futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb və ağır bədən xəsarəti
13:28 Öldürülən jurnalist Rasim Əliyevin son müsahibəsi-VIDEO Jurnalist Rasim Əliyev avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində rəhmətə gedib. Bu barədə “Amerikanın səsi”nə jurnalistin bacısı Gülnarə Əliyeva bildirib. Avqustun 8-də Rasim Əliyev “Qəbələ” futbol komandasının oyunçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb. Ağır bədən xəsarəti
11:14 Azərbaycanda döyülən jurnalist vəfat etdi Gecə saatlarında Rasim Əliyevin səhhəti kəskin pisləşib. Jurnalist Rasim Əliyev avqustun 9-da səhərə yaxın Bakı Klinik mərkəzində rəhmətə gedib. Mediaxeberleri.az xəbər ki, bu barədə “Amerikanın səsi”nə jurnalistin bacısı Gülnarə Əliyeva bildirib. Avqustun 8-də Rasim Əliyev “Qəbələ” futbol
13:34 Arvadını öldürdükdən sonra könüllü polisə təslim oldu Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğu avtobusda baş vermiş qətllə bağlı məlumat yaydı Aprelin 8-də saat 20:50-də paytaxtın Yasamal rayonu ərazisində 135 №-li şərnişin avtobusunda 1962-ci il təvəllüdlü Namik Məmmədov aralarında baş vermiş münaqişə zəminində arvadı, 1966-cı il

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az