t s

» » Angela Merkel Nobel mükafatına namizəd oldu

Angela Merkel Nobel mükafatına namizəd oldu

15-02-2015, 15:36 Baxılıb: 548 Çap et
Angela Merkel Nobel mükafatına namizəd oldu

Almaniya Bundestaqının bir qrup üzvü Nobel Sülh mükafatının bu ölkənin kansleri Angela Merkelə verilməsi təşəbbüsü ilə çıxış edib.

Alman deputatlar bu çağırışlarını A.Merkelin Ukrayna böhranına dair Minsk danışıqlarındakı fəal rolu, kanslerin Ukraynanın şərqində gedən müharibənin dinc yolla dayandırılması üzrə danışıqlarda və razılaşmanın əldə olunmasındakı müstəsna xidmətləri ilə əsaslandırıblar.

“Xanım Merkel Fransa prezidenti Ollandla birlikdə Minskdə mümkün olmayanı edə bildi. Əgər bunun sayəsində Ukraynada uzunmüddətli sülhə nail olunsa, Nobel Sülh mükafatının bu il xanım Merkelə təqdim edilməsi ən məntiqli addım oalrdı” - deyə Bundestaqın Almaniya-Ukrayna Parlamentlərarası Əlaqələr Qrupunun sədri Karl-Georq Velman Almaniyanın “Bild am Sonntag” nəşrinə açıqlamasında bildirib.

Bununla belə K.-G.Velman tələsməməyi də tövsiyə edib: “Biz hələlik atəşkəs rejimindən danışırıq. Bu razılaşmaya sonadək əməl olunub-olunmayacağını isə dəqiq bilmirik”. virtualaz.org




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:59 Ağ Yolda Prezident İlham Əliyevin Avropaya son səfərləri ilə bağlı müzakirə keçirilib Prezidentin Avropaya davamlı səfərləri Azərbaycanın adına ciddi uğurlar yazıb. Ağ Yol Vətəndaş Hərəkatının rəsmi feysbuk səhifəsində və 550 minlik eyni adlı qrupunda Prezident İlham Əliyevin Avropaya son səfərləri ilə bağlı geniş müzakirə açılıb. Paylaşılmış statusda deyilir: “Azərbaycan
14:12 Ukraynada şiddətli döyüşlər: 100 separatçı öldürüldü Atəşkəs haqqında razılaşmanın qüvvəyə minməsinə 24 saat qalmış Ukraynanın şərqində döyüşlər şiddətlənib. APA TV-nin Ukrayna Antiterror Əməliyyatları Mərkəzinə istinadən yaydığı məlumata görə, ötən gecə davam edən atışmalarda separatçı qüvvələr 100 nəfər itki verib, 180 separatçı isə yaralanıb.
12:25 Milli Məclisdə ABŞ-Azərbaycan münasibətləri müzakirə olunub “Azərbaycan səhvə yol verib”. Bu gün ABŞ-da güclü erməni lobbisi mövcuddur və Azərbaycan ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupuna həmsədr kimi qəbul edəndə səhvə yol verib. Mediaxeberleri.az-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Milli Məclisdə
11:21 Ukrayna hökumətində azərbaycanlı Nazirlər Kabineti beş əcnəbinin namizədliyini təsdiqlədi. Ukrayna Nazirlər Kabineti “İqtisadiyyat üçün xüsusi əhəmiyyətli müəssisələrə rəhbər təyin etmə üzrə Komitə”nin tərkibinə daxil olacaq beş əcnəbinin namizədliyini təsdiqlədi, Ukrayna hökumətinin sərəncamında qeyd edilib. Mediaxeberleri.az

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az